Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/01/01/edmund-husserl-kartezian-dusunceleri-10-41/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

II Fəsil. Mənaverici aktların xarakteristikasına dair

§17. Səhvən məna qismində güman edilən fantaziyaların izahedici simaları

Biz məna və ya mənanın intensiyası anlayışının fenomenoloji xarakterinı üzə çıxardıq, necə ki, özlüyündə ifadəyə məxsusdur və buna görə də onu şüurda, deskriptiv olaraq sadə səslənmədən fərqləndirir. Bizim təlim üzə çıxarır ki, çox vaxt bu anlayışın bu cür xarakterinin gerçəkliyi və imkanları, ifadənin idraki funksiya yerinə yetirib-yetirməməsindən, zəif də olsa əyanilik əldə etmiş müşahidələrlə uzaq münasibətlərə malik olub-olmamasından asılı deyil. İndi isə bütün məna effektlərinin (Leistung), ifadənin həqiqi mənasının daim onda yaranan müəyyən fantaziya obrazıarının oyandırılmasında görünməsini, geniş yayılmış, əgər hətta bizim əksimizə olsa da, üstün olmayan anlayışla qaydaya salmaq vaxtıdır.

Buradan, bəzi ifadələrin başa düşülməsi, fantaziya obrazlarının onlarla əlaqəsinin üzə çıxarılması demək olardı. Onların yoxluğu ilə ifadə mənasız bir şey olardı. Çox vaxt fantaziyanın bu obrazlarının özünü sözlərin mənaları ilə çağırırlar və üstəlik buna uyğunluğa cəhd edərək, onları adi dildə ifadənin mənası ilə başa düşürlər.

Çox güman ki, ilk baxışda bu cür şeylərin cəlbediciliyi ona görə mümkündür ki, bunlar mövhumatla yüklənməmiş tədqiqatçıların ona qarşı irəli sürülən bütün etirazlarına baxmayaraq mövcuddurlar, təbii ki, bu deskriptiv psixologiyanın vəziyyətinin geriliyindən xəbər verir. Əlbəttə, bir çox hallarda dil ifadəsi, bu və ya digər dərəcədə onların mənaları ilə bağlı olan fantaziya təsəvvürləri ilə müşaiyyət olunur. Lakin bu aşkar faktlarla, hər yerdə tələb olunan bu cür izlənilməyə qarşı çıxır. Bu eyni zamanda ondan danışır ki, onların mövcudluğu ifadənin mənasını təşkil edə bilməz (hətta mənanın özünü də), onların yoxluğu isə, bu mənanın olmasına maneə törədə bilməz. Bu həm də, bu və ya digər hadisələrdə üzə çıxmaqla müşaiyyət olunan fantaziyaların müqayisəli öyrənilməsini göstərir – sözün dəyişməyən mənası ilə müşaiyyət olunan fantaziya bir neçə dəfə dəyişə bilər və bu məna ilə son dərəcə zəif əlaqədə ola bilər, halbuki, ifadənin məna intensiyasını həyata keçirən və gücləndirən əyaniliyin xüsusi mənaya gətirilməsi, yalnız müəyyən səylərdən sonra mümkün olur və ümumiyyətlə çox vaxt mümkün olmur. Fərz edək ki, biz biliyin hər hansı abstrakt sahəsinə aid olan bir işi öxuyuruq və başa düşülən sözlərin çərçivəsindən kənara çıxan bir şeyin olub-olmadığını – müəllifin niyyətlərini bütünlüklə anlamaqla – müşahidə edirik.

Əlbəttə, müşahidənin bu situasiyası bizim iddia etdiyimiz başa düşmə üçün daha əlverişlidir. Müşahidə ilə idarə edilən maraq, – fantaziya obrazlarını üzə çıxarmaq üçün – psixoloji olaraq bu obrazların özünün, bizim meylimizlə isə, – sonrakı refleksiyalarda üzə çıxanları dərhal da ilkin vəziyyətlərin sırasına daxil etmək üçün – bir yerə yığışmaqla psixoloji cəhətdən ifadənin məzmunu olmalı olan yeni-yeni fantaziya obrazlarının meydana çıxmasına yardım edir. Lakin, bu cür müşaiyyət edən fantaziyaların məna ifadə edən mahiyyətini nəzərdən keçirən konsepsiya üçün iddia olunan əlverişli şəraitin olmasına baxmayaraq, hər halda, hadisələrin qeyd edilən dərəcələri xüsusunda, ən azı psixoloji müşahidələrdə saxta dəlil axtarışından imtina etmək lazımdır. Məsələn, gəlin, yaxşı anlaşılan cəbri işarələri və ya bütövlükdə formulanı, yaxud da verbal ifadə olunan bu cür vəziyyəti götürək: hər bir tək dərəcəli cəbri ifadə ən azı bir həqiqi kökə malikdir, həm də tələb olunan müşahidəni həyata keçirək. Əgər mən elə indi özümün üzə çıxardığımdan danışıramsa, onda son misal barəsində mən, toybnerov möhürü ilə cəbri funksiyaların hissi nümunələrinin və sözün “kökü” ilə Ö-nün hissi simvollarının açıq kitabını (mən onda Serretin Cəbrini öyrənirəm) əldə edirəm. Halbuki mən müddəanı on dəfə oxumuşam və bütünlüklə başa düşmüşəm, ancaq yenə də, hər hansı bir formada təsəvvür edilən predmetliliyə aid müşahidə edilən fantaziyaların bir zərrə də olsa izini tapmamışam. Mədəniyyət, din, elm, incəsənət, diferensial hesablama və s. kimi, bu cür ifadələrin əyani təsəvvür olunmasına cəhd göstərilən zaman da, eyni ilə bu vəziyyət baş verir.

Burada hələ onu da göstərmək lazım gəlir ki, deyilənlər, təkcə predmetliliklə son dərəcə abstrakt və vasitəli əlaqələrlə bağlı olan ifadələrə deyil, həmçinin fərdi obyektlərin, məşhur şəxsiyyətlərin, şəhərlərin, landşaftların adlarına da toxunur. Əyani təkrarçılığa qabiliyyət mövcud ola bilər, ancaq məlum məqamda o reallaşdırılmır.

      Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2025/01/15/edmund-husserl-kartezian-dusunceleri-10-42/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sərvanə Dağtumas. Bədii ədəbiyyatda psixogenealoji elementlər

Genealogiya nəsil-şəcərə əlaqələri, nəsillərin tarixi və izlənilməsi haqqında elm olduğu halda, diqqət yetirəcəyimiz psixogenealogiya elmi insan psixologiyasının soy bağları ilə əlaqəsini, nəsillərarası travmaların, nəsil lənətlərinin insanın taleyinə təsiri mexanizmlərini və ailə sirrlərini araşdırır. Bu elm çili-fransız kinorejissoru, sürreal filmləri ilə məşhurlaşan Aleksandro Kodorovskinin adı ilə bağlıdır. Nəsillərarası travma ilk dəfə […]