Əvvəli: https://klv.az/2024/08/07/edmund-husserl-kartezian-dusunceleri-10-21/
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
Giriş
§1. Xalis məntiqin aydınlaşdırılması və nəzəri hazırlığı üçün fenomenoloji araşdırmaların zəruriliyi
Məntiqə baxışa dilin nəzərdən keçirilməsindən başlamaq zərurəti (dərketmənin) texnikası haqqında təlim kimi məntiqi nöqteyi-nəzərdən dəfələrlə etiraf edilmişdir. “Dil – biz Millin qeydlərində oxuyuruq – özündə fikirlərin ən birinci alətlərini və vəsaitlərini əks etdirir. Və onun alət və üsullarının burada hər cür natamam istifadə edilməsi – ola bisin ki, hər yerdə olduğundan daha çox – işə mane olur və onu dolaşdırır, həm də onun hər cür nəticələrinə olan inamı məhv edir. Müxtəlif növ sözlərin düzgün işlədilməsini və ilkin mənalarını mənimsəməyən ağıl, qabaqcadan öz vasitələri ilə aydın görmə imkanlarına fokus məsafəsindən baxmağa vərdiş etməyi öyrənmədən astronom-müşahidəçi olmağa cəhd edən insanın, fəlsəfi təfəkkürün metodlarını öyrənmək istəməsinə bənzəyəcəkdir*. Lakin Mill məntiqə dilin təhlilindən başlamağın ən dərin zəruri əsasını ona görə bunda görür ki, predmeti bizim elmlərin özünün “astanasında” dayanan müddəaların mənasını başqa cürə araşdırmaq mümkün olmazdı.
Bu sonuncu mənada görkəmli mütəfəkkir, xalis məntiq üçün, həm də əgər diqqətlə baxılsa, fəlsəfi fənn kimi həmin xalis məntiq üçün həlledici olan nöqteyi-nəzərə toxunur. Buna görə də mən ondan çıxış edirəm ki, bununla bərabər xalis məntiqin sadəcə, yəni müddəalar sistemi kimi, sadəlövh- konkret mənalarda qarışdırılan, bizim riyazi fənlərin növlərindən biri olaraq qurulması ilə razılaşmaq istəmirlər; lakin bununla yanaşı, bu müddəalara görə, yəni bu cür müddəaların ideal tətbiq və həyata keçirilmə imkanları ilə fəaliyyətə başlayan dərketmə mahiyyətcə son mənalı gümanlar və obyektiv mənalarla birgə konstruksiyalaşan mülahizələrə görə fəlsəfi aydınlığa can atırdılar.
Əlbəttə, xalis məntiqi qurulma üçün dilin araşdırılması qaçılmaz fəlsəfi hazırlığa mənsubdur, belə ki, məntiqi tədqiqatın həqiqi obyektləri – bu obyektlərin fərqləri və əsas növləri – yalnız bu araşdırmaların köməyi ilə hazırlana bilər, gələcəkdə isə, yalan izahlara yol vermədən tam aydınlığı ilə yaradıla bilər. Bununla belə söhbət (empirik) (1) mənada, yəni tarixən verilən hansısa bir dilə aid edilən qrammatik araşdırmalardan getmir, söhbət obyektiv idrak nəzəriyyəsinin geniş sferasına məxsus, həm də onunla təfəkkürün və idrakın (xalis) (2) təəssüratlarının fenomenologiyasının sıx bağlı olduğu, həmin daha böyük ümumi növlərin araşdırılmasından gedir. Təəssüratların bu fenomenologiyası, eynilə onu özünə daxil etmiş ümumiyyətlə xalis təəssüratların fenomenologiyası, xalis mahiyyətli ümumilikdə intuisiya ilə təhlil edilən və başa düşülən təəssüratlarla son dərəcə əlaqəlidir, ancaq real faktlar kimi empirik appersepsiya olunan təəssüratlarla, yəni dünya təcrübəsində müəyyən olunmuş fakt kimi həyəcan keçirən insanların və heyvanların təəssüratları ilə əlaqəli deyil. Mahiyyəti və qarşılıqlı əlaqələri bilavasitə mahiyyətli intuisiyada dərk olunanları, öz əsasını bilavasitə bu mahiyyətlərdə tapanları, o deskriptiv olaraq mahiyyətli anlayışlarda və müəyyən qanunlara tabe olan mahiyyətli mülahizələrdə ifadə edir. Hər bir bu cür mülahizə bu sözün yüksək mənasında apriordur. Məhz bu sfera nəzəri-idraki hazırlıq məqsədi ilə və xalis məntiqin aydınlaşdırılması üçün müfəssəl araşdırılmalıdır; onun daxilində bizim gələcək tədqiqatımız irəliləyəcəkdir.
Müxtlif elmlərin köklərini özündə saxlayan xalis fenomenologiya, özündə neytral tədqiqat sahələrini təzahür etdirir. O bir tərəfdən, empirik elm kimi psixologiyaya xidmət edir. Mahiyyətli ümumilikdə, psixologiya predmetinə empirik-elmi araşdırma kimi məxsus, diri və canlandırılmış təbiətin qarşılıqlı əlaqəsində real proseslərin sinifləri kimi başa düşülmüş biliklərin, mühakimələrin, təsəvvürlərin təəssüratlarını, o xalis və intuitiv metodla – əsasən də təfəkkürün və idrakın fenomenologiyası kimi – təfsirləndirir və təhlil edir. Digər tərəfdən, fenomenologiya xalis məntiqin ideal qanunlarından və əsas anlayışlarından “irəıi gələn” “mənbələri” açır, belə ki, o yenidən ona müraciət etməlidir ki, xalis məntiqin nəzəri-idraki formada başadüşülməsi üçün, ona tələb olunan “aydınlığı və dəqiqliyi” versin. Müvafiq olaraq, xalis məntiqin nəzəri-idraki, fenomenoloji əsaslandırılması özünə olduqca çətin, həm də müqayisə olunmaz dərəcədə mühüm tədqiqatları daxil edir. Əgər biz xalis məntiqin I cilddə gedən bu araşdırma məsələlərini xatırlasaq, bununla əlaqədar orada da, hər cür dərketməyə obyektiv məna və nəzəri birlik verən anlayışların və qanunların aydınlaşdırılması məsələsinə nail olmaq, məqsəd kimi qarşıya qoyulmuşdur.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/08/21/edmund-husserl-kartezian-dusunceleri-10-23/