Əvvəli: https://klv.az/2025/06/11/edmund-husserl-xalis-fenomenologiya/
Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş
Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə
Birinci fəsil. Fakt və mahiyyət
§ 2. Fakt. Fakt və mahiyyətin ayrılmazlığı
Təcrübi elmlər” faktlar” haqqında elmlərdir. Təcrübi dərketmənin əsaslandırıcı aktları real olanları fərdi hesab edir, onlar real olanı burada-movcud olan məkani-zaman kimi, burada, zamanın bu nöqtəsində olan belə bir şey kimi güman edirlər, özünün hansısa bir sürəkliliyinə və hansısa bir tamamlanmış reallığına malikdir, hansı ki, öz mahiyyətinə görə eyni ilə bu cür də hər hansı başqa bir müvəqqəti yerdə ola bilər; öz növbəsində belə bir şey kimi, bu fiziki simada (misal üçün, hansısa bir cismanilik sifəti ilə birgə verilən olaraq) hansısa bir yerdə də olur, bundan başqa da həmin bu real olanın özü, özünün xüsusi mahiyyəti üzrə nəzərdən keçirməsi ilə, eyni ilə bu cür də, hər hansı özgə bir yerdə, özgə bir simada ola bilər, eləcə də eyni cürə də dəyişilə bilər, bu zaman faktiki olaraq o dəyişilməz olur, ya da ki, o faktiki olaraq necə dəyişilirsə, onunla müqayisədə, başqa bir formada dəyişilə bilər. Hər cür növ fərdi varlıq, ümumiyyətlə götürüldükdə, “təsadüfidir”. Məsələ belədir ki, o öz mahiyyəti ehtibarı ilə özgə cür də ola bilərdi. Hətta, əgər faktiki olaraq hansısa bir real şəraitin mövcud olması və faktiki olaraq onların hansısa bir müəyyən nəticələrinin qaçılmaz olması üzündən, təbiətin müəyyən qanunları öz mənalılığını saxlasa da, – hər halda fərqi yoxdur, bu cür qanunlar yalnız özlüyündə tamamilə özgə cürə səslənə bilən faktiki nızamlılığı ifadə edir, hansı ki, bilərəkdən mümkün təcrübə predmetlərinin mahiyyətinə məxsus olaraq artıq tələb edir ki, onun tərəfindən nizamlanmalı olan predmetlər, özlüyündə qiymətləndirilməklə – təsadüfüdürlər.
Bununla belə, burada faktiki olaraq adı çəkilən bu cür təsadüfilik, onunla məhdudlaşır ki, o korrelyativ olaraq zəruriliklə birləşdirilir, hansı ki, bu da, heç də asan olmayan məkan-zaman faktlarının birgə nizamlanmasının qaydaya salınmasında öz mənalılığını saxlamaqla, faktiki mövcud olan deməkdir, həm də mahiyyətli zəruriliyin xarakterini əldə etməsi ilə yanaşı, eyni zamanda mahiyyətli ümumiliyə qoşulmanı da əldə edir. Əgər biz deyiriksə ki, hər bir fakt, “onun öz mahiyyəti üzrə” həm də başqa cür ola bilər, onda biz eyni zamanda aşağıdakıları da deyə bilərik: mahiyyətin əldə edilməsi məhz bütün təsadüflərin, eyni zamanda da xalis dərk edilməli olan eydosların mənasından ayrılmazdır, həm də, o bundan sonra ümumiliyin müxtəlif pillələrinin əsas həqiqətləri arasında əldə edilir. Bax bu!, özünə görə adi olmayan tək-yeganə – ümumiyyətlə sadəcə fərdi, sadəcə birisi deyil – fərdi predmetdir, o “özü öz daxilində” özünün xüsusiyyətini, özünün mövcud olması ilə mühüm predikabiliya əldə edir, hansı ki, ona layiq olmağa onunla borcludur ki, ona, təkrar, nisbi müəyyən olunan başqaları da layiq ola bilərdi. Nümunə üçün, belə demək olar ki, hər bir səs özündə və özü üçün nə isə bir mahiyyətə və – hər şeydən belə – ümumiyyətlə səsin ümumi mahiyyətinə, daha doğrusu, ümumiyyətlə akustikaya malikdir, əlbəttə, əgər onu, fərdi səsin (ayrı-ayrı götürülən və yaxud da, ümumi olaraq başqası ilə tutuşdurulmaqla) daxilindən görünən bir məqamı kimi başa düşsək. Həmçinin eyni ilə də hər hansı maddi şey özünün əsaslı quruluşuna, yəni ümumiyyətlə müəyyənliklərin, ümumiyyətlə sürəkliliyin, ümumiyyətlə zahiri görünüşün, ümumiyyətlə maddiliyin– hər şeydən belə – “ümumiyyətlə maddi şeylərin” ümumi quruluşuna malikdir. Hansısa individin mahiyyətinə aid olan hər şeyə, həm də, başqa individ də malik ola bilər, ancaq ən ali mahiyyətli ümumiliyə, bir növ bizim tərəfimizdən indi göstərilən nümunədə olduğu kimi, individlərin “regionlarına”, yaxud, “kateqoriyalarına” sərhədlər müəyyən edirlər.
Rus dilindən tərcümə edən: Obaçı
Davamı: https://klv.az/2025/06/25/edmund-husserl-xalis-fenomenologiya-3/

