Əvvəli: https://klv.az/2023/12/06/edmund-husserl-kartezian-dusunceleri-4/
Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK
(davamı)
§ 27. “Mövcud predmet” anlayışının mənasına dair konstitutiv funksiya yerinə yetirən, xatibual və potensial aşkarlıq
Aydındır ki, ümumiyyətlə, özlüyündə güman edilən predmetin eyniliyi necə, həqiqi mövcud predmetin də eyniliyi eləcə və daha sonra, özlüyündə güman edilən predmetlə həqiqi mövcud predmetin arasında olan adekvat eynilik də həmçinin, aşkarlığın və dəlillərin dərk olunduğu cari təəssüratların real momenti deyil., Bununla belə, söhbət burada bizi sonrakı mümkün sintezlərin bundan sonra olacaq mühüm qarşılıqlı əlaqəsinə aparan, hansısa ideal immanentlikdən gedir. Hər bir aşkarlıq mənim ona yiyələnməyimlə hansısa keçici olmayan biliyin əsasını qoyur. Birincinin yenidən yaranmasının baş verməsi ilə, onun ardınca gələn yeni aşkarlıqlar sırasında, mən təkrar-takrar, özü-özünə görünən gerçəkliyə qayıda bilərəm; belə ki, məsələn, immanent varlıqların aşkarlığına münasibətdə, mən ona, potensial qorizont olaraq bu “Mən təkrar-takrar edə bilərəm”i yaradan, əyani yadasalmaların ardıcıllığı kimi qayıda bilərəm. Bizdə bu tip imkanlar olmasaydı, biz heç bir ehtibarlı və dəyişməz varlığa, heç bir real və ideal dünyaya malik ola bilməzdik. Bunların hər ikisi də bizim üçün aşkarlığın sayəsində və ya onun əldə edilməsinin güman edilən imkanları, həmçinin, artıq əldə olunmuş aşkarlıqların yenidən hasil edilməsinin mümkünlüyü sayəsində mövcud olur.
Tək bundan o nəticə çıxır ki, ayrıca aşkarlığın özü hələ bizim üçün hər hansı keçici olmayan varlıq yaratmır. Hər cür varlıq, daha geniş mənada “özündədir” və “mənə görə” həyata keçirilən ayrı-ayrı aktların təsadüfü xarakterlərinə qarşı durur; eyni ilə hər cür həqiqət də beləcə, daha geniş mənada “özündə həqiqətdir”. Beləliklə, özündə varlığın bu ən geniş mənası aşkarlığa yönəldir, ancaq təəssürat faktlarına yönəldən kimi yox; o bizi, öz əsasına transsendental MƏNdə və onun həyatında malik olduğu müəyyən potensiallıqlara və ilk öncə, fərz edilən hər hansı oxşar predmetlərlə sintetik bağlı olan potensial sonsuzluğa, sonra da onların potensial sübutlarına və nəticə ehtibarı ilə isə, təəssürat faktları kimi sonsuz olaraq təkrar oluna bilən potensial aşkarlıqlara göndərir.
§ 28. Dünya təcrübəsinin prezumptiv aşkarlığı. Dünya, təcrübənin mükəmməl korrelyativ aşkarlığının ideyası kimi
Aşkarlıqlar bizi, eyni bir predmetə dair (yəni, bütün o hallarda ki, onların predmeti özlüyündə hansısa mühüm birtərəfliliklə nə vaxt onların özünə verilir), həm də digər, daha mürəkkəb üsullarla sonsuz sayda potensial aşkarlıqlara yönəldir. Bu hər halda, bütün həmin aşkarlıqlara aid edilir ki, bunun sayəsində bilavasitə bizim üçün müşahidələrdə hər hansı real obyektiv dünya bütöv kimi və ya hansısa bir obyektləri ilə ayrılıqda olan kimi mövcud olur. Bu ayrı-ayrı obyektlərə məxsus aşkarlıq, özündə zahiri təcrübəni təmsil edir, ona görə ki, onların mövcudluqlarına özlüyündə, mühüm zərurilik kimi baxılan bu cür predmetlər üçün hər hansı digər üsullar ağla gəlməzdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sözün daha dəqiq mənasında, bu cür aşkarlıqlara, doldurulmamış, ancaq antitsipasiyada, yəni eləcə güman edilən məzmunda doldurulması tələb olunan müxtəlif üfüqlərin əhəmiyyətli dərəcədə birtərəfliliyı xasdır ki, bu da bizi müvafiq potensial aşkarlıqlara yönəldir. Bu mükəmməl olmayan aşkarlıq bir aşkarlıqdan digərinə sintetik keçidlərdə həqiqi qavrayışın yaradılması ilə mükəmməlləşir, ancaq bununla belə, bu tip mümkün sintezlərdən heç biri adekvat aşkarlıqlarla başa çatmır, əksinə, ilkin və yanaşı olaraq, özü ilə getdikcə yeni-yeni tam olmayan fərziyyələr gətirir. Bununla bərabər, antitsipasiyaya girən varlığın əminliyinin tamamlanmamış meydana çıxmasından ötrü və bununla belə, “o özü” modusunda ortaya çıxan predmetin başqa şəkildə mövcud olması və ya mövcud ola bilməməsindən ötrü, həmişə açıq imkanlar qalır. Hər halda zahiri təcrübə yenə də, həqiqətdə, yeganə təsdiqedici güc kimi çıxış edir, hərçəndi o vaxta qədər, nə qədər ki, təcrübənin aktiv və passiv axını uzlaşdırılmış sintez formasına salınır. Dünya varlığının (hətta o özü-özlüyündə aşkarlığa verildiyi vaxtda da) şüura transsendent olması və zərurət əsasında ona transsendent olaraq qalması vəziyyəti, əslində, ondan ayrılmayaraq, yalnız şüur həyatında təşkil olunan hər cür transsendentlik kimi heç bir şey dəyişmir və o cümlədən dünya haqqında şüur kimi, bu həyat da özündə yalnız, “dünya” sözündə tamamlanan, həmçinin “bu həqiqətən mövcud dünyadır ifadəsində”, ondan ayrılmayan məna daşıyır. Son nəticədə, dünyanın həqiqi mövcudluğunu və onun transsendentliyini yalnız təcrübələrin qorizontunun açılışı aydınlaşdırır və sonra göstərir ki, o varlığın gerçəkliyini və mənasını konstrusiyalaşdıran transsendental subyektivlikdən ayrılmazdır.
Təcrübə aşkarlığa onun özü kimi mükəmməllik verə bilsəydi, şüurla qarşılıqlı əlaqədə güman edilən və güman edilməli olan mövcud obyektin həqiqətən vəhdət kimi məna əldə edə bildiyi həmin yerdə, hər bir dünya təcrübəsindən sonrakı mümkün təcrübələrin uzlaşdırılmış nəhayətsizliyinə göndəriş icra edilir və bu da açıq-aydın dünyanın hər hansı gerçək obyektindən xəbər verir və üstəlik bu dünyanın özü, onların birliyinə uzlaşdırılmış sonsuzluğa qədər uzanıb gedən təcrübələrə aid sonsuz ideyadır, – mümkün təcrübələrin tam sintezində, təcrübələrin mükəmməl aşkarlığına korrelyativ olan bir ideya.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2023/12/20/edmund-husserl-kartezian-dusunceleri-10-6/