Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/07/31/edmund-husserl-kartezian-dusunceleri-10-20/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

NƏTİCƏ

§ 63. Transsendental təcrübənin və dərk etmənin tənqidi məsələləri

İki əvvəlki və həmçinin sonuncü dəfə düşüncələrdə saxlanılan araşdırmalarda, biz transsendental təcrübənin, özümüzün və “başqasının” dərketmə təcrübəsinin əsasında hərəkət edirdik. Biz bu təcrübəyə, ümumiyyətlə transsendental-eimi təcrübənin bütün növlərinin predikativ deskripsiyalarının aşkarlığına inandığımız kimi, onun əzəli həyati aşkarlığı sayəsində ehtibar edirik. Bununla bərabər biz belə bir ciddiliklə əvvəl səslədirilən tələbdən – yeganə əsl elmi ola bilən apodiktik dərketməni həyata keçirmək – yayındıq, ancaq heç bir halda onu kənara atmaqıq. Biz ancaq müəyyən nöqteyi-nəzərdən, hələ bəzi sadəlövhlüyü özündə daşıyan bu ilkin fenomenologiyanın əvvəlcə ucsuz-bucaqsız problematikalarının konturlarını cızmağı üstün tutduq, belə ki, bu problematikaların işlənib hazırlanmasında, həcmin və sərhədlərin, həmçinin də apodiktikliyin moduslarının, onun özü-özünü tənqidi ilə əlaqəli müəyyənliyinə tuşlanmış fenomenologiyanın sonuncu və sonrakı problemlərinin dərhal müzakirəyə buraxılması əvəzinə, yeni elmlər və yüksək formasiyalar kimi fenomenologiyanın böyük və daha çox xüsusiyyətlər təşkil edən məsələləri burada qapanıb qalır. Hər halda transsendental-fenomenoloji dərketmənin qarşıda duran tənqidi üsulları bizim əvvəlki göstərişlərimiz haqqında, məsələn, transsendental yaddaşın tənqidi vasitəsi ilə sonuncunun apodiktik məzmununun üzə çıxarılmasına olan göstəriş kimi, ilkin təsəvvür verir. Dərketmənin hər cür transsendental fəlsəfi nəzəriyyəsi, tənqidi dərketmə kimi, əvvəl-axır transsendental-fenomenoloji dərketmənin tənqidinə gətirib çıxarır (və hər şeydən əvvəl transsendental təcrübənin), özlüyündə mahiyyətcə fenomenologiyaya aidiyyətliliyi ilə, bu tənqidin özü də həmçinin tənqidə ehtiyac duyur.

Lakin transsendental refleksiyanın və tənqidin özünün aşkar surətdə təkrarən həyata keçirilmə imkanlarına baxmayaraq, bu cəhətdən, hər hansı çətinliklərlə və ya cəfəngiyyatlarla bağlı sonsuz tənəzzül meydana çıxmır.

§64. Yekun söz

Bəli, demək olar ki, bizim düşüncələr, mahiyyət ehtibarı ilə, öz məqsədinə nail oldu, yəni mütləq əsaslandırılma ilə, üniversal elm kimi fəlsəfənin kartezian ideyalarının açılmasının konkret imkanlarına gətirib çıxardı. Bu konkret imkanları, onun praktiki yerinə yetirilməsini nümayiş etdirməklə göstərmək, – qoy hətta, hansısa başa çatmayan proqram şəklində başa düşülsün – deməli, həmişə o dərəcədə də vacib olan metodun müraciət oluna bilən zəruri və şübhə doğurmayan başlanğıcını göstərmək deməkdir və həm də ümumiyyətlə burada eyni zamanda bütün başa düşülmüş problemlərin sistematikasının layihəsi cızılır. Biz buna artıq işdə nail olmuşuq. Yeganə olaraq qalan – transsendental fenomenologiyanın, onun fəlsəfənin əsaslarından çıxma dərəcəsinə görə asan başa düşülən ayrı-ayrı obyektiv elmlərə şaxələnməsi, həm də pozitiv müəyyənlikdə olan bu elmlərin, örnək olaraq sadiq qalan elmlərə münasibətidir. Biz indi də bu axırıncıya müraciət edəcəyik.

Gündəlik praktiki həyat və onda baş verən təcrübi dərketmə, fikirləşmə, qiymətləndirmə və fəaliyyət sadəlövhcəsinə qabaqcadan bəlli olan dünyaya yüklənir. Bununla bərabər, həm də bizə verilən şeylərin təcrübi dərk edilməsinin bütün intensional işi, hələ anonim olaraq həyata keçirilir: təfəkkür bu işi yerinə yetirməsi haqqında heç nə bilmədiyi kimi, dərk edən də bu iş haqqında heç nə bilmir; saylar, predikativ komplekslər, dəyərlər, məqsədlər, hansısa gizli səylər sayəsində, bir-birinin ardınca əmək nəticəsində meydana çıxırlar və nəzərdə yalnız onlar canlanırlar. Pozitiv elmlərdə də məsələ bundan fərqli deyil.

Sadəlövhlük onlara daha yüksək səviyyədə xasdır, onlar özlərində mürəkkəb nəzərı texnikanın məhsullarını təmsil edirlər, lakin intensional işlərin nəticələri, hansı ki, hər şey də ondan asılıdır, izah edilməmiş qalır. Doğrudur, elm öz nəzəri müddəalarına haqq qazandırmaq qabiliyyətinə iddia edir və hər yerdə tənqidə əsaslanır. Lakin onun həyata keçirdiyi tənqid dərketmənin son tənqidi deyil; bu cür tənqid ilkin məhsulların öyrənilməsinə, onlara aid olan bütün intansional qorizontların açılışına əsaslanır, necə ki, bunun sayəsində nəhayət bu və ya digər aşkarlıqların “fəaliyyət dairəsi” başa düşülə bilər və ona müvafiq olaraq predmetlərin, nəzəri quruluşların, dəyərlərin və məqsədlərin varlıq mənası qiymətləndirilə bilər. Ona görə hətta müasir pozitiv elmlərin yüksək səviyyəsində də biz bünəvrə, təməl problemləri ilə, paradokslar və qeyri-müəyyənliklərlə toqquşuruq. Bütün elmlərdən keçən və onun cismi və nəzəri sferasının mənasını müəyyən edən ilkin anlayışlar, qeyri-müəyyən intensional qorizontlar əldə etməklə, sadəlövh müəyyənlikdə meydana çıxırlar, özlərində intensionaı işlərin başa düşülməmiş və kobud sadəlövh məhsullarını təmsil edirlər. Bu təkcə xüsusi elmlərə deyil, həm də onun bütün formal normaları ilə birgə ənənəvi məntiqə də aiddir. Tarixən inkişaf etmiş elmlərin xüsusi mənalarının və onların xüsusi nailiyyətlərinin ən yaxşı əsaslandırılmasına və ən yaxşı anlaşılmasına gəlib çıxmaq üçün edilən hər cür cəhdlər, elm adamını onu özü özünə başadüşmə məqsədlərinə yaxınlaşdırır. Lakin radikal olan yalnız bir özü özünə başadüşmə mövcuddur – fenomenoloji. Ancaq radikal və mütləq universal özü özünə başadüşmə bir-birindən ayrılmazdır və onlar həm də transsendental eqonun bu reduksiyası vasitəsi ilə açılan intensional özü özünə izahetmənin və hər hansı intuitiv eydetika formasını qəbul edən sistematik deskripsiyanın transsendental reduksiyası formasında özü özünə başadüşmənin əsl fenomenoloji metodundan yanaşı olaraq ayrılmazdırlar. Universal və eydetik özü özünə izaholunma isə, bu eqoya və transsendental intersubyektivliyə “döğma” olan, bütün konstitutiv imkanlarla fikirləşilənlərə tam yiyələnməni nəzərdə tutur.

Beləliklə, ardıcıl olaraq aprior şəkildə həyata keçirilən fenomenologiya, həm ciddi intuitiv mahiyyətli zərurət və ümumilik üzündən bütün düşünülən dünyaların formalarını və həm də, ümumiyyətlə ağla gələn bütün varlıq formaları dairəsində onların ierarxik sistemlərini yaradır; bununla bərabər o bu formaları ilkin olaraq, yəni konstitutiv apriorilərlə əlaqəlilikdə yaradır, həmin aprioriliklərlə ki, onun konstruksiyalaşmış məhsullarına intensional işlər xasdır.

