Əvvəli: https://klv.az/2024/12/11/edmund-husserl-kartezian-dusunceleri-10-39/
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
(davamı)
§14. Məzmun predmet kimi, məqsəd həyata keçirən kimi və sadəcə məna və ya məqsəd kimi
Mahiyyət ehtibarı ilə hər bir ifadəyə xəbər vermənin, mənanın və predmetin qarşılıqlı əlaqələri məxsusdur. Hər bir ifadədə nə isə xəbər verilir, hər bir nə isə məna əldə edir və ya ona ad qoyulur, yaxud da, hansısa bir şəkildə bildirilir. Və nə vaxt ki, bütün bunların hamısı ifadə olunmuş adlanır, bu zaman ekvivokasiya meydana çıxır. Necə ki, artıq yuxarıda demişdik, ifadə üçün, onun məna intensiyasının dolğunluğunu həyata keçirən həqiqi verilmiş maddi münasibətlər əhəmiyyətsizdir. Əgər biz bu mühüm hadisəni hesaba alsaq, onda biz ona diqqət yetirməliyik ki, ifadə olunmuş predmetin reallaşdirilmış münasibətləri ikili adlandırıla bilər: bir tərəfdən, predmetin özü, məhz bu cür, bir növ şərtləndirilmiş kimidir. Digər tərəfdən, həm də xüsusi mənada, onun mənasının dolğunluğunun həyata keçirilmə aktının, yəni mənanın məqsədinin dolğunluğunun həyata keçirilmə aktının konstruksiyalaşdırılmasında onun ideal korrelyatıdır. Haradaki müvafiq müşahidə əsasında intensiyanın mənası həyata keçirilir, başqa sözlə, haradaki ifadə məlum predmetə həqiqi ad qoyulması ilə əlaqələndirilir, o yerdə predmet müəyyən aktlarda “verilən” kimi konstruksiyalaşır, həm də, – ifadə hansı dərəcədə xəyalən verilənlərlə uyğundur, o dərəcədə – o bizə, bu aktlarda məna necə fərz edirsə, eyni ilə həmin formada verilir.
Bu üst-üstə düşən bütövlükdə məna ilə mənanın dolğunluğunun həyata keçirilməsi arasında – məna aktının əlavə verilən (Wesen des Bedeutens) mahiyyəti kimi, mənaya, mənanın dolğunluğunun həyata keçirilmiş korrelyativ mahiyyəti uyğun gəlir və həm də sonuncu mənanın dolğunluğunu həyata keçirəndir, yaxud belə də demək olar ki, ifadədə məqsədin ifadə olunmasıdır. Məsələn, qavrayış haqqında mülahizələr haqqında deyirlər ki, o qavrayışı ifadə edir, hətta belə də demək olar ki, o qavrayışın məzmununu ifadə edir. Hər cür mülahizələrdə olduğu kimi, biz qavrayış haqqında mülahizələrdə də məzmunu və predmeti fərqləndiririk, üstəlik o formada ki, burada məzmun altında, qulaq asılan mülahizələri dəqiq anlaya bilən oxşar mənalar başa düşülür, baxmayaraq ki, özü həm də başa düşülməyən predmetdir. Bu cür fərqləndirməni biz eyni cür də aktların dolğunluğunun həyata keçirilməsində, nəticə ehtibarı ilə, qavrayışda və onun kateqorial forma təşkilində etməliyik. Qərarlaşdırılmış müşahidələrdə qabaqcadan təyin edilmiş predmetlilik, məhz bu aktlar sayəsində necə lazımdırsa, o cür də məna ifadə edərək irəli çıxır. Mən təsdiq edirəm ki, biz yenə də mənanın dolğunluğunun həyata keçirilməsində məzmun aktlarını fərqləndirməliyik, yəni belə demək olarsa, qavrayışda (kateqorial olaraq təsdiq edilmiş) məna ünsürlərini (das Bedeutungsmässige) təşkil edən şeyləri qavranılmış predmetdən fərqləndirməliyik. İntendasiya edən “məzmun”la həyata keçirmə, həyata keçirmənin vəhdətinə “yerləşdirilir” (deckt) belə ki, intendasiya olunmuş və “məlum” predmet, təəssüratlarda qarşımıza eyni zamanda iki predmet kimi deyil, yalnız bir predmet kimi çıxır.
Aktın intensional mahiyyətinin ideal qavranılması kimi, əlavə verilən məna, bizim üçün mənanı intendasiya edən ideya kimi necə üzə çıxarırsa, aktın korrelyativ mahiyyətinin ideal qavranılmasını da eləcə üzə çıxarır, mənanın dolğunluğunun həyata keçirilməsi məhz həyata keçirən mənanı üzə çıxarır, üstəlik ideya olaraq bərabər formada.
Bu mümkün qavrayış aktlarının məcmusuna aid qavrayışda öxşar olan həmin məzmundur ki, həmin predmetin özünü fərz edir və həm də qavrayış modusunda eyni ilə onun özü kimi gerçəkdir. Beləliklə bu məzmun müəyyən predmetlərin ideal məzmunudur, hansı ki, buna baxmayaraq ola bilsin ki, tamamilə saxtadır.
Biz nə vaxt ki, ifadənin ifadə edilməsindən, yaxud, ifadə edilmiş məzmunun özündən danışırq, bu surətlə, məzmunun subyektiv mənası ilə[9] məzmunun obyektiv mənasını[10] fərqləndirməkdən ötrü, çoxsaylı ekvivokasiyaları qaydaya salmaq olar. Sonuncu ilə əlaqədar aşağıdakıları ayırmaq lazımdır:
/9/məzmun məqsəd həyata keçirən kimi;
/10/ məzmun predmet kimi.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/12/25/edmund-husserl-kartezian-dusunceleri-10-40/