Edmund Husserl. Xalis fenomenologiya

Əvbəli: https://klv.az/2025/06/18/edmund-husserl-xalis-fenomenologiya-2/

Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş

Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə

Birinci fəsil. Fakt və mahiyyət

§ 3. Mahiyyətin və fərdi müşahidənin gözdən keçirilməsi

Birinci növbədə “mahiyyət”, onun bir şeyi kimi, filan individin özü özünə varlığında əldə olunan şeyləri göstərir. Lakin hər hansı belə bir şey ideyada ürəli sürülə bilər. Təcrübədə, yaxud, fərdi müşahidədə başa düşülən şey ola bilsin ki, mahiyyət görünüşü ilə (ideasiyaya) dəyişilsin – hansı ki, öz növbəsində mümkünlüyünü, empirik kimi deyil, mahiyyət kimi başa düşmək lazım gəlir. Bu zaman gözdən keçirilənin özü də müvafiq olaraq, sanki ən yüksək kateqoriyada, sanki tam konkretliyin özünə qədər xüsusiləşmiş bir şey kimi, xalis mahiyyət və ya eydos olur.

Mahiyyətdən, yaxud, hətta onun ilkin mənbələrindən xəbər verən bu kimi baxışlar, bizim səsin mahiyyəti haqqında özümüzə gətirdiyimiz buna bənzər nümunəyə adekvat ola bilər, lakin həm də nəzərə almaq lazımdır ki, o yalnız aydınlığa münasibətdə deyil, həm də dəqiqliyə münasibətdə çox və ya az dərəcədə, qismən yarımçiq “qeyri-adekvat da ola bilər.” Müəyyən kateqoriyalı mahiyyətlərin xüsusi təşkilindən o şeylər ayrılmazdır ki, onlara münasib mahiyətlər yalnız “birtərəfli”, “çoxtərəfli” mahiyyətlər isə ancaq momentlərin ardıcıllığı ilə verilə bilsin və heç vaxt “hərtərəfli” verilə bilməsin; müvafiq olaraq bu kimi mahiyyətlərə uyğun fərdi xüsusiləşmə də təcrübədə başa düşülə bilər və qeyri-adekvat “birtərəfli” empirik müşahidələrdə yalnız təsəvvürlər ola bilər. Bu şeylərlə bağlı olan hər hansı mahiyyət haqqında, həm də ölçünün və ya maddiliyin bütün mahiyyətli komponentləri üzrə doğrudur; daha yaxından nəzər yetirdikdə isə (sonralar təhlil sayəsində bi aydın olacaq), bu hətta ümumiyyətlə hər hansı reallıqlar üçün də doğrudur, belə ki, düzdür, “birtərəfliliyin” və “çoxtərəfliliyin” qeyri-müəyyən ifadələri burada müəyyən məna əldə edir, qeyri-adekvatlığın müxtəlif növləri isə öz aralarında sərhəd çəkirlər.

Hələ ilkin olaraq onu göstərmək kifayətdir ki, artıq fiziki şeylərin məkan görünüşlərini prinsipial olaraq yalnız birtərəfli proeksiyalarda vermək olar, belə ki, sonralar, hətta əgər bu kimi qeyri-adekvatlıqlardan yayınsaq da, müşahidələrin ara vermədən sərbəst axını ilə baş verən bütün nailiyyətlərə baxmayaraq, hər hansı fiziki xüsusiyyət bizi təcrübələrin sonsuzluğuna cəlb edir, burada da təcrübənin hər hansı müxtəlifliyi nə qədər uzağa gedib çıxsa da, hər halda şeylərin daha konkret, daha yeni müəyyənliklərini açıq saxlayır – bütün bunların hamısı in infinitum-dur. Fərdi müşahidənin adekvat və ya qeyri-adekvatolmasına baxmayaraq, o mahiyyətli görünüşə müraciət edə bilər, sonuncu isə, o adekvata və ya qeyri-adekvata müvafiq olsa da, verilən hər hansı aktın xarakterini əldə edir. Bunda isə aşağıdakılar birləşir:

Mahiyyət (eydos) – bu yeni qaydanın predmetidir. Necə ki, şəxsən verilən, ya da müşahidənin təcrübi yolu ilə başa düşülən fərdi predmetdir, bunun kimi, əsaslı müşahidə ilə verilən də – xalis mahiyyətdir.

Burada sadəcə zahiri analogiya deyil, köklü ümumilik nəzərdə tutulur. Mahiyyətin nəzərdən keçirilməsi də – həmçinin müçahidədir, bunun kimi də eydetik predmetin özü də predmetdir. Korrelyatıv əlaqəli “müşahidə” və “predmet” anlayışlarının ümumiləşdirilməsi – bu heç nəyə əsaslanmadan hansısa qeyri-şüuri olaraq tələb olunmur, o inadla şeylərin təbiəti tərəfindən tələb olunur.22(4) Empirik müşahidə, xüsusən də təcrübə, hansısa bir individual predmetin şüurudur, dərk edən şüur kimi, “o bunu mövcud olmaya”, qavrayış kimi isə – ilkin mənbənin özündən mövcud olmaya və həm də, onun “əsl” canlı mənliyi ilə, predmetin “ilkin mənbədən” başa düşülən həmin şüuruna gətirib çıxarır. Mahiyyətli müşahidə də tamam eyni ilə bu cür, nəyinsə, hansısa bir predmetin şüurudur, hansına ki, onun nəzərləri istiqamətlənir, belə bir şey, istər “özü onun daxilində verilsin”, istərsə də, sonra qeyri-müəyyən və ya aydın bir surətdə digər aktlarda “təsəvvür edilsin” və “başa düşülsün”, o labüd olaraq geniş formal-məntiqi mənada hər hansı predmet kimi, həqiqi və yalan predikasiyaların eyni ilə eləcə subyekti olur. Hər cür mümkün predmetdə, məntiqi mənada desək, “mümkün həqiqi predikasiyalarda hər cür subyektin” özünün, – predikasiya edən hər cür təfəkkürə qədər –onu onun özündə təsəvvür edən, müşahidə edən, bəzən də onda başa düşən, onun baxışlarını əsl mənlik şüuru kimi “dərk edən” xüsusi giriş üsulları vardır. Beləliklə mahiyyətin nəzərdən keçirilməsi müşahidədir, əgər o, əlbəttə, sadəcə hansısa bir əyani təsəvvür deyil, həqiqi mənada nəzərdən keçirmədirsə, onda o, mahiyyəti onun həqiqi, birbaşa əsl mənliyindən ələ keçirən ilkin mənbənin özündən gələn müşahidədir.23(5)

Digər tərəfdən o prinsipial olaraq digər kateqoriyaların predmetliliyinə korrellativ olan həmin müşahidə növlərindən, xüsusi ilə də, daha məhdud mənada adi, yəni individlərin müşahidələrindən fərqlənən xüsusi və yeni növlü müşahidədir. Əlbəttə, mahiyyətli müşahidənin xüsusiyyətinə o şey, yəni individual olaraq görünən olan nə isə bir şey daxil olur ki, onun əsasında da fərdi müşahidənin əsas momenti yatır, döğrudur, burada gerçəklik olaraq hansısa bir başa düşmə və hansısa bir güman etmə tələb olunmur; o şey doğrudur ki, bunun nəticəsində mahiyyətli müşahidə, şüurun ayrı-ayrı növlərinin yığılması ilə fərdi “müvafiq” baxışa yönəldən hər hansı bir sərbəst imkanlar olmadan mümkün deyil – bunun kimi, onun əksi də mümkün deyil: sərbəst imkanları olmayan individual müşahidənin ideasiyasını, görünən mahiyyətin individual nüminədə təcəssüm edən müvafiq baxışına istiqamətlənməklə həyata keçirmək; lakin bütün bunlar, qəti surətdə o şeydə heç nə dəyişmir ki, burada hər iki növ müşahidə prinsipial olaraq, bir növ indi söylənilmiş fikirlərlə fərqləndirilirlər, özünü yalnız onların mahiyyətli birləşdirilməsində göstərir. Müşahidənin mahiyyətli fərqinə “ekzistensiyanın” “essensiya” ilə, faktın eydosla mahiyyətcə birləşdirilməsi cavab verir. Bu cür qarşılıqlı əlaqələri izləməklə, biz mülahizələrimizin köməyi ilə onların həmin anlaşılan mahiyyətini dərk edirik, hansılar ki, bu cür terminlərdən ayrılmazdır və bundan sonra onlarla möhkəm əlaqədə olur, eyni zamanda ona qoşulan, əsasən də “eydos” (ideya), “mahiyyət”, qismən də mistik anlayışlara qoşulmalardan səliqə ilə ayrılır.24(6)

___________________________________

22(4) Bu qədər sadə və tam fundamental baxışı özü üçün mənimsəmək bizim dövrümüzdə psixoloji tədqiqatçıya cətin başa gəlir, bunu mənim O Külpenin yenicə əldə etdiyim “Realizasiya” (I tiraj. 1912, s. 127) kitabında mənim kateqorial müşahidələrdən bəhs edən təlimimlə apardığı qəribə polemika sübut edir. Təəssüf edirəm ki, elə bir görkəmli alim məni başa düşməmişdir. Bununla belə, əgər anlaşmazlıq bu qədər ciddidirsə və xüsusi müddəaların mənasından heç bir şey qalmırsa, onda tənqidi cavab vermək qeyri-mümkündür. (qeyd səhifənin sonunda getməlidir- tərc. B.Q)

23(5) “Məntiqi tədqiqatlar”da mən adətən, mahiyyətin ilkin mənbənin özündən nəzərdən keçirildiyini göstərmək üçün, əksər hallarda hətta adekvat olan üçün də ideasiya sözündən istifadə etmişəm. Lakin, göründüyü kimi, hər hansı şüuru əhatə edə bilən daha sərbəst anlayışlara ehtiyac var, hansı ki, bu sadəcə və birbaşa hansısa bir mahiyyətə istiqamətlənmiş olsun, həm də onu fərz edib başa düşə bilsin.

24(6) Bax. mənim məqaləm, “Fəlsəfə ciddi elm kimi” Loqos (I), s. 315. (səhifənin axırında göstərilməli – tərcüməçidən).

Rus dilindən tərcümə edən: Obaçı

Davamı: https://klv.az/2025/07/03/edmund-husserl-xalis-fenomenologiya-4/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxanın şeirləri türk mətbuatında

“Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin 2025-ci ilin iyul buraxılışında Qardaşxan Haqqararın “Ağ gülün şeiri” və “Gömgöy” şeirləri dərc edilib. Qeyd edək ki, şeirləri Türkiyə türkcəsinə jurnalın Baş redaktoru İmdat Avşar çevirib.