Əvvəli: https://klv.az/2024/04/10/edmund-husserl-kartezian-dusunceleri-17/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 47. Xüsusi sferanın tam monadik konkretliyi intensial predmetləri özünə birləşdirir. İmmanent transsendentlik və ilk nizamlı dünya
Görünür ki, – bu da xüsusi əhəmiyyətə malikdir – eqo kimi mənim üçün xüsusi əhəmiyyəti olan təkcə təəssüratlar axınının aktuallıqlarına və potensiallıqlarına deyil, həm də konstitutiv sistemlərə və konstruksiyalaşmış birliklərə- ancaq sonuncuda müəyyən məhdudiyyətlərlə – yayılır. Məhz: o yerdə, həmin dərəcədə yayılır ki, orada konstruksiyalaşmış birlik, bilavasitə konkret birlik modusunda ən ilkin quruluşdan hansı dərəcədə ayrılmazdır, o yerdə yayılır ki, orada mənim mənliyimin konkret xüsusi sferası konstruksiyalaşdıran qavrayışa necə, eləcə də mövcud olanın qavrayışına aiddir. Bu təkcə yalnız mənim eqom çərçivəsində müvəqqəti immanentlik kimi, məlum duyğular qismində götürülən və mənim xüsusi məlumatlarım kimi müəyyən olunan hissi məlumatlara aid deyil, bu eynilə həm də mənim xüsusi sferama daxil olan və mənim özümün daim nədəsə və necəsə hansısa məsləkdə dayanmağım üzündən, daimi əqidəm olaraq həyata keçirilməklə, mənim xüsusi institusional aktlarım əsasında təşkil olunan – hansı ki, bunun vasitəsi ilə mən özümün spesifik müəyyənliyimi (xüsusi mənada MƏN kimi, adi mənada MƏN qütb kimi) əldə edirəm – bütün xatibuallıqlara aiddir. Digər tərəfdən bura hələ transsendental predmetlər də aiddir, məsələn, birliyi, hadisələrin duyulan üsullarının müxtəlifliyinə aid olan, duyğu orqanları ilə duyula bilən xarici predmetlər, – bununla belə əgər mən, eqo olaraq, məhz məkani predmetlilik kimi ortaya çıxan şeyləri diqqətə götürsəm, onda həqiqətən originaliter,onunla vahid konkretlik yaradan bir şey kimi, onlardan ayrılmaz bir şey kimi, mənim xüsusi hisslərim, mənim xüsusi qavrayışım vasitəsi ilə müəyyən olunar. Biz dərhal da görürük ki, əvvəllər “başqasının” məna komponentlərini kənar etmə vasitəsi ilə reduksiya etdiyimiz həmin dünya bütünlüklə bu sferaya daxil olur və həm də onu, bir qayda olaraq onun üçün xüsusi bir şey kimi, eqonun pozitiv müəyyən olunan konkret tərkib hissəsinə aid etmək lazım gəlir. Nə qədər ki, biz duymanın intensional işinin nəticələrini və “başqasının” təcrübi nəticələrini bir kənara qoyuruq, bu zaman, hərçəndi maddi-məkan kimi təşkil olunsa da, hər halda biz, təəssüratlar axınının transsendental birliyi haqqında canlı təbiət (həm də canlı cismanilik) əldə edirik, ancaq yalnız mümkün təcrübənin müxtəlif predmetliliyi kimi, üstəlik bu təcrübə mənim xalis xüsusi həyatımdır, o şeylər ki, onun daxilində sintetik birlikdən artıq olmayaraq dərk olunur – onlar bu həyatdan və onun potensiallıqlarından ayrılmazdır.
Beləliklə, aydın olur ki, özünün konkretliyində götürülən eqo, onun üçün xüsusi olan bir şeyin hansısa universumunu əldə edir ki, o universum ki, onun apodiktik eqo sum-u apodiktik (yaxud, heç olmasa, hansısa apodiktliyi göstərən forma) başlanğıcının izah edilməsi yolu ilə açılmalıdır. Bu başlanğıc sferanın daxilində ( özü-özünə izah olunan başlanğıc) biz həm də, özünün xüsusi eqosuna rüduksiya sayəsində obyektiv dünyanın əsasında boy atan intensional fenomen kimi, transsendental dünyanı tapırıq ( bizim hal-hazırda üstünlük verdiyimiz pozitiv mənada). Lakin bizə transsendental görünüş, fantaziya, xalis mümkünlük, eydetik predmetlilik kimi təsəvvür olunan bütün müvafiq şeylər, elə ki, biz onları eqonun xüsusi sferasına reduksiyaya məruz qoyuruq, dərhal da bu sahəyə daxil olurlar, o sahəyə ki, mahiyyətcə mənim özümə məxsusdur, ona görə ki, mən özümün tam konkretliyimlə, başqa cür desək, öz monadalarım qismində, özüm özümdə varam.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/04/24/edmund-husserl-kartezian-dusunceleri-19/