Fenomenologiya nə qədər ki, öz hərəkəti ilə, nə qabaqcadan verilən gerçəkliklərə, nə də hətta gerçəklik haqqında anlayışlara malik deyil, həm də öz anlayışını lap əvvəldən bu işlərin ilkinliyində əxz edir (hansı ki, ilkin anlayışlarda özü ələ keçirilir) və bütün qorizontların açılması zərurəti üzündən fəaliyyət dairəsi fərqlərinin hamısı üzərində və hər cür abstrakt nisbiliklər üzərində hökmranlıq edir, deməli, onun özü də bir o qədər bütün elmi sahələrin əsas mənasını müəyyən edən anlaşıqlı sistemlərə gəlib çıxmalıdır. Söhbət ümumiyyətlə mümkün varlığın, yəni ümumiyyətlə hər hansı bir mümkün dünyanın universumunun formal ideyalarının bütün formal məhdudiyyətlərini qabaqcadan layihələşdirməli olan həmin anlayışlardan, həm də buna müvafiq olaraq bu anlayışların bütün elmlər üçün əsas, həqiqi anlayışlar olmasından gedir. Bu cür əzəli üsullarla yaradılmış anlayışların istifadəsi zamanı, heç bir paradokslar meydana çıxa bilməz. Ona görə, əvvəlki düşüncələr nəticəsində dolayı formada göstərilmiş araşdırmalar, məna və genezisin radikal aydınlaşdırılmasının əsasları kimi – yaxud, belə bir genezisin gedişində meydana çıxan məna kimi – özündə başqa bir şeyi deyil, dünyanın, təbiətin, məkanın, zamanın, canlı vücudun, insanın, ruhun, canlı cismin, sosial ümumiliyin, mədəniyyətin və carələrin məna və genezisini əks etdirir.

Aydındır ki, göstərilən araşdırmanın həqiqi həyata keçirilməsi, sonrakı suallar üçün yer qaymamaqla, həm də əsas anlayışlar olaraq pozitiv elmləri hər cür tədqiqata qədər funksiyalaşdıran, lakin hərtərəfli aydınlığı və dəqiqliyi yalnız fenomenologiyada əldə edən, həmin anlayışların əsaslandırılmasına imkan verərdi.

Biz indi həmçinin deyə bilərik ki, aprior və transsendental fenomenologiya başlanğıcını korrelyativ araşdırmaların gedişində götürür və özünün son əsaslandırılmasını istisnasız olaraq aprior elmlərdən əldə edir, ancaq bu cür mənşə nöqteyi-nəzərindən yanaşıldıqda, onlar, onun sistematik şaxələnməsi kimi ən universal aprior fenomenologiyaya məxsusdurlar. Buna görə də, bu aprior sistemi həm də, əsaslı şəkildə transsendental subyektivlikdə və deməli intersubyektivlikdə doğulan universal apriorilərin sistematik genişlənməsi kimi, və ya hər cür düşünülən varlığın universal loqosunun genişlənməsi kimi də xarakterizə etmək olar. Bu, öz növbəsində, onu göstərir ki, transsendental fenomenologiyanın tam və sistematik inkişafı əsl və həqiqi universal ontologiya ilə ео ipso olardı; üstəlik, mənasız yox, ancaq bütün müvafiq korrelyasiyaları nəzərə almaqla regional varlıq imkanlarının hamısını özündə birıəşdirə bilən, belə bir formal ontologiya ilə.

Bu universal k o n k r e t o n t o l o g i y a (yaxud, elmlərin universal və konkret nəzəriyyəsi, varlığın konkret məntiqi) bu surətlə, özlüyündə, mütləq əsaslandırılmalarla elmlərin b i r i n c i u n i v e r s u m u kimi aşkar olardı. Fəlsəfi fənlər arasında birinci, özlüyündə, solipsist məhdudlaşdırılan eqologiya, ilkinqaydalı şəkildə reduksiya olunmuş eqo haqqında təlim ola bilərdi və yalnız bundan sonra, ümumi fənn kimi, ilk öncə universal məsələləri nəzərdən keçirən və bunun arxası ilə ayrı-ayrı aprior elmlərə şaxələnmiş, onda möhkəmləndirilən intersubyektiv fenomenologiya gedə bilərdi.

Bu zaman apriori haqqında ümumi elm faktlar haqqında həqiqi elmlərin və əsl universal fəlsəfənin kartezian mənasında, universal və faktiki olanlar haqqında elmlərin mütləq əsaslandırılmasına malik fundamenti olardı. Axı rasionallıq faktına məxsus hər şey məhz aprioridə birləşir. Aprior elm prinsiplər haqqında elmdir, belə ki, məhz faktlar haqqında prinsipial əsaslandırma əldə etmək üçün, nəhayət, elmlər buna qayıtmalıdır; lakin aprior elm sadəlövh ola bilməz, o sonuncu transsendental-fenomenololi mənbələrdən keçib gəlməlidir və bununla da, özü özündə olan və öz bəraətini özü özündən əldə edən apriorinin hərtərəfli formasını qəbul etməlidir.

