Edmund Husserl. Fenomenologiya

Əvvəli: https://klv.az/2025/05/21/edmund-husserl-fenomenologiya-3/

3. Transsendental fenomenologiya

Demək olar ki, transsendental fəlsəfə Dekartdan, fenomenoloji psixologiya isə – Lokk, Berkli və Yumdan başlamışdır, hərçəndi fenomenoloji psixologiya əvvəlcə bütövlükdə psixologiyaya xidmət edən metod və ya fənn kimi deyil, Dekart tərəfindən formalaşdırılmış transsendental problemlərin həllinə cəhd kimi meydana çıxmışdır.

“Metafiziki təəssüratlarda” inkişaf etdirilmiş mövzu, ondan meydana şıxan həmin fəlsəfədə üstünlük təşkil edən mövzu kimi qalmışdır. Bu fəlsəfəyə görə, bütövlükdə bizim mövcud olan kimi qəbul etdiyimiz dünyada olan hər hansı reallıq, demək olar ki, fikirlərdə söylənilmiş, yaxud, daha döğrusu, dərketmə prosesində yoxlamadan keçmiş bir şey kimi, yalnız bizim xüsusi təəssüratlarımızın məzmunu olaraq mövcud olur. [Transsendental problemlərin] qanuni və qanunsuz variantlarının bizim hamımız üçün məlum olan bu impulsu kifayət idi (Ibid, S.287; ingilis tərcüməsində transsdendensiya haqqında belə deyilir – B. Molçanov).

Dekartın şübhələri ilk növbədə “transsendental subyektivliyi” kəşf etdi, hansı ki, onun ilk konseptual işi EQO COQİTO idi. Lakin sonra Lokkun araşdırmağa təşəbbüs göstərdiyi kartezian transsendental “MENS” “İnsan ağlı ilə” irəliləməyə başladı; Lokkun araşdırması isə , öz növbəsində, daxili təcrübənin psixologiyası kimi meydana çıxdı. Və Lokk onun psixologiyasının transsendental problemləri əhatə edə biləcəyinə nə qədər güman etsə də, necə ki, məhz öz araşdırmalarını bunun naminə həyata keçirirdi, bununla belə, o yanlış psixoloji fəlsəfənin banisi oldu və bu ona görə bu günə qədər davamlı oldu ki, “subyektiv”anlayışını onun ikili mənasında heç kəs indiyə qədər araşdırmadı. Ancaq əgər transsendental problem lazımı şəkildə qarşıya qoyularsa, onda “subyektiv olanın” ikili mənası aşkar olar və həm də bununla müəyyən olunur ki, fenomenoloji psixologiya onun mənasının biri ilə iş görür, halbuki transsendental fenomenologiyanın işi o biri ilədir.

Bu məqalədə əsas diqqət fenomenoloji psixologiyaya yönəlir, ona görə ki, o fəlsəfəyə keçid üçün qismən əlverişli pillə hesab olunur və qismən də ona görə ki, o transsendental fenomenologiyaya baxanda hazırki istiqamətə daha yaxın görünür. İstər eydetik, istərsə də empirik fənn çərçivəsində, psixologiya, onun təbii qurulması və dünyəvi əsası kimi pozitiv elmdir, hansı ki, özünün bütün mövzularını o bundan əxz edir, halbuki, transsendental təcrübəni reallaşdırmaq çətindir, çünki bu “ən son” və “qeyri-dünyəvi” təcrübədir. Fenomenoloji psixologiya, o hansı dərəcədə intensional təhlillə faydalanırsa, həmin dərəcədə də nisbətən yeni və bütünlüklə yeni olması ilə, hər hansı pozitiv elm qarşısında açıqdır. Onun metodu ilə kimlər məşğul olursa, onlardan yalnız onun formal reduksiya mexanizmlərini və transsendental fenomenlərinin açılması üçün aparılan təhlillərini, daha ciddi şəkildə, mümkün qədər daim istifadə etməsi tələb olunur.

Lakin ona şübhə etmək lazım deyil ki, transsendental fenomenologiya hər cür psixologiyadan asılı olmayaraq işlənib hazırlana bilərdi. Şüurun ikili istiqamətliliyin kəşfi reduksiyanın hər iki növünün həyata keçirilməsini nəzərdə tutur. Psixoloji reduksiya heyvanat aləmi reallığı səviyyəsində olan psixikanın hüdudlarından çıxmır, çünki psixologiya real mövcud olana yardım edir və hətta onun eydetikası real aləmin imkanları ilə məhdudlaşır. Lakin transsendental problem bütün elmləri ilə birlikdə bütün dünyanı qucaqlamağa çalışır ki, nə varsa hər şeyi “şübhəyə məruz qoysun”. Dekart bizi inanmağa məcbur edir ki, dünya bizim daxilimizdən “baş qaldırır”, həm bizim meyllərimizi, həm dünyanın qəti olaraq ümumi məna vərdişlərini içəridən formalaşdırır, həm də onun komponentlərinin müəyyən mənasını bizim qavrayış, təsəvvür, həyatı dəyərləndirmə proseslərində başa düşdüyümüz şeylərin əsası, yəni bu və ya digər subyektiv genezisdə “konstruksiyalaşmış” şeylərin əsası təşkil edir.

Dünya onun müəyyənliyində, dünya “özündə və özü üçün” mövcuddur, o mənim və ya kimsə başqasının onu dərk edib-etməməsindən asılı olmayaraq mövcuddur. Lakin nə vaxt ki, bu ümumi dünya “bu” dünya insanının şüurunda “meydana şıxır”, nə vaxt ki, o subyektivliklə əlaqəli olacaq, onda onun varlığı və onun varlıq üsulu, tam aydın və “problematik” olaraq yeni meyar əldə edir.

Məhz transsendental problem də burada meydana çıxır; öz mənalılığını yalnız “subyektiv” olaraq əldə edə bilən, bu “təzahür”, “bizim üçün dünyanın bu varlığı” nədir? Bir halda ki, o şüurla əlaqəlidir, biz dünyanı “daxili” adlandıra bilərik, lakin onun ki, “immanent” varlığı bu qədər dumanlıdır, son dərəcə “ümumi” olan bu dünya, həm də onun mövcud olduğu şüurün özündə olduğu kimi, qarşımızda da özünün “ayrı-ayrı” aspektlərinin bütün müxtəlifliyi ilə görünməyi üstün tutur, duyğularımız bizi inandırır ki, aspektlər də qətiyyətlə müstəqil mövcud olan dünyaya məxsusdur? Bu problem həm də hər hansı “ideal” aləmə, xalis tarixə toxunur, misal üçün, dünya “özündə həqiqidir”. Ancaq heç bir mövcudiyyət və ya mövcud olma üşulu bütövlükdə, bizim özümüzdən az dərk olunan deyil. Hər kəs özlüyündə və ümumilikdə olmaqla, biz özümüz, şüurumuzla, hansı ki, dünya özünün gerçəkliyini onda əldə edir, bir insan olaraq dünyaya məxsus oluruq. Ona görə də, bu dünyaya aid olan varlığı və mənanı əldə etmək üçün, biz özümüzü özümüzə aid etməliyikmi? Bizə, özümüzü psixi həyatın subyektləri kimi psixoloji səviyyəli insanlar adlandırmaqla, eyni zamanda bizim özümüzə və bütövlükdə dünyaya münasibətdə transsendental olmaq və həyatın transsendental konstruksiyalaşan dünyasının subyektləri olmaq lazım gəlirmi? “MƏN” və ya “BİZ” –bu kimi psixi subyektivliklər, adi mənada, o özündə fenomenoloji-psixoloji reduksiya həyata keçirməklə başa gələ bilər və eydetik nəzər yetirmə ilə fenomenoloji psixologiya üçün əsas ola bilər. Lakin, dilin yoxsulluğu üzündən biz yenə yalnız “mən özüm” və “biz özümüz” adlandırdığımız transsendental subyektivlik, nə qədər ki, o özündə obyektiv dünyanın hər hansı bir hissəsini təmsil etmir, həm də, “mənim üçün” və “bizim üçün” yaradılan dünya və onun bütün məzmunu şüurlu subyektiv həyatın özünə məxsusdur, psixoloji və ya təbiət elmlərinin metodu ilə üzə çxarıla bilməz.

Dünyada psixi və cismani mövcud olan insanlar kimi, biz özümüzə məxsus “hadisənin” mahiyyəti, konstruksiyalaşdırdığımız həmin şeyin bir hissəsi, “tərəfimizdən” yaradılan mənaların zərrəcikləriyik. Başa düşülən “MƏN” və “BİZ”, onların hazırda “mövcud olmaları” haqqında üstüörtülü “MƏN” və “BİZ” güman edir (3).

Bilavasitə bu transsendental subyektivliyə girişi bızə transsendental təcrübə verir. Psixoloji təcrübəyə münasibətdə olduğu kimi, transsendental təcrübənin təmizliyinə nail olmaqdan ötrü də reduksiya tələb olunur. Transsendental reduksiya psixoloji təcrübənin reduksiyanın davamı kimi də nəzərdən keçirilə bilər. Universal olanlar indi aşağıdakı mərhələlərə nail olur. İndidən sonra “mötərizəyə almalar” təkcə dünyaya deyil, həm də “ruhi” sferaya yayılır. Özü bu dünyanın bir hissəsini təşkil edən psixoloq, sakini olduğu adət etdiyimiz bu sabit dünyanı “ruhun” subyektivliyinə reduksiya edir (onun orijinalında- … psixoloq onun üçün adətən dünya daxili mənası olan yerə malik subyektivliyi xalis ruhi subyektivliyə reduksiya edir (Ibid, S.293) – V.М.). Transsendental fenomenoloq psixoloji olaraq artıq təmizlənmiş subyektivliyi transsendental suyektivliyə, yəni dünyanı və “ruhi”təbəqəni onun daxilində konstruksiyalaşdıran, həmin universal subyektivliyə reduksiya edir.

Mən daha, mənim psixoloji təcrübəmi üzə çıxaran, öz təəssüratlarımı, təsəvvürlərimi və psixoloji düşüncələrimi təhlil etmirəm: mən transsendental təcrübəni araşdırmağı öyrənirəm. Mən daha özümün xüsusi mövcudluğumu öz maraqlarım sferasında güman etmirəm. Mənim marağım indi, daxilində mənim real psixoloji təcrübəmin baş verdiyi xalis intensional həyata köklənmişdi. Bu addım transsendental problemi (varlığın şüurla əlaqəli, transsendental məna problemi (Ibid, S.289) ) onun həqiqi səviyyəsinə qədər qaldırır.

Etiraf etməliyik ki, şüura aidiyyətlilik təkcə bizim dünyamızın deyil, həm də eydetik zərurilik nöqteyi-nəzəri ilə – dərk olunan hər cür dünyanın aktual xassəsi kimi təsəvvür olunur. Biz fantaziyalarda gerçək dünyamızı necə gəldi variantlaşdıra bilərik. Biz təsəvvür etmək bacarığımızla onu hər hansı başqa bir dünyaya çevirə bilərik, lakin bununla belə biz həmçinin özümüz öz şəklimizi də dəyişməyə məcbur olacağıq, özümüz öz şəklimizi isə, təbiət tərəfindən bizə göstərilmiş subyektivliyin sərhədlərində dəyişə bilərik. Bizim fantaziyamız hər hansı dünya yaratsa da, praktiki fəaliyyət göstərməklə bizim nəzəriyyələrimizi aşkarlıq əsasında təsdiq etmək və onunla yaşamaq üçün, o labüd olaraq bizim təcrübədə əldə etdiyimiz həmin dünya olacaq.Transsendental problem eydetik problemdir. Mənim psixoloji təcrübəm, qavrayışım, təsəvvürüm və sairə, forma və məzmunca necə vardır eləcə də qalır, ancaq, nə qədər ki, bilavasitə şüurun son strukturları ilə toqquşuram, mən indi onları “struktur” olaraq nəzərdən keçirirəm.

Transsendental problem, başa düşülən hər hansı digər problemlər kimi, onun həlli üçün bütün vasitələrin daxil olmalı olduğu, şübhə doğurmayan əsas tələb edir. Bu əsas burada ümumiyyətlə, mümkün dünyanın mövcud dünya kim konstruksiyalaşdığı şüur həyatının subyektivliyindən başqa bir şey deyildir. Digər tərəfdən, rasional metodun özlüyündə aydın olan əsas tələbi ondan ibarətdir ki, o, bu qərarlaşdırılmış və şübhəsiz mövcud olan əsası, transsendental problemin öz universallığı ilə sual altına qoyduğu həmin şeylə qarışdırmamalıdır. Bu problematikliyin sferası transsendental sadəlik sahəsidir, o nəticə ehtibarı ilə, hər hansı mümkün dünyanı, adi götürülən dünya kimi təbii müəyyənlikdə başa düşür. Buna müvafiq olaraq, necə ki, onların bütün maddi sferaları kimi bütün pozitiv elmlər, həmçinin, buna görə də, psixologiyada psixi kimi hesab edilən şeylərin bütün məcmusu kimi psixologiya da, transsendental epoxaya məruz qalmalıdır.

Əgər biz transsendental suala cavabı psixologiyada – fərqi yoxdur, empirik və ya eydetik-fenomenoloji olsun – axtarsaydıq, biz transsendental dairənin əhatəsinə düşərdik. Subyektivlik və şüur – burada biz ikiliyin paradoksu qarşısında dayanırıq (bizi buna transsendental sual qaytarır) – həqiqətən də, psixologiyanın əlaqədar olduğu həmin subyektivlik və şüur olmaya bilər (Ibid, S.291-292). Psixoloji reduksiya transsendeltal reduksiya ilə əvəzlənir (4). [… Transsendental MƏN və tam konkretlikdə başa düşülən MƏN-in transsendental ümumiliyi, adi və psixoloji mənada özündə MƏN-in və BİZ-in transsendental paralelliyini təmsil edir, ancaq hər halda yenə də, puh kimi və ya şüurun psixoloji həyatı ilə birgə ruhi həyatın ümumiliyi kimi konkret başa düşülən şəkildə təmsil olunur (5). Mənim transsendental MƏN-im, şübhəsiz ki, təbii MƏN-dən “fərqlənir”, ancaq heç bir şəkildə bəzi ikinci MƏN kimi, MƏN-ə aid olan bir şey kimi fərqlənmir, sözün xüsusi adi mənasında, eləcə də sözün adi mənasında, o heç bir halda onunla əlaqəli deyil və onunla qarışdırılmır. Tam konkretlikdə başa düşülmə, bu məhz, hər dəfə müəyyənliyin adi dəyişilməsi vasitəsi ilə həmin xüsusi psixoloji təcrübəyə keçməli olan transsendental təcrübənin (Selbsterfahrung) özünün xüsusi sahəsidir. Bu keçiddə istər-istəməz MƏN-in eyniliyi müəyyənləşir; transsendental refleksiya ilə bu keçiddə, transsendental MƏN-in özü-özünə obyektivləşməsi kimi psixoloji obyektivləşmə aşkara çıxarılır (6) və bu da bu surətlə üzə çıxır ki, sanki burada təbii müəyyən etmənin hər bir məqamında appersepsiya tələb olunur (Ibid, S.294). Biz yalnız, o şey ki, transsendental və psixoloji təcrübə sferalarını paralelləşdirir, onun eyni mənalılğını dərk etməliyik, o şey ki, onu fərqləndirir – bu artıq istiqamət yolunun dəyişilməsidir; bununla belə o da aydındır ki, burada eyni zamanda həm də, psixoloji və transsendental fenomenologiya paralell olacaqdır (7).

Daha ciddi məqamının həyata keçirilməsi ilə psixoloji subyektivlik transsendental subyektivliyə, psixoloji intersubyektivlik isə – transsendental intersubyektivliyə transformasiya edir. Həmin konkret ilkin əsas olan bu axırıncı, bütün nə varsa hər şeyin, o cümlədən dünyada mövcud olan hər hansı reallığın şüurla transsendensiyası sayəsində, öz mövcudluğunun mənasını əldə edir. Çünki hər hansı obyektiv mövcudluq, özünün mahