Əvvəli: https://klv.az/2024/02/21/edmund-husserl-kartezian-dusunceleri-10-9/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 41. Eqo coqitonun həqiqi fenomenoloji öz-özünə izahı, “transcendental idealizm” kimi
Transsendental fenomenoloji özünüdərkmə bu xüsusda nə deyə bilər? Bu problemin mənasız olduğunu deməkdən başqa, heç nə və nə qədər ki, o özünün transsendental εποχή-nun və xalis eqoya reduksiyanın həqiqi mənasını tuta bilməmişdi, Dekartın özü bu mənasızlığın qurbanı olmaya bilməzdi. Həm də, kartezian εποχή-na tam etinasızlıq üzündən, daha kobud səhv, Dekart ardıcıllarının adi nöqteyi-nəzərləridir. Bu cür transsendental sualları vermək hüququna malik MƏN-in, özündə nəyi təmsil etdiyini soruşuruq? Mən bu sualları təbii adam kimi qarşıya qoya bilərəmmi və xüsusən də, ciddi olaraq transsendental mənada soruşa bilərəmmi ki, mən şüurumun adasını necə tərk edim və hər hansı aşkarlıq kimi mənim şüurumda dolaşan şeylər, hansı şəkildə obyektiv məna əldə edə bilər? Axı əgər özümü təbii insan kimi başa düşürəmsə, deməli, mən məkanda yerləşən kimi, həm də artıq, nəticə ehtibarı ilə, mənə görə xarici bir şey olan məkani dünyanı və özümü o dərəcədə dərk etmişəm. Bununla belə, artıq sualın qoyuluşu ilə dünyanın qavranılma mənası təxmin edilmirmi, o, onun mənasında saxlanılmırmı, halbuki, ümumiyyətlə yalnız bu suala cavab vermək, nə isə bir şeyı obyektiv olaraq əhəmiyyəti hesab etməyə ixtiyar verməlidir.
Transsendental sualları transendental dərketmənin imkanları haqqında olan suallar kimi qarşıya qoya bilən, bu cür MƏN-i və bu cür şüur həyatını əldə etməkdən ötrü, şübhəsiz, fenomenoloji reduksiyanın şüurlu həyata keçirilməsi tələb olunur. Lakin nə qədər ki, biz fenomenoloji εποχή-un yalnız səthi həyata keçirilməsi ilə məhdudlaşmırıq və daha çox xalis eqonun bütün şüur sahəsini sistematik özünüdərketmə ilə açmaq niyyətindəyik, biz bu zaman başa düşürük ki, eqo üçün mövcud olan nə varsa hamısı, onun öz daxilində konstruksiyalaşır və sonra da, varlığın hər cür növü, o cümlədən bu və ya digər mənada transsendent kimi xarakterizə olunan hər cür növü, özünün xüsusi quruluşuna malik olur. Eqo daxili varlıq xarakteristikası konstruksiyalaşdıran transsendentlik, özünün hər hansı formasında immanentdir. Onu immanent və ya transsendent adlandırmaq olar ya yox, hər hansı mümkün məna, hər hansı ağla gələn varlıq, subyektivlik kimi, varlığın və mənanın müəyyən olunduğu transsendental subyektivlik sferasına düşür. Amansız qanunların köməyi ilə, bu iki universumu yalnız zahiri formada bir-biri ilə birləşdirməklə, həqiqi varlığın universumunu mümkün şüurun, mümkün dərketmənin, mümkün aşkarlığın üniversumundan kənarda olan bir şey kimi anlamağa cəhd etmək mənasızdır. Onlar hər ikisi mahiyyətcə bir-birinə bağlıdır, bu qarşılıqlı əlaqəyə əsasən də, özündə konkret birliyi təsəvvür edir, həm də, deməli, onlar transsendental subyektivliyi xarakterizə edən, mütləq yeganə konkretlikdə vahiddirlər. Əgər transsendental subyektivlik mümkün mənanın universumunu yaradırsa, onda ona münasibətdə şərtlərdən kənar meydana çıxan hər hansı bir şey mənasızdır. Bununla belə, mənasızlıq, hətta məna moduslarından biridir və onun mənasızlığı müəyyən edilə bilər. Lakin bu təkcə faktiki eqoya və faktiki olaraq onun üçün mövcudluq kimi mümkün ola bilən şeylərə, o cümlədən də, onun üçün mövcudluqlar kimi, xeyli digər eqoların açıq yaşayış imkanlarına, həmçinin onların konstitutiv işlərinin nəticələrinə aid deyil. Dəqiq desək:
əgər məndə, transsendental eqomda (həm də faktiki olaraq işin mövcud vəziyyətdə necə olmasını nəzərə alaraq), transsendental olaraq, digər eqoların quruluşu gedişində mənim üçün meydana çıxan transsendental subyektivlikdə konstruksiyalaşmış, öz növbəsində, obyektiv aləm kimi hamı üçün ümumi olan digər eqolar da konstruksiyalaşdırırsa, onda bütün əvvəl deyilənlər təkcə mənim faktiki eqoma deyil, həm də öz mənasını və varlıq əhəmiyyətini mənim eqomdan əldə edən faktiki dünyanın həmin intersubyektivliyinə də aiddir. Onun bütün konstitutiv aktlarının və onun üçün mövcud olan maddiliklərin özünün mənim eqomda tamamlanan fenomenoloji izahı, faktları nizama salan xalis (eydetik) imkanlara müvafiq aprior araşdırmaların metodik formalarında, zərurət əsasında həyata keçirilir. Beləliklə, o mənim faktiki eqoma, onun özünün “təxəyyülünün” azad variasiyasının gedişində ondan hasil edilə bilən müvafiq universum xalis imkanlardan birini hansı dərəcədə özündə təmsil edirsə, yalnız o dərəcədə aiddir; eydetik olaraq, bu araşdırma, eqo mümkünlüyü kimi, mənim sərbəst olaraq başqa cür olmaq imkanlarımla mənim bu imkanlarımın universumuna və həmçinin buna görə də, mənim bu imkanlarımın müvafiq modifikasiyaları ilə əlaqəli, hər cür mümkün intersubyektivliyə və conra da, onda intersubyektiv olaraq konstruksiyalaşan kimi təsəvvür olunan dünyaya aiddir. Onun üçün də, hər hansı xəyali immanentlikdən, elə o qədər də xəyali olan transsendentliyə keçidin mənasız nəticələri ilə məşğul olmayan dərketmənin həqiqi nəzəriyyəsi, yalnız transsendental-fenomenoloji kimi əhəmiyyət kəcb edir, sanki o, elə bil, prinsipial olaraq hansısa dərkolunmaz bir “özündə şey”ə, başqa sözlə, intensional işin nəticələri kimi, hansı ki, onlar bu gedişdə başa düşülməlidir, müstəsna olaraq sistematik dərketmənin nəticələrinin aydınlaşdırılmasına məxsusdur. Məhz bu nəticələrdə konstruksiyalaşan transsendental subyektivlik məhsulu kimi, real və ideal olaraq özü-özünə mövcud olan hər növ, yalnız bunun sayəsində aydın şəkil alır.
Bu anlama növü rasionallığın mümkün formalarından ən alisidir.Varlığın mənasının müəyyən edilməsində iştirak edən qorizontlara dair və bu əlaqədə meydana çıxan implitsit intensionallığın açılma məsələləri haqqında, varlığın bütün yanlış izahları sadəlövh nadanlığa köklənir. Əgər bu qorizontlar araşdırmalarla görünüb əhatə edilərsə, onda nəticədə dəyişməz aşkarlığa riayət etməklə həyata keçirilən universal fenomenologiya meydana çıxır, üstəlik eqonun konkret özünü araşdırması ilə. Daha dəqiq desək, birincisi, o, sözün həqiqi mənasında eqonun özünü özündə və özünə görə mövcud olan kimi (in sich und für sich Seiendes eines eigenen Wesens), həm də xüsusi mahiyyət əldə edən kimi, hansı formada konstruksiyalaşdırdığını sistematik olaraq göstərən özünü izah etmə kimi meydana çıxır, ikincisi isə, daha geniş mənada eqo özündə nə isə başqa, obyektiv olan bir şeyi, həm də, ümumiyyətlə nəticə ehtibarı ilə, onun üçün hansısa formada MƏN-də qeyri-MƏN olaraq varlıq mənası kəsb edən hər şeyi, xüsusi mahiyyəti (dieses Eigenwesens) sayəsində hansı formada konstruksiyalaşdırdığını sonra göstərən özünü izah etmə kimi meydana çıxır. Belə bir sistematik konkretlikdə dayanan fenomenologiya ео ipso transsendental idealizmdir, hərçəndi, psixoloji idealizm və hər hansı başa düşülmüş dünyanı yüksltmək istəyi ilə mənadan məhrum hissi məlumatlara əsaslanmaqla, həmin idealizmin sensualist psixologizmi ilə təklif olunan idealizm mənasında deyil,- əhəmiyyətli dərəcədə yeni fundamental mənada başa düşülən idealizmdir. Bu kantçı idealizm də deyil, necə ki, o güman edir ki, özündə şey dünyasının mümkünlüyünü hətta son anlayış kimi açıq saxlamaq olar. Əksinə, bu idealizm, hər hansı mümkün dərketmə subyekti kimi, mənim eqomun özünü izah etməsinin sistematik eqoloji elmlər formasında ardıcıl həyata keçirilməsindən artıq bir şey deyil, yəni o yalnız mənim üçün və eqo üçün ola bilən məna əldə etməklə, hər bir mövcud olanın mənasına münasibətdə həyata keçiriləndir. Bu idealizmi yüngül çəkili arqumentlərlə əsaslandırmaq və müxtəlif cür realizmlərlə dialektik mübahisədə qələbəyə görə mukafat olaraq əldə etmək olmaz.
O işə ciddi yanaşmağı tələb edir və varlıq tipində və xüsusən də, artıq mənə həqiqətən təcrübədə verilmiş təbiətin, mədəniyyətin və ümumiyyətlə dünyanın transsendentliyinə münasibətdə, özündə, ağla gələn hər bir əlaqədə mənim üçün və eqo üçün tətbiq edilən bu və ya digər mənanın izah edilməsini təmsil edir. Lakin bu özünü təşkil edən intensiallığın sistematik açılışını göstərir. Bu idealizmin həqiqiliyi, məhz fenomenologiyanın özü ilə təsdiq olunur. Kim intensional metodun, transsendental reduksiyanın və ya bunların hər ikisinin birlikdə fundamental mənası haqqında daha çox yanılırsa, yalnız o, fenomenologiya ilə transsendental idealizmi bir-birindən ayıra bilər; ilk olaraq kim səhv edirsə, deməli o hətta, həqiqi intensional psixologiyanın (həm də, dərketmə haqqında onda saxlanılan intensional psixoloji təlimin) müstəsnalığını başa düşməmişdir, necə ki, o həqiqi elmi psixologiyanın nüvəsi və əsası olmaq üçün dəvət edilmişdir. Həmin kəs, transsendental-fenomenoloji reduksiyanın və onun köməyi ilə əldə olunması mümkün olan şeylərin mənasını anlamırsa, deməli, o, hələ də transsendental psixologizmin əsirliyindədir; o mexanizmin köklü dəyişiklik imkanları sayəsində parallel meydana çıxan intensional psixologiya ilə transsendental fenomenologiyanı bir-biri ilə qarışdırır və transsendental fəlsəfəni təbii zəminlər üzərində əsaslandırmağa cəhd etməklə, mənasızlığın qurbanına çevrilir. Bizim düşüncələr o qədər uzağa irəliləmişdir ki, artıq fəlsəfə üçün, əsasən də transsendental-fenomenoloji fəlsəfə üçün zəruri olan üsul, həm də korrelyativ yanaşmada – həqiqətən mövcud olan və bizə görə mövcud ola bilən varlığın universumu üçün – onun mənasını izah edən yeganə mümkün üsul, yəni transsendental-fenomenoloji idealizm üsulu aşkar görünürdü.
Bununla belə, bizim tərəfimizdən, yəni quruluşa və onun nəticələrinə aid olan şeylərə münasibətdə mənim eqomun, fenomenoloqun eqosunun özünü izah etməsi kimi, ən ümumi cəhətlər qeyd olunmuş həmin sonu olmayan iş o qədər aydındır ki, həmişə sintetik üzanıb gedə bilən, ayrı-ayrı düşüncələr zəncir kimi bir düşüncənin əhatəsində universal çərçivə ilə məhdudlaşır.
Biz hər şeyi sonra olacaq xüsusi araşdırmaların öhdəsinə buraxmaqla, burada dayanıb dura bilərikmi? Artıq onun məqsədli, təxmini mənası ilə birgə əldə olunmuş aşkarlıqlar kifayətdirmi və bizim uzağa gedib çıxan ilkin baxışlarımız kifayətdirmi ki, biz eqonun özünü izah etməsi metodundan meydana çıxan bu düşüncələrdə, fəlsəfəyə olan həmin böyük inamı həyata keçirək və bu fəlsəfəni bizim həyati səylərimizin məqsədi olaraq qəbul etməklə, həm də bəxtiyar əminliklə işimizə başlaya bilək? Şübhəsiz, mövcud halda, hətta dünya kimi, ümumiyyətlə varlığın universumu kimi düşünülən eqo ilə, bizdə, məndə təşkil olunan şeylərə səthi nəzər yetirməklə yanaşı, biz digər eqolar və onlar tərəfindən həyata keçirilən konstitutiv aktlar haqqında fikirləşməyə bilmərik. Mənim xüsusi eqomda konstruksiyalaşmış özgə konstitutiv aktlar vasitəsi ilə mənim üçün (artıq deyildiyi kimi), bizim hamımız üçün ümumi olan, dünya konstruksiyalaşır. Nə qədər ki, biz Philosophia perennis –in yeganə müvafiq ideyalarını birgə düşünürük, bura, bizim hamımız üçün ümumi olan hansısa fəlsəfənin quruluşu da aiddir. Lakin bizim əldə etdiyimiz aşkarlıq – yəni, bizim yeganə imkanlarımız kimi fenomenoloji fəlsəfənin və fenomenoloji idealizmin aşkarlığı, nə qədər ki, biz özümüzü bizim düşüncələri dolduran intuisiyalar axını altına veririk, bizim üçün tamamilə aydın və ehtibarlı olan bu aşkarlıq, onlarda üzə çıxan əhəmiyyətli zəruriliklərdən danışırarkən, nə dərəcədə sabit meydana çıxır? O bizim ilkin metodik baxışlarımızın həmin məntəqəyə qədər aparılıb çıxarılmaması səbəbindən laxlamayacaqmı, belə ki, burada bizim üçün, özünün mahiyyətli ümumiliyində digər eqoların dedikcə müəmmalı varlıq imkanları aydınlaşır və bu varlığın üsulları dəqiqləşdirilir, sonra da müvafiq problematika izah olunur?
Bizim “Kartezian düşüncələri”-mizin, yenicə başlayan filosof kimi, bizim üçün fəlsəfəyə həqiqi giriş olmasından ötrü və zəruri praktiki ideyalar olaraq, həmin başlanğıcla onun həyata keçirilməsinin həqiqi əsaslarına xidmət etmək üçün (nəticə ehtibarı ilə, həm də ideal zərurilik kimi konstruksiyalaşan və bizim sonsuz araşdırmalarımızın gedəcəyi yolun aşkarlığını özündə birləşdirən həmin başlanğıcla) bizim xüsusi düşüncələrimiz elə bir həcmdə iş görməlidir ki, bizim yolumuz və onun məqsədləri ilə əlaqədar göstərilən mənada, aydın olmayan heç nə qalmasın. Fəlsəfənin son ideyaları ilə əlaqəli ( həm də dekart “Düşüncələri”nin əvvəlki fikirlərinə uyğun gələn) universal problemlər, yəni bizim anlamımızla quruluşun universal problemləri, onların daxilində bütünlüklə açılmalı və axıra qədər aydınlaşdırılmalıdır; bu isə o deməkdir ki, nə qədər ki, mövcud fəlsəfə üçün və müvafiq olaraq, korrelyativ fenomenoloji araşdırmalar üçün hansısa bir praktiki ideya, yəni nəzəri müəyyənliklərin sonsuz işlənilməsi ideyası vardır, deməli, ontoloji problemlərin əlaqələndiricisi formasında və konkret fenomenoloji fəlsəfə formasında, sonradan isə, həm də fəlsəfi elmlərin faktikiliyindən bəhs edən fəlsəfə formasında işlənilməsinin ilk dəfə mümkünlüyü sayəsində, onlarda özlüyündə mövcud olanın daha böyük həcmdə, ancaq bununla belə, ciddi müəyyən olunmuş ümumilikdə, həqiqi universal mənası və universal strukturu üzə çıxarılmalıdır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/03/06/edmund-husserl-kartezian-dusunceleri-12/