Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana nasir, ədəbiyyatşünas, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabını elektron formada nəşr edib.
Üç bölmədən ibarət kitabda müəllifin indiyə kimi yazdığı bütün nəsr əsərləri toplanıb. “Boz kəpənək” adlı I bölmədə mənsur şeirlər, “Qəhvəyi pencəkli oğlan” adlı II bölmədə hekayələr, III bölmədə isə “Daşlar ulduzlarla görüşəndə” adlı roman yer alıb.
Kitabı aşağıdakı keçid vasitəsilə yükləyib oxumaq olar:
https://kitabxana.net/book.php?id=5315
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.
Bz İyl 12, 2026, 19:00
Bu günlərdə Norveçdə yaşayan azərbaycanlı alim, Dr. İrəc İsmayılın müəllifi olduğu “Azərbaycanca-norveçcə sözlük” Salman Mümtaz Yayınları tərəfindən nəfis şəkildə nəşr edilib. Azərbaycan və Norveç dilləri arasında lüğətçilik sahəsində ilk dəfə hazırlanan bu nəşr iki xalqın dil və mədəni əlaqələrinin inkişafı baxımından olduqca mühüm hadisədir. Sözlükdə 25 mindən artıq söz və […]