Hər cür anlaşılmazlığı kənar etmək üçün, mən sonda onu göstərmək istərdim ki, bizim artıq yuxarıda dediyimiz kimi fenomenologiya, ümumiyyətlə metafizikanın özünü deyil, yalnız şeylərin özü haqqında hər hansı bir mənadan məhrum edilmiş, hər cür sadəlövh metafizikanı istisna edir və sanki o, tədricən sualın qoyuluşunun mənasını dəyişən və köhnə ənənələrdə metodu təhrif edən, heç də həmin problemli motivlərə qarşı deyil, həm də heç bir halda “ali və son” suallar qarşısında dayanmaq niyyətində də deyil. Özlüyündə, hər cür obyektiv dünyünın önündə gedən və onu özündə daşıyan ilkin varlıq, transsendental intersubyektivlikdir, müxtəlif cəmiyyətlərdə birləşən dünya monadalarıdır. Lakin monadaların bu faktiki sferalarında – ideal imkanları və ağla gələn hər cür monadik sferaları nəzərə almaqla – hər hansı xüsusi mənada ölümün, talenin, insan həyatının “həqiqi” imkanlarının icra olunması kimi, təsadüfi faktların eyni ilə həmin problemləri və həmçinin də tarixin bir səviyyədən digər səviyyəyə keçən “məna” problemləri və il axır meydana çıxır.

Biz həmçinin də deyə bilərik ki, bu problemlər etik-dini problemlər kimi də ortaya çıxır, ancaq həmin əsasda qoyulmalıdır ki, hər şey bizim üçün məna kəsb edə bilsin.

Yeni təbiət elmləri ilə aşkar olan universal fəlsəfənin ideyaları, Dekartın və onun epoxasının güman etdiyindən tamam fərqli olaraq – bu cür həyata keçirilir: yəni bütün olanları hansısa hesablanmış birliyə daxil edilən kimi nəzərdən keçirən deduktiv nəzəriyyələrin universal sistemləri kimi deyil, ancaq, – və bununla həm də elmlərin əsas mahiyyətli mənası köklü surətdə dəyişdirilmiş olur – özünün fənlər tematikasında, ən dərin əsasları ego cogito-nun aksiomaları yox, univesal özü özünü dərketmə olan fenomenoloji, korrelyyativ sistemlər kimi həyata keçirilir.

Başqa sözlə, yüksək mənada son əsaslandırmalara malik dərketməyə, eyni zamanda fəlsəfi dərketməyə aparan zəruri yol, ilk öncə monadik, sonra da intermonadik universal dərketmə yoludur. Biz onu da deyə bilərik ki, kertezian düşüncələrin universal və radikal inkişafının və ya başqa cürə, universal özünüdərketmənin inkişafının özü, fəlsəfədir və özü öz qarşısında bütün həqiqi və məsuliyyətli elmləri ələ keçirir.

Γντπθι σεαυτόν Delf kəlamları yeni məna əldə etdi. Pozitiv elmlər dünyada itirilmiş elmlərdir. Onu universal özünübaşadüşmədə əldə etmək üçün, əvvəlcə dünyanı εποχή-da itirmək lazımdır. «Noli foras ire, — Avqustin deyir, — in te redi, in inferiore homine habitat veritas».¹⁸

¹⁸Zahiri şeylərə can atma, özünə qayıt, daxilən pak insanda həqiqət yaşayır (latınca)

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/08/14/edmund-husserl-kartezian-dusunceleri-10-22/

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İsaak Babelin aforizmləri

“Bir anlıq unudun ki, burnunuzun üstündə eynək, ruhunuzda payız var”. *** “Hamı öləridir. Ölümsüzlük yalnız analara verilib. Ana sağ olmayanda belə, aramızda  hələ bir nəfərin də alçaltmağa cürət etmədiyi xatirəsi yaşayır”. *** “İnsan səfehləyəndə yox, nəsə insani bir hərəkət eləyəndə heyrətlənirəm”. *** “Bağlı gözlərə günəş şüası daxil ola bilmir”. *** […]