Corc Oruellin esseleri ilk dəfə Azərbaycan dilində

İngilis ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və publisist Corc Oruellin esselərinin bir qismi, xüsusilə müharibə mövzusunda yazdığı esselər ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edilib.

Nəşrin tərcüməçisi Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Xanım Cəfərli, elmi redaktoru isə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeqzar Cəfərlidir.

Kitab “VIPpoligraf” poliqrafiya müəssisəsində çap olunub.

Corc Oruellin esseləri onun bədii yaradıcılığı ilə yanaşı, ictimai-siyasi baxışlarını, dövrün mühüm hadisələrinə münasibətini və ədəbiyyat haqqında düşüncələrini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Nəşrin Azərbaycan dilində oxuculara təqdim olunması Oruellin publisistik irsinin ölkəmizdə daha geniş tanınmasına və dünya ədəbiyyatının mühüm nümunələrinin ana dilimizə qazandırılmasına töhfədir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Cabir Novruz. Sən elə bir vaxtda rast gəldin mənə

klv.az saytı “Poeziya inciləri” rubrikasından Cabir Novruzun “Sən elə bir vaxtda rast gəldin mənə” şeirini təqdim edir Sən elə bir vaxtda rast gəldin mənə, Dayanıb durmuşdum yol ayrıcında… Sən elə bir vaxtda rast gəldin mənə, Bir üzüm cavandı, bir üzüm qoca… Nə deyə bildim ki, sevən çağımdı, Nə dedim sevirəm, […]