Sən olmayan şairin
yazılmayan şeirisən,
Sən qədər uca tutdu
Tanrı verdiyi vədi.
Ümidsizə sən elə
sonsuz ümid yerisən
Ən əlçatan yerdəsən
əlçatmazsan əbədi.
Gecə işıqlarında
kəhkəşan su sayrışır,
Gölməçələr yağışla
sevişir damla-damla.
Heç xəyalıma gəlmir
nəinki yaxın düşüm,
Axan bir ulduz kimi
atan dırnağın olmaq.
Dünyaca sevənlərə
dünyada iki yaş var,
“Yalnız ikicə yaş var,
yalnız: həyat və ölüm”.
Sən elə, elə varsan,
səninçün ölən yaşar,
Mən həyat yaşındayam,
səndə neçədi, gülüm?
edebiyyatqazeti.az
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.
Ca Fev 29 , 2024
Qarsia Markesin kubalı jurnalist Manuel Pereyra ilə 1979-cu il fevralın 2-də “Bohemia” jurnalında dərc olunan müsahibəsi – Təxminən bir il əvvəl eşitdim ki, yazıçı yazmağa başlayanda cəsarətli olmalı və qarşısına aydın məqsəd qoymalıdır: Servantesdən, Lope de Veqadan, Kevedodan daha yaxşı yazmalıyam. Bu tezisi daha çox inkişaf etdirə bilərsiniz? – Düşünürəm ki, yazıçı sənətində təvazökarlıq artıq bir məziyyətdir. Çünki təvazökar yazmaq fikrindəsənsə, o zaman təvazökar yazıçı olaraq qalacaqsan. Buna görə də, özünüzü dünyanın bütün ambisiyaları ilə silahlandırmaq və qarşınıza […]