V “MƏMMƏD ARAZ POEZİYA GÜNÜ” keçirildi

Aprel ayının 22-də V “Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 90 illiyi münasibətilə ötən il elan olunmuş respublika üzrə şeirmüsabiqəsi qaliblərinin mükafatlandırma mərasimikeçirilib. I Fəxri Xiyabanda şairin məzarı üstündən başlayan və Xəzər Universitetində yekunlaşan V “Məmməd Araz Poeziya günü”nə respublikanın ədəbiyyat, elm adamları, M.Araz şeirinin pərəstişkarları, şairin yaxınları və Xəzər Universitetinin müəllim – tələbə heyəti qatılıb.

Tədbir unudulmaz sənətkarın öz səsində “Ana torpaq, hər daşına üz qoyum” şeiri ilə başlayıb. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentininmüdiri dosent Dilbər Zeynalova, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentininmüəllimi filologiya üzrə fəlsəfə doktoru şair Qardaşxan Əzizxanlı, Dillər və ədəbiyyatlar departamentinindosenti tənqidçi-esseist Ülvi Babasoy çıxışlarında şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıblar.

Xəzər Universitetinin tələbələri Vəlixan Vəlixanlı, Əsiyyət Severxanova, Riad Səfərov, Xədicə Hüseynova şairin “Bir ömrün qonaqları” adlı pərdəsiz dram-zarafatını, Nurgül Umarlı “Palıd”, Əsiyyət Severxanova “Məndən ötdü, qardaşıma dəydi”, şeir ifası üzrə I və III “Məmməd Araz Poeziya günü”nün qalibi, Məmməd Araz adına “Qartal” mükafatı laureatıLaçın rayonu 33 saylı orta məktəbin X sinif şagirdiİbrahim Əhmədov “Bu, insan adlanan insan” şeirlərini səsləndiriblər.

Universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin filologiya ixtisası üzrə II kurs tələbələri Elmira Heydərova, Xoşbəxt Quliyeva, Fidan Bağırzadə, Sevinc Abdullayeva, Aydan Mustafayeva, İlkanə Həşimova, Pərvanə Məhərrəmova, Güldənə Əkbərova, Haşimə Əliyeva, Gülər Durmuşzadə, Samirə Xanlarova, Rasimə Mehtiyeva, Ayla Yusifova, Mərcan Əzizli və Xumar Şirvanovanın “Hər tələbə bir misra” layihəsində M.Arazın “Məhəbbət körpümüz”şeirini söyləmələri maraqla qarşılanıb.

Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın pianoda müşaiyətilə departamentin müəllimi Məhsəti Cabbarova (“Qızlar bulağı”) və Mühəndisliık və Təbiət elmləri fakültəsinin tələbəsi Könül İbrahimova (“Bu torpağın, bu diyarın”) şairin sözlərinə yazılmış mahnıları ifa ediblər. Departamentin müəllimi Ramin Qarayevin sazda ifa etdiyi şairin “Əlvida, dağlar” şeiridə sürəkli alqışlarla müşayiət olunub.

Sonra şeir üzrə respublika müsabiqəsinin qaliblərinin adlarını açıqlanıb. Əli Bəbiroğluna (I yer), Sevinc Elsevərə (II yer), Xalid Mahmuda (III yer) qalib diplomları təqdim olunub. Müsabiqədə uğurlu iştirakına görə şairə Mina Rəşid, tələbələrdən Zəhraxanım Məmmədova, Rəşid Nəsirzadə, Amin Səfərov diplomlarla təltif edilib.

Azərbaycan Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olduğunu dilə gətirib. O bildirib ki, Məmməd Araz hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Böyük sənətkar Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. A.Abbas çıxışının sonunda tədbirin təşkilatçısı kimi Xəzər Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Tədbir M.Arazın öz səsində “Salamat qal” şeiri ilə yekunlaşıb.

  

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

V "Məmməd Araz Poeziya günü"nün qalibləri

Be Apr 22 , 2024
Klv.az saytı aprel ayının 22-də V “Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 90 illiyi münasibətilə ötən il elan olunmuş respublika üzrə şeir müsabiqəsinin qaliblərini təqdim edir    Əli Bəbiroğlu. (I yer) Bir dua pıçıldadım   Sənlə keçən günlərdən xatirə qucaqladım, Dilim dil açdı sanki, dindi – danışdı birdən. […]