Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/07/24/edmund-husserl-kartezian-dusunceleri-10-19/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 62. “Başqasının” təcrübəsinin intensional izah edilməsinin qısa xarakteristikası

Bu fəsili bitirməklə bizə, bizim ilk növbədə, onun lap əvvəldən transsendental fəlsəfə olmaq üçün irəli sürdüyü iddialardan meydana çıxan, diqqətdə saxladığımız həmin etiraza, bizim fenomenologiyaya qarşı duran etiraza qayıtmaq və bununla da, özlüyündə obyektiv dərketmənin mümkünlük problemlərini həll etmək lazım gəlir. Etiraz aşağıdakılardan ibarətdir. Tanssendental eqodan baş verən kimi, fenomenoloji reduksiya nəticəsində əldə olunan və onunla sıx bağlı olan fenomenologiyanın özü, guya artıq belə bir dərk etməyə gətirib çıxarma qabiliyyətində ola bilməzdi; özü onu hiss etmədən, o transsendental solipsizmə yuvarlanır, “başqa” subyektivliyə və həqiqi obyektivliyə girmək üçün edilən bütün cəhdlər, l e y b n i s t ənənələrinin üstüörtülü qəbul edilməsi sayəsində, yalnız gizli metafizika əsasında mümkün görünür. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, biz heç bir nöqtədə transsendental istiqamətləri, transsendental epoxanın istiqamətlərini tərk etməmişik, belə ki, bizim “başqası” haqqında və “digər eqo”ların təcrübi dərk edilməsi haqqında olan nəzəriyyələrimiz, onların mənasının onların quruluşu əsasında “başqaları” kimi izah olunmasından, onların axırıncı mənasının müvafiq yekdil sintezlər əsasında “həqiqi mövcud olan başqaları” kimi izah olunmasından qeyri, başqa niyyəti yox idi və başqa cürə də ola bilməzdi. Və deməli, bununla mən özbaşına deyil, gerçəkliyin dərk edilməsinə aid zərurət əsasında verilən kimi, əldə etdiyim nə isə o şeyi razılaşdırılmış şəkildə “başqası” kimi təsdiq edirəm – burada mənim üçün“başqası” transsendental müəyənlikdə mövcud olan ео ipso-dur, mənim eqomun təcrübi-dərkedilən intensionallığında göstərilmiş, alter ego-dur.

Pozitiv müəyyənlik çərçivəsində biz əlbəttə, deyirik və tapırıq ki, mən öz təcrübəmdə təkcə özüm-özümü dərk etmirəm, həm də “başqasının” xüsusi təcrübi formaları vasitəsi ilə “başqasını” dərk edirəm. Düzgün transsendental izahat bizə təkcə bu müsbət mülahizələrin transsendental doğruluğunu göstərmədi, həm də göstərdi ki, konkret başa düşülmüş transsendental eqo (belə ki, transsendental reduksiyaların qurulmasında özünü hələ ki, qeyri-müəyyən qorizontlarda dərk edir), özü-özünü özünün xüsusi ilkinqaydalı varlığında necə başa düşürsə, eləcə də, “başqalarını”, digər transsendental eqoları, özünün transsendental təcrübəsinin “başqa” formasında başa düşür, hərçəndi onlar artıq özlərinin əzəliliyində və mütləq apodiktik aşkarlıqlarında deyil, xarici təcrübənin aşkarlığında verilir. Mən özümdə “başqasını” qavrayır və dərk edirəm, həm də o məndə əzəli formasında deyil, apprezentativ inikaasla konstruksiyalaşır. Ona görə də tamamilə geniş şəkildə demək olar ki, mən eqo kimi, fikirləşən şərhçi kimi, özüm-özümü şərh etməyim nəticəsində (yəni, özüm-özümdə tapdığım şeylərin şərh edilməsi) hər halda transsendentliyimi əldə edirəm, üstəlik, sadəcə özünün sadəlövh pozitivliyində qəbul edilən kimi deyil, transsendental şəkildə konstruksiyalaşan kimi əldə edirəm. Transsendental eqo olaraq mənim özüm üçün mövcud olan kimi dərk etdiyim və mənim özümdə konstruksiyalaşan kimi izah etdiyim nə varsa hər şey, guya ki, mənim xüsusi mahiyyət sferama aid olmalıdır illuziyası beləliklə yox olur. Bu yalnız immanent transsendentliklər üçün ədalətlidir; sintetik aktuallıq və potensiallıq sistemlərini göstərilməsi üçün termin kimi, özünün xüsusi əhəmiyyətliliyi ilə, eqo olaraq mənə məna və varlığı xəbər verən quruluş, gerçəkliyin immanent predmetli quruluşudur.

