Mariela Cordero. Mən hamıyam və mən heç kimsəyəm

Venesuelalı hüquqşünas, şair, yazıçı, tərcüməçi və rəssam olan Mariela Corderonun şeirləri bir neçə dilə tərcümə edilmiş və bir sıra beynəlxalq ədəbiyyat antologiyalarında dərc edilmişdir. Mariela, eyni zamanda bir neçə beynəlxalq ədəbiyyat mükafatının qalibidir.

Klv.az saytı Mariela Corderonun bəzi şeirlərini Ümid Nəccarinin tərcüməsində təqdim edir.

 

Birinci

 

Mən birinciyəm

mən başlanğıcdayam

zamanın

qaranlığın ortasında

hissəciklərlə

qürub içində

bu aşırımda

bu dağılmağın başlanğıcında…

Mən hamıyam

Və mən heç kimsəyəm.

 

***

Təslim ol

 

Təslim ol

əriyən bir hekayə kimi

qırışmış, büzüşmüş və yara yerinə…

cismin güclü təbəssümü

kədərli bir ürəyinə su vermək kimi…

Təslim ol

ayaqyalın

bir şam kimi çılpaqcasına

ram olmayan gözlərdən,

saf niyyətlə…

təslim olan biri kimi

ölümə…

 

***

Kölgənin içindəki əl

 

Kölgədə bir əl var

mərhəmətdən məhrum…

nəvazişlər imperiyasından qovulmuş

anlaşma deyə tanımır

yaxınlıq və ya dua…

Bu əl

partladır

ölüm çırpıntıları ilə

yanlış hərəkətləri ilə

dalğalarla

hücum edir cismimizə…

Dəqiqliklə yaralayır

müti dərini,

Qüsl edir yaranı

və xətt çəkir

polad barmağı ilə.

Yalnız

səni

yaralamaq istəyir…

 

***

Anlaşılmaz gözlər

 

Anlaşılmaz gözlər

o gizlənmiş

polad şəhərlərinin

arxasında gizlin

minlərlə başqa yuxuda gəzən gözlər…

Onlar qaməti bükülməz narkotiklərdir

çarəsizliyi məhv edən

fəryadı sakitləşdirin

və nəvazişlər bağışlayan.

hüzurunuza zühur edərkən

sizi müharibəyədək sürükləyə bilər.

Bilə-bilə

ki, sən öləcəksən

onların varlığı ilə.

 

***

Ada

 

Uzaqlarda,

unutqanlıqdan yaranmış

mühasirəyə alınmış

ac suların sahilində

tənha

isti qum…

Bir ada

sizin ağzınıza bənzəyir

kalsın daşlarla…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Ümidsizlik tunelindəki səsin işığı

Dünyanın dörd fərqli bölgəsində eyni anda təyyarə qəzaları baş verir. Bu qəzalardan yalnız üç uşaq xilas olur. Özü də burunları belə qanamadan. Qəzadan kədərli bir səs yayılır bütün dünyaya. Pamela Mey Donald ölüm anında bir səs göndərir: “Uşaq… uşağa diqqət yetirin, ölən insanlara baxın. Ay Allah, o qədər çoxdur ki. […]