Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/12/18/edmind-husserl-kartezian-dusunceleri/

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

(davamı)

15. Bu fərqləndirmələrlə əlaqəli ekvivokasiya, mənadan və mənanın yoxluğundan (Bedeutungslosigkeit) bəhs edən mülahizələrdə

Biz “məna” və “məqsəd” terminlərini, sadəcə mənanın intensiya məzmununa (hansı ki, özlüyündə ifadədən ayrılmazdır) deyil, həm də həyata keçirilən mənanın məzmununa tətbiq etdiyimiz zaman, əlbəttə, tamamilə xoşagəlməz ekvivasiya üzə çıxır. Cünki artıq həyata keçirilmə faktına həsr olunmuş, qarçılıqlı əlaqədə intendasiya və həyata keçirmə məqsədi konstruksiyalaşdıran iki akt, heç bir halda eyni kimi ortaya çıxmır. Lakin, məhz o şey ki, həmin terminlərin intensiyasından onun həyata keçirilməsinə doğru daşınmasına təkan verir, bu bütöv həyata keçirilmələrdə eyniləşdirmənin və ya üst-üstə düşmənin birliyi kimi bir oriıinallıqdır (Deckung); və beləliklə, cətin ki, bizim əlavə modifikasiya yolları ilə zərəsizləşdirməyə çalışdığımız ekvivokasiyalardan qacmaq mümkün olsun. Əlbəttə, aydındır ki, biz sonralar da, özlüyündə ifadəyə məxsus olan intensiyaya oxşar həmin mənanı, “adi məna” altında başa düşəcəyik.

Məna sonralar bizim qarşımıza eynimənalı məqsəd kimi çıxır. Bir tərəfdən, məhz bu anlayışa nisbətən paralel, qarşılıqlı dəyişən terminləri əldə etmək, əsasən də, məhz məna termininin məqsədinin araşdırılmalı olduğu yerdə, bu növ tədqiqatlara malik olmaq daha rahatdır. Ancaq burada, daha çox başqa bir şey, yəni hər iki sözün məna üzrə bərabər şəkildə işlədilməsi kimi, dərin kök salmış vərdişini nəzərə almaq lazımdır. Bu vəziyyət, onların mənasını (məsələn, Freqenin təklif etdiyi kimi[11]) bizim fikrimizlə, məna üçün bir anlayışda, ifadə olunmuş predmet üçün isə başqa anlayışda işlətməklə, fərqləndirmək cəhdinə şübhə etməyə imkan verir. Onu da əlavə edək ki, həm elmi, həm də adi sözlər işlətməklə, hər iki termin bizim yuxarıda fərqləndirdiyimiz eyni ilə həmin ekvivokasiyalarla yüklənir, hətta söhbət nə vaxt ki, ifadəlilikdən (Ausgedruecktsein)  gedir, ona həm də başqa ekvivokasiyalar da birləşir. Məntiqi aydınlığa zərər yetirməklə, müvafiq ifadənin mənası və məqsədi altında gah xəbərverici aktları, gah ideal məqsədləri, gah da ifadə əldə etmiş predmetliliyi başa düşürlər. Belə ki, möhkəm terminoloji bölünmə çatmır, anlayışların özü, aydınlığı itirərək bir-birinə keçirlər.

Bununla əlaqədar olaraq fundamental qarışma meydana çıxır. Hər şey təkrar-təkrar qarışdırılır, məsələn, nə vaxt ki, universal və ikimənalı adlar möhkəm anlayışlara malik olmurlar, onlar sonuncunun çoxmənalılığı (Vieldeutigkeit) ilə birincinin məna (Vielwertigkeit) müxtəlifliyini, yəni bir çox predmetlərə münasibətdə onların predikativ olmaq qabiliyyitini fərqləndirə bilmirlər. Və yenə hər halda, tez-tez kollektiv və universal adlar arasında olan fərqin əsl mahiyyətinə dair üzə çıxan qeyri-müəyyənlik bununla əlaqəlidir.

Çünki verilən müşahidə çoxluğunda, kollektiv məna öz dolğunluğunu həyata keçirdiyı zaman, başqa sözlə, dolğunluğun həyata keçirilməsinin ayrı-ayrı müşahidələr çoxluğuna parçalandığı hallarda, əgər intensiya ilə dolğunluğun həyata keçirilməsi burada bölünmürsə, bu zaman döğrudan da görünə bilər ki, müvafiq kollektiv ifadə xeyli mənalara malikdir.

Və hər halda, nə vaxt ki, söhbət məna və məqsəddən və müvafiq olaraq, mənaya malik olmayan və ya məqsədsiz ifadələrdən gedir, özünün nəticələri ilə böyük zərər yetirən ekvivokasiyaları dəqiq fərqləndirmək bizim üçün mühümdür. Əgər biz qarışdırılan anlayışları sıralamağa başlasaq, onda aşağıdakı cərgə yaranar.

İfadə anlayışına o şey məxsusdur ki, o mənaya malik deyil. Onu digər işarələrdən məhz bu fərqləndirir, necə ki, yuxarıda aydınlaşdırmışdıq. Ümumiyyətlə, məna əldə etməyən ifadə əslində ifadə deyil; ən yaxşı halda o belə bir şeydir ki, ifadə olmağa iddia edir və ya belə görünmək istəyir, halbuki, daha yaxından baxılsa o heç də qətiyyən ifadə kimi ortaya çıxmır. Bura abrakadabra kimi, öxşar sözlərlə artikulyarlaçdırılmış səslər, digər tərəfdən, həmçinin bütöv ifadəyə uyğun gəlməyən, halbuki onlar kimi – özünün xarici görünüşünə görə –  yenə də bu cür olmaq iddiası ilə çıxış edən, həqiqi ifadə kompleksləri aiddir. Məsələn, yaşıldır yoxsa.

  1. Mənada predmetlliliyə münasibətlər konstruksiyalaşır. Bu surətlə, ifadəni məna kimi işlətmək və ifadə söyləməklə predmetə münasibəti müəyyənləşdirmək (predmeti təsəvvür etmək), eyni şeydir. Bununla belə haradaki bu mümkündür, o yerdə predmetin mövcud olub-olmaması qətiyyən rol oynamır. “Ümumiyyətlə ifadənin predmetə aid olması nəticəsində məna kəsb etməsi” xüsusi mənada, – yəni ki, bu məna özündə predmetin mövcudluğunu birləşdirir – izah olunur, əgər vəziyyət belə olarsa, bu zaman əgər müvafiq predmet mövcuddursa, ifadə məna kəsb edir, əgər belə bir predmet mövcud deyilsə, ifadə məna kəsb etmir.

Doğrudan da, məna haqqında çox vaxt elə danışırlar ki, bunun altında məna ifadə edən (bedeuteten) predmetlər nəzərdə tutulur;  işlədilən söz çətin ki, ardıcıl olaraq tutulub saxlanılsın, belə ki, o mənanın həqiqi anlayışla qarışdırılması üzündən meydana çıxmışdır.

  1. Əgər məna ifadənin predmetliliyi ilə bərabərləşdirilirsə, onda qızıl dağ kimi belə bir ad, mənaya malik olmur. Ümumiyyətlə, buna baxmayaraq məzmunsuzluğu və mənanın yoxluğunu burada fərqləndirirlər. Bir-birinə zidd olan və ümumiyyətlə aşkar uyuşmazlıqlarla yüklənmiş şeyləri əksinə, həvəslə ifadə adlandırırlar, məsələn, dəyirmi kvadrat, mənasız və həm də nitqin buna bənzər ifadələrindən istifadə etməklə onlardan məna iddia edir. Misal üçün, Ziqvarta görə, dördbucaqlı dairə kimi bu cür zidd formula bizim ağlımıza gələ bilən heç bir anlayış ifadə etmir, ancaq o yalnız tərkibində həllolunmaz məsələni gəzdirən sözü müəyyənləşdirir. Necə ki, o hesab edir, dördbucaqlı dairə mövcud deyil ekzistensial müddəası, bu sözlərlə anlayışı əlaqələndirmək imkanlarına mane olur. Bununla bərabər, bu anlayış altında Ziqvart açıq-aşkar “sözün ümumi mənasını” yəni, (əgər biz bunu dəqiq mənimsəmişiksə) məhz bu anlayışla bizim başa düşdüyümüz şeyləri anlamaq istəyir. “Dördbucaqlı dairə düşünmək yüngüllükdür” misalına əsaslanaraq, Erdman [13]da bu kimi mülahizə yürüdür. Əgər bu xətti ardıcıl davam etdirsək, bu zaman biz bilavasitə mənasız ifadələrlə yanaşı, vasitəli ifadələri, yəni dolayısı sübutların gedişi ilə riyaziyatçılar tərəfindən predmetsiz apriori kimi üzə çıxarılan sonsuz sayda ifadələri də, həmçinin mənasız adlandırmalı idik. Eyni ilə bu şəkildə biz inkar edə bilərdik ki, düz dekaedr və sairə kimi, bu cür anlayış, ümumiyyətlə anlayışdır.

 

Marti adı çəkilən tədqiqatçılara etiraz edir: “Əgər bu sözlər mənasız olsaydı, onda biz nə isə belə bir növün mövcud olub-olmadığı və ona mənfi cavab vermək məsələsini necə başa düşə bilərdik? Bu cür predmetlərin mövcudluğunu rədd etməkdən ötrü, hətta biz hər halda hansısa formada olsa da, bir-birinə zidd olan belə bir materiya təsəvvür etməliyik” [14].

“Əgər bu cür mənasızlığı boş bir şey adlandırırlarsa, onda bu yalnız onu ifadə edə bilər ki, görünür, onlar heç bir məntiqə uyğun məna kəsb etmir” [15]. Bir halda ki, bu tədqiqatçıların arqumentasiyaları, mənanın yoxluğunu tamamilə başqa cür ifadə edən, yəni məna həyata keçirən aprior qeyri-mümkünlüyün I bəndində göstərilən həqiqiliyi qarışdırdığı üçün şübhə doğurur, bu ifadə bütövlükdə doğrudur. Əgər onun intensiyası mümkün həyata keçirməyə, başqa sözlə, müşahidə ilə aşkarlıq əldə etmək imkanlarına uyğundursa, bu mənada ifadə məna əldə edir. Bu mümkünlük ideal kimi təxmin edilir; o təsadüfi ifadə aktlarına və təsadüfi həyata keçirmə aktlarına deyil, onların ideal bütövlük kimi və müəyyən əlaqələrdə ona uyğun həyata keçirilən mənalarının ideal məzmunlarına toxunur. Bu ideal əlaqə həyata keçirmə aktının bütövlüyü əsasında ideyalaşan abstraksiya vasitəsi ilə başa düşülür[16]. Əks halda biz həyata keçirmənin intendasiya olunmuş bütövlüyü ilə natamam mənaların “bir yerə sığışmayan” təəssüratları əsasında mənanın həyata keçirilmə bütövlüyünün ideal qeyri-mümkünlüyünü başa düşürük.

 

Bu əlaqələrin fenomenoloji aydınlaşması, necə ki, sonrakı araşdırmalar bunu göstərəcək, böyük zəhmət və müfəssəl təhlil tələb edir.

 

  1. İfadə nə deməkdir (bedeutet) sualını verməklə, biz təbii ki, onun idraki funksiyalar yerinə yetirdiyi və ya onun məna intensiyasının müşahidələrlə həyata keçirildiyi, eyni ilə həmin vəziyyətlərə qayıdırıq. “Anlaşıqlı təsəvvür” (yəni, məhz mənanın intensiyası) özünün “aydınlığına və dəqiqliyinə” bu üsullarla nail olur, o özünü “həqiqi”, “gerçək” həyata keçirlən kimi təsdiq edir.

Bir növ müşahidənin adına olan vekselin haqqı ödənilir. Belə ki, indi intensiya aktlarının bütövlükdə həyata keçirilməsi, həyata keçirilmiş aktlarla necə üst-üstə düşürsə, eləcə də onlarla sıx surətdə qarışır (əgər ümumiyyətlə burada fərqlərdən danışmaq olarsa), onda bu vəziyyət belə bir halda qarşımızda çox yüngül görünür, elə bil ifadə təkcə burada məna əldə edir, o bunu sanki həyata keçirilmiş aktın özündən əxz edir. Beləliklə, həyata keçirilən müşahidəni (bununla yanaşı, adətən onları kateqorial olaraq formalaşdıran aktlar yan keçir) məna hesab etməyə meyl meydana çıxır. Lakin həyata – biz hələ bu əlaqələri əsaslı surətdə öyrənməli olacağıq –  keçirmə heç də həmişə tam olmur. İfadə çox vaxt son dərəcə uzaqlaşdırılmış və yalnız qismən illustrasiya olunan müşahidələrlə izlənilir. Belə ki, fenomenoloji fərqlər bu hadisələr xüsusunda nəzərdən keçirilmir, ümumiyyətlə ona gəlib çıxırlar ki, ifadənin, hətta müvafiq həyata keçirilməyə iddia edə bilməyən həmin ifadənin mənasını, müşahidəni müşaiyyət edən ifadə obrazlarında tapırlar. Buradan o nəticə çıxır ki, ümumiyyətlə mənanın inkar edilməsi, təbii ki, absurd ifadələrdən meydana gəlir.

Beləliklə mənanın yeni anlayışı, mənanın həyata keçirilən müşahidə ilə qarışmasından boy atır. Bu anlayışlara uyğun olaraq, əgər onun intensiyası (bizim terminologiya ilə – onun məna intensiyası) qismən, yaxud uzaqdan və hətta qeyri-həqiqi olsa da, faktiki olaraq həyata keçirilirsə, qısası, əgər onun anlaşılması hər hansı bir “əhəmiyyətli təsəvvürlərlə” (adətən deyildiyi kimi), yəni hər hansı bir izah olunan formalarla canlandırılarsa, ifadə bu zaman və yalnız bu zaman məna əldə edir.

Müqavimət göstərən və son dərəcə geniş yayılmış konsepsiyanın qəti olaraq təkzib edilməsi böyük əhəmiyyət kəsb edir və ona görə də daha geniş araşdırmalar tələb edir. Biz ən yaxın fəslə müraciət etməyi buyururuq və bu münasibətlə, indi mənanın müxtəlif anlayışlarını sadalamağa davam edirik.

      Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2025/01/01/edmund-husserl-kartezian-dusunceleri-10-41/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mariela Cordero. Mən hamıyam və mən heç kimsəyəm

Venesuelalı hüquqşünas, şair, yazıçı, tərcüməçi və rəssam olan Mariela Corderonun şeirləri bir neçə dilə tərcümə edilmiş və bir sıra beynəlxalq ədəbiyyat antologiyalarında dərc edilmişdir. Mariela, eyni zamanda bir neçə beynəlxalq ədəbiyyat mükafatının qalibidir. Klv.az saytı Mariela Corderonun bəzi şeirlərini Ümid Nəccarinin tərcüməsində təqdim edir.   Birinci   Mən birinciyəm mən […]