Fenomenologiyaya ilk dəfə müraciət etməklə və yeni başlayan qurulma ilə, hansı ki, burada hələ bütün konstitutiv araşdırmaların universal şərti kimi, yalnız fenomenoloji reduksiyanın girişinə göz yetirməyə yaxınlaşılır, bu zaman transsendental eqonun baxış sahəsinə düşənlər, hərçəndi apodiktik olsa da, hər halda tamamilə qeyri-müəyyən qorizont əldə edən kimi, başa düşülürlər, belə ki, hamı kimi, mən də onun haqqında nə isə bilirəm, dünyanın ancaq, sadəcə yalnız fenomenlərdən ibarət olması üzündən, ümumi olan sfera ilə məhdudlaşır. Buna görə də, hər halda, mənim indi başa düşdüyüm kimi, mahiyyətcə yalnız mənə məxsus olan intensional şərhin gedişində həyata keçirilən, belə bir başlanğıcda bütün mümkün fərqlər iştirak etmir. Beləliklə, hər şeydən öncə mənim ilkinqaydalı mahiyyətim və mənim xüsusi sferam haqqında özümün özümlə razılığım yoxdur, daha dəqiq mənada ona görə ki, o “başqasının” təcrübəsi çərçivəsində onun özündə, bir növ prinsip üzrə verilən və ya nə vaxtsa mənim ilkinqaydalı sferamda ilkin olaraq verilən bir şey kimi deyil, “başqası” kimi, apprezentasiya olunmuş bir şey kimi konstruksiyaıaşır. Mən özlüyündə əvvəlcə, özümün xüsusiliyimi və analogiya üzrə apprezentasiyalaşan kimi – yəni, qeyri-xüsusiliyimi izah etməliyəm ki, mənim xüsusi sferamda varlığın öz mənasını əldə etdiyini başa düşüm. Ona görə də fikirləşən mən, əgər bütün başqa insanlar bütövlükdə mötərizəyə alınırsa, ümumiyyətlə “başqasına” və özüm özümə necə gəlib çıxa bilərəm. Prinsipcə mən hələ onu da başa düşə bilmirəm ki, – bununla da yalnız öz iradəmin əleyhinə olaraq razılaşıram – mən insan kimi və insan şəxsiyyəti kimi özümü mötərizəyə almaqla, hər halda bundan sonra yenə də özümü eqo olaraq qoruyub saxlamalıyam. Bu surətlə, mən hansısa transsendental subyektivlik haqqında hələ heç nə bilə bilmərəm; mən özümə, eqonu, solus ipse olaraq, lakin bütün konstitutiv tərkiblərin (artıq mən konstitutiv işlərin ilkin anlaşılmasına nail olduqdan sonra) – hələ yenə də yalnız bu yeganə eqonun xüsusi məzmunu olaraq nəzərdən keçirməyə məcburam. Ona görə də, bu fəsildə edilmişlərin daha müfəssəl şərhinə tələbat duyulur. F e n o m e n o l o j i – t r a n s s e n d e n t a l i d e a l i z m i n tam və xüsusi mənası, məhz ilk dəfə onların sayəsində bizim üçün aydın şəkil alır.

Öz vəziyyətinin fundamental əhəmiyyətini saxlamasına baxmayaraq, solipsizmin görünüşü səpələnib yox olur, mənim üçün xəbər verən nə varsa hamısı, özünün varlıq mənasını ancaq və ancaq mənim özümdən və mənim şüur sferamdan əldə edə bilər. Bilərəkdən leybnict metafizikası ilə yaxınlaşaraq öz məzmununu transsendental təcrübənin transsendental reduksiyası vasitəsi ilə xalis fenomenoloji izahların açılmasından, yəni, bütün ağla gələn aşkarlıqların əsaslanmalı olduğu ən ilkin aşkarlıqdan, – başqa sözlə, hər cür düzgünlüyün, xüsusən də, dərketmə sferasında, mənbələri ola bilən ilkin aşkarlıqdan əxz etməsinə baxmayaraq, bu idealizm hansısa bir monodologiya kimi meydana çıxmışdır. Fenomenoloji izah etmə, bu surətlə, metafiziki konstruksiya ilə heç bir ümumi əlaqələrə malik deyil və həm də, nə aşkar, nə də gizli formada, metafizikanın tarixi ənənələrindən götürülən ilkin şərtlərə və ya istifadə olunan ideyalara söykənən nəzəriyyələşdirmə deyildir. O özündə bütün bunlara qarşı, xalis intuisuya çərçivəsində, yaxud, daha çox, şeylərin özünün varlıqda tamamlanması vasitəsi ilə xalis mənaçıxarma çərçivəsində kəskin ziddiyyət təşkil edir. Xüsusilə, obyektiv dünyanın reallığına münasibətdə ( xalis aprior elmlərin fəaliyyət sahəsini yaradan çoxsaylı ideal obyektiv dünyalardan hər birinə münasibətdə olduğu kimi), o, hər cür fəlsəfəçiliyə qədər, bu dünyanın bizim hamımız üçün (yəqin ki, onu bizim təcrübəmizdən əxz etməklə) əldə etdiyi mənanın, – ola bilsin fəlsəfi cəhətdən açıla bilən, ancaq heç vaxt dəyişilə bilməyən və həm də bizim təcrübənin hər bir etapında fundamental aydınlaşmaya ehtiyac duyan qorizontları özündə saxlayan bizim qüvvələrin zəfliyinə görə deyil, yalnız zəruri mahiyyət üzündən dəyişilə bilən həmin mənanın izah edilməsindən qeyri, başqa bir şeylə məşğul olmur (bunu həm də yorulmadan qeyd etmək lazımdır).

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/08/07/edmund-husserl-kartezian-dusunceleri-10-21/

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Karlus Drummond di Andradi. Bir günaydın desəydi, mənim günaydınıma, günün aydınlığına bürünərdi gecə... (şeirləri)

Karlus Drummond di Andradi – Braziliyalı şair, tərcüməçi, jurnalist. 1902-ci ildə İtabirada doğulub. Atası əslən portuqal, anası şotlanddır. Ali təhsil alandan sonra Rio-de-Janeyroda yaşamağa başlayıb. Təhsil Nazirliyində və tarixi-mədəni irsin qorunması təşkilatında işləyib. Eyni zamanda jurnalistika ilə də məşğul olub. Braziliya poeziyasına Uitmensayağı verlibri gətirib. İyirmi yeddi şeir, on doqquz nəsr, […]