Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/04/17/edmund-husserl-kartezian-dusunceleri-18/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 48. Obyektiv dünyanın transsendentliyi daha ali səviyyələrə aid olan kimi, nəinki birqaydalı transsendentlik

Ümumiyyətlə mənim bu xüsusi mahiyyətim ola bilsin mənim üçün nə isə başqa bir şeylə müqayisə edilsin, yaxud da ki, mən, bir növ, varam, lakin mənə münasibətə görə başqa bir şeyi mən var olmayan kimi dərk edə bilərəm, bu vəziyyət beləliklə, güman edir ki, mənim üçün dərketmənin bütün xüsusi üsullarının heç də hamısı mənim özünü düşünmə moduslarımın həmin mahiyyət dairəsinə aid deyil.

Belə ki, gerçək varlıq əvvəlcə təcrübənin yekdilliyi sayəsində təşkil olunur, bu vaxt mənin xüsusi sferamda, mənim özünüdərk təcrübəmdən və onun yekdillik sistemindən – yəni mənim xüsusi sferamın təşkil olunması haqqında özü-özünə izah etmə sistemləri – başqa, razılaşdırılmış sistemdə birləşdirilmiş, hələ digər təcrübələr də saxlanılmalıdır və indi problem ondan ibarətdir ki, eqo özünün malik olduğu və özünün xüsusi varlığını bütünlüklə transsendentləşdirməsi sayəsində varlıq mənası əldə edən bu cür yeni intensionallıqları həmişə yenidən yarada bildiyi, həmin vəziyyəti necə başa düşmək lazımdır. Necə deyərlər, mənim konstitutiv sintezimin kəsik nöqtəsi olmaqdansa, necəsə başqa cür olan, nə isə bir şey, özlüyündə, təkcə hansısa güman edilən bir şəkildə deyil, həm də məndə özünün uüğunlaşdırılmış təsdiqləməsi ilə yer alan bir şəkildə, mənim üçün necə gerçək mövcud olur? Mənim sintezimlə konkret birlik yaradaraq və ondan ayrılmaz olaraq, o həm də mənim üçün xüsusi bir şey kimi vardırmı? Lakin problematik olan artıq “başqasının” mənə görə fərz etdiyi bir şeyin ən mənasız, ən qaranlıq mümkünlüyüdür, əgər mahiyyətdə, nə isə həqiqidirsə, dərketmənin hər belə üsulu özünün aşılış imkanlarına, özünün fərz edilənin sonda tamamlanan və ya təkzib olunan, təcrübi dərk edilməsinə keçid imkanlarına malikdir, həm də eyni zamanda, həmin fərz edilənin və ya buna bənzər olanın şüur genezisində bu cür təcrübi dərk edilməsinə işarə edir. Faktiki olaraq mənə münasibətdə (MƏN-olmayan) “başqasının” təcrübi biliyi nə isə bir obyektiv dünyanın və onun daxilində digər eqoların (MƏN-olmayanın başqa MƏN formasında) təcrübəsi kimi meydanda olur, həm də, bu təcrübəyə münasibətdə həyata keçirilən xüsusi sferaya reduksiyanın ən mühüm nəticələrindən biri odur ki, bu onun intensional əsasını – reduksiya olunmuş dünyanın immanent transsendentlik kimi üzə çıxan həmin qatıni seçib ayırmışdır. Mənim konktet xüsusi MƏN-imə münasibətdə, mənim MƏN-i üçün nə isə yad olan, xarici dünyanın quruluş qaydası ilə (lakin xarici deyəndə, heç də təbii-məkani məna nəzərdə tutulmur), reduksiya olunmuş bu dünya birinci, özlüyündə birqaydalı transsendentlikdir (yaxud dünya), belə ki, onun ideallığına baxmayaraq mənim potensiallıqlarımın sonsuz sistemləri sintetik birlik olaraq, hər halda mənə eqo kimi məxsus olan, mənim özümün konkret varlığımı müəyyən edən hissəni təşkil edir.

İndi aydınlaşdırmaq lazımdır ki, obyektiv transsendentliyin xüsusi, konstitutiv yanaşma ilə ikinci dəfə, daha yüksək, əsaslandırılmış şəkildə dərk edilməsi, üstəlik təcrübə kimi, necə həyata keçirilir.

Söhbət burada zamanda cərəyan edən genezisin açılışından deyıl, statik təhlildən gedir. Obyektiv dünya mənim üçün artıq başa çatmış formada həmişə mövcuddur, mənim canlı və fasiləsiz davam edən obyektiv təcrübəmin mövcudluğudur və hətta artıq, daha təcrübədə başa düşülməyən şeylərə münasibətdə də özünün xatibual mənasını saxlayır. Söhbət ondan gedir ki, bu təcrübənin özünü öyrənmək və intensional olaraq onun mənanı necə əldə etdiyi üsulu açmaq lazımdır, həmin üsulu ki, məhz bunun sayəsində, o, mənim özümün mahiyyətim olmayan və onun tərkib hissəsi olaraq sonuncuya tabe olmayan, özünün eksplikasiya olunmuş mahiyyətini əldə etməklə, təcrübə olaraq çıxış edə və həqiqi mövcud olana münasibətdə aşkarlıq kimi təsdiqlənə bilər, hərçəndi öz mənasını və təsdiqini də yalnız onun daxilində əldə edə bilər.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/05/01/edmund-husserl-kartezian-dusunceleri-20/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

V "Məmməd Araz Poeziya günü " Az.TV- nin mədəniyyət kanalında

Ca Apr 25 , 2024
https://youtu.be/D8PevPW1XLQ?si=-TSvamqoRtJwOKKz