Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş.
Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə.
Birinci fəsil. Fakt və mahiyyət.
§ 1. Təbii dərketmə və təcrübə
Təbii dərketmə təcrübədən başlayır və təcrübədə də qalır. Beləliklə, necə ki, bizim mümkün araşdırmaların təbii adlandırdığımız həmin nəzəri quruluşun məcmu qorizontu, bir sözlə – dünya sözü ilə göstərilir. Bu səbəbdən də bütün elmlər bu cür əzəli quruluşları ilə dünyadan bəhs edən elmlərdir və hələ ki, “həqiqi varlıq”, “gerçək varlıq”, yəni “real varlıq” ifadələri – nə qədər ki, bütün real olanlar dünyanın tamlığını təşkil edir – “dünya varlıqları” ilə üst-üstə düşür, bütövlükdə anlayışların məcmusu yalnız bu cür hökm cürəcək 21 (3).
21 (3) Burada sizə heç bir tarix danışmırlar. Nə vaxt ki, burada əzəliliyin, sanki psixoloji səbəbindən, sanki tarixi-evalyusiyasından danışırlar, onda genezisdən danışmağa dəyməz və bu haqda heç büşünmək də lazım deyil. Burada daha hansı məqsəd nəzərdə tutulursa, o özünün elmi və reflektiv aydınlığını yalnız sonralar əldə edir. Lakin hər biri lap əvvəldən hiss edir ki, empirik-konkret faktiki dərketmənin bəzən hansısa bir, misal üçün, hər hansı riyazi cəhətdən ideal olan dərketməni qabaqlamasının obyektiv müvəqqəti məna əldə etməsi mütləq deyil və o tamamilə qeyri-müvəqqəti mənada daha inandırıcıdır. (bu qeyd səhifənin axırına düşür- tərcüməçidən)
Onun bəxti olaraq hər bir elmin araşdırılmasına hansısa predmet sahəsi uyğun gəlir, onun bütünlükə dərk edilməsinə isə, yəni, burada, doğru mülahizələrinə, onun əsaslandırılması hüququnu təsdiq edən mənbələr kimi məlum müşahidələr uyğun gəlir, məsələn, filan sahənin predmetləri hər vəchlə öz mövcudluqlarına onların özü kimi – ən azından qismən – həm də öz ilkin mənbələrinin mövcudluğundan nail olurlar. Birinciyə məxsus “təbii” müşahidə dərketmə sferasına və həm də onun bütün elmlərinə nə verirsə – bu təbii təcrübədir, həmin təcrübə isə özünün ilkin mənbələrindən nə verirsə – bu qavrayışdır, qavrayış sözü burada onun adi mənasında başa düşülür. Sadəcə həmin ilkin mənbələrdən onu müşahidə etməklə, nə isə real olan bir şeyin “görünməsi” və “qavranılması”- eyni şeydir. Biz ilkin mənbələrin təcrübəsindən fiziki şeylərin “zahiri qavrayışını” əldə edirik – lakin artıq irəli baxan yaddaşlarla və ümüdlərlə deyil; biz ilkin mənbələrin təcrübəsindən elə bizim özümüzün və ya bizim şüur vəziyyətimizin daxilini, yaxud özü-özünə qavrayışını əldə edirik – lakin başqalarının və onların duyğularının “duyulması” ilə deyil. Biz “başqalarının duyğularını” onların məlum olan cismi qavrayışları əsasında görə bilərik. Lakin görmədən keçən bu cür “duyum”, hərçəndi müşahidə etmə və xəbər vermə aktı olsa da, lakin ilkin mənbənin özündən xəbər vermə deyil. Digəri onun ruhi həyatı ilə bağlıdır – hərçəndi, “özü burada”, hərçəndi öz cismi ilə burada vəhdətdə başa düşülsə də, bununla belə, sonuncudan fərqli olaraq o ilkin mənbənin özündən başa düşülən kimi verilmir.
Dünya – bu mümkün təcrübə və təcrübi dərk etmə predmetlərinin, düzgün nəzəri təfəkkürün aktual təcrübəsi əsasında başa düşülmüş predmetlərin tam məcmusudur. İndi təcrübi elmlərin metodunun konkret olaraq necə görünməsinin, onun özünün birbaşa təcrübi mövcudluğun sıx çərçivəsı xaricinə çıxmaq hüququnu necə əsaslandırmasının müzakirəsi yeri deyil. Dünya haqqında olan elmlərin, yəni təbiət quruluşlu elmlərin hamısı –maddi təbiətdən bəhs edən təbiət elmlərdir, həmçinin də canlı məxluqların və onların psixofiziki təbiətlərindən, o cümlədən, psixologiyadan, fiziologiyadan və s-dən bəhs edən elmlərdir.
Bura eyni dərəcədə də, mənəvi elmlərdən, yəni tarixdən, mədəni hadisələrdən, sosioloji fənlərin hər hansı növündən bəhs edən elmlər də aiddir, üstəlik biz hələ, onların təbiət elmləri ilə bir müstəviyə qoyulub-qoyulmaması, yaxud, onların təbiət elmləri kimi və ya eləcə vacib yeni növlü elmlər kimi nəzərdən keçirilib- keçirilməməsi məsələsini açıq saxlaya bilərik.
Rus dilindən tərcümə edən: Obaçı
Davamında təqdim olunacaq: § 2. Fakt. Fakt və mahiyyətin ayrılmazlığı