Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/12/25/edmund-husserl-kartezian-dusunceleri-10-40/

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

(davamı)

16. Davamı. Məna və məna ifadə etmə (Mitbezeichnung).

5. Mənanın yoxluğu haqqında, hər halda təkrarən yeni, mənanın beşinci anlayışı əsasında, daha bir ekvivokasiyanı C. S. Mill gətirdi. O adların mənasının mahiyyətini məhz mənanın ifadəsində (connotation) görürdü və ona görə də mənaya malik olmayan adları məna ifadə etməyən hesab edirdi. (Bəzən o bunları ehtiyatla göstərirdi, ancaq, “xüsusi” və ya “ciddi mənada” mənaya malik olmadığını tam aydın şəkildə çağırırdı). Məlumdur ki, Mill ifadə edən adlar altında subyekti göstərən və özündə atributu birləşdirən şeyləri başa düşürdü; ifadə etməyən (not-connotative) adlar altında isə, subyekti bildirən, lakin subyektə xas olan kimi atributa işarə edən (burada o aydın ifadə olunur) həmin şeyləri başa düşürdü [17]. Habelə atributlar üçün olan adlar kimi, bütün xüsusi adlar da ifadə edilməyəndir (məsələn, Ağ – ağ irqin nümayəndəsi kimi). Mill xüsusi adları məşhur Min bir gecə nağılındakı quldurun təbaşirlə evin divarına qeyd etdiyi fərqləndirici əlamətlərlə müqayisə edir. Və buna əsaslanaraq o təsdiq edir: “Predmetə xüsusi ad verməklə, biz müəyyən dərəcədə evi təbaşirlə yazaraq, quldurun etmək istədiyi həmin şeyi edirik: biz nişan qoyuruq, fəqət predmetin özünə deyil, necə deyərlər, onun ideyası üzərinə. Xüsusi ad özündə sadəcə müstəqil mənaya malik olmayan nişanı təmsil edir, belə ki, biz onu öz ağlımızda predmetin ideyası ilə həmin məqsədlə əlaqələndiririk ki, elə ki, bu nişan gözümüzə dəydi və ya bizim düşüncələrimizdə baş qaldırdı, dərhal bizim ağlımıza məhz bu fərdi predmet gəlsin”.

“ Biz nə vaxt ki, – növbəti abzasda deyilir – bu və ya digər predmetə xüsusi ad qoşuruq, biz insandan danışarkən – bu, Braun və ya Smitdir deyirik, yaxud da şəhərdən danışdığımız zaman, bu Yorkdur deyirik, təkcə bununla biz qulaq asana bu predmetlər haqqında, bu predmetlərin bu cür adlanmasından qeyri, heç nə xəbər vermirik… Nə vaxt ki, predmetə onu ifadə edən adlar verilir, bu cür hallarda tamam başqa şeylər baş verir.

Məsələn, əgər biz desək ki, “şəhər mərmərdən tikilib”, biz, ola bilsin ki, qulaq asana tamamilə başqa məlumatlar veririk və ona məhz bunları “mərmərdən tikilmişdir” sözünün mürəkkəb tərkibini ifadə edən adların mənasında saxlanılan şeylər vasitəsi ilə ötürürük. Bu cür adlar – “adi işarələr deyil, bundan daha çox nə isə bir şeydir: bu işarələr məzmuna malikdir, həm də bu məzmun onların məna ifadə etməsindən ibarətdir” [18].

Əgər biz Millin bu mülahizələri ilə bizim xüsusi təhlilimizi tutuşdursaq, onda mübahisəsiz demək olar ki, Mill prinsipcə irəli sürülməli olan fərqləri qarışdırır. İlk öncə də, əlamət və ifadə arasında olan fərqi. Quldurun təbaşirinin cizgisi adi əlamətdir (işarə), xüsusi ad isə ifadədir.

Hər bir ifadə kimi, xüsusi ad da, özünü məhz əlamət kimi, özünün xəbər verən funksiyasında üzə çıxarır. Burada doğrudan da quldurun təbaşir cizgiləri ilə analogiya mövcuddur. Əgər quldur təbaşirin cizgilərini görürsə, onda o bilir ki, qarət olunmalı olan ev budur. Əgər biz xüsusi ad ifadəsi eşidəriksə, bu vaxt bizdə buna uyğun təsəvvürlər oyanır və biz bilirik ki, bu təsəvvür danışanı özündə həyata keçirir və o eyni zamanda onu bizdə oyandırmaq istəyir. Lakin bundan başqa, ad ifadə funksiyasına yiyələnir. Xəbər verən funksiya – bu məna funksiyası üçün yalnız köməkçi vasutədir. Birinci növbədə məsələ təsəvvür etmədə deyil; söhbət o şeydən getmir ki, marağı ona istiqamətləndirəsən və elə edəsən ki, o şey buna aid ola bilsin, söhbət ondan gedir ki, marağı necə lazımdırsa eləcə də, təsəvvür olunan adı çəkilmiş predmetə istiqamətləndirəsən və beləliklə də, onu özlüyündə bizim üçün təsəvvür olunan edəsən. Belə ki, o predmet kimi yalnız, nə isə bir şey haqqında söylənilmiş mülahizələrdə, deyilmiş arzularda meydana çıxır. Və yalnız bunun naminə xüsusi ad, hər hansı başqası kimi, söylənilən müddəaların, təkliflərin, arzuların və s. tərkib hissəsi ola bilər. Lakin predmetə münasibətdə xüsusi ad əlamət deyil. Əgər biz fikirləşiriksə ki, əlamətin mahiyyətinə faktlardan, mövcud olmadan (Dasein) xəbər verən şeylər aiddir, halbuki, bu, gələcək izahlar olmadan da aydındır ki, adı çəkilən predmet ehtiyac duymur ki, o mövcud olan hesab edilsin.

Mill öz analogiyasını apararkən hesab edir ki, xüsusi adla, bu adla çağırılan şəxsin təsəvvürü arasındakı əlaqə mahiyyətcə, təbaşir cizgiləri ilə ev arasındakı əlaqə kimidir, lakin eyni zamanda əlavə edir: bu əlaqə mövcuddur ona görə ki, elə ki, işarə bizim baxış dairəmizə düşür və ya təfəkkürümüzdə meydana çıxır, biz dərhal fərdi predmeti təsəvvür edə bilək, onda bu analogiya – məhz bu artırılmalar vasitəsi ilə, bütünlüklə dağılır.

Mill ədalətli olaraq, predmet haqqında “biliyi” bizə xəbər verən, həm də bunu etməyən həmin adlar arasındakı fərqi qeyd edir; lakin ifadə edən və ifadə etməyən adlar arasındakı nə bu, nə də eyniişarəli fərqin mənalı və mənaya malik olmayan adlar arasındakı fərqlə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq adı çəkilən fərqlərdən ilk ikisi, öz əsaslarında sadəcə eyniqiymətli deyil, həm də məhz məntiqi mənada tamamilə eynidirlər. Söhbət atributiv və qeyri-atributiv adların adi fərqlərindən gedir. Bəzi şeylərin “biliyin”dən və həm də bu biliyin atributlarından xəbər vermək eyni şey deməkdir. Əlbəttə, bu mühüm fərq, öz predmetinin adını birbaşa çağırır, yaxud onu, ona xas olan atributları xəbər verməklə çağırır. Lakin “ifadənin” növü daxilində mövcud olan bu fərq, eyni ilə, atributiv və qeyri-atributiv mənalara ayrılan adların mənaları arasında və ya məntiqi “təsəvvürləri” arasında olan paralel və yüksək dərəcədə mühüm fərqlər kimi, həmçinin də “mənanın” vahid daxili növünün fərqidir.

Millin özü müəyyən formalarda bu fərqi hiss edir, özü bəzən məcbur olaraq xüsusi adların mənalarından və bunun da əksinə olaraq, ifadə edən adlara dəxli olan şeylərin mənası haqqında “xüsusi” və “ciddi” mənada danışır; əlbəttə, bununla bərabər, məna haqqında tamamilə yeni əsasda danışmaq daha yaxşı olardı (nəinki, hər hansı bir şəkildə məsləhət vermək).

Hər ehtimala qarşı, görkəmli məntiqçi necə ki, bu qiymətli fərqi konnotativ və qeyri-konnotativ adlar arasına daxil edir, məhz həmin üsul, yalnız o şeydə daha çox günahkardır ki, elə indicə toxunduğumuz tamamilə müxtəlif olan fərqlərlə qarışdırılır.

Buna baxmayaraq, diqqət yetirmək lazımdır ki, millin fərqi bir halda ki, ifadə edən (mitbezeichnet) olduğuna görə, ifadəni göstərir (bezeichnet), bununla belə, adın adlandırılması nə isə bildirdiyi (bezeichnet) üçün, sadəcə qohum olan fərqləri qarışdırmaq olmaz. Millin şərhləri məhz bu qarışıq salınmaya xidmət edir.

Onların dəyərini azaltmaqla, sonrakı araşdırmalar göstərəcək ki, bütün bu fərqləndirmələr nə qədər mühümdür və onları “adi qrammatik” üsulla səthi nəzərdən keçirmək işin mahiyyətinə nə qədər mənfi təsir göstərir; ümüd etmək olar ki, onlar bizim təklif etdiyimiz o şeyi aydınlaşdıracaq ki, onun sadə fərqlərinin dəqiq ayrılmaları olmadan, məntiqi mənada təəssüratların və mühakimələrin doğru anlayışlarının işlənib hazırlanması haqqında düşünmək belə olmazdı.

      Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2025/01/08/edmund-husserl-kartezian-dusunceler-10/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

M.Füzulinin 530 illiyinə həsr olunmuş esse üzrə müsabiqənin birincisi - Əli Ağzadə

“Ədəbiyyat səyyahları” saytı  Böyük Azərbaycan şairi M.Füzulinin 530 illiyinə həsr olunmuş müsabiqədə esse üzrə qalibin hər iki essesini təqdim edir   Füzuli yaradıcılığında dini ideya və sufi baxışların sərhədləri             Söz əvvəldən var idi, uca Yaradanın “Kon”, (Ol) kəlməsi ilə dünya yarandı. Qələm ki, ələ gəldi, ilk olaraq sözdən yazdı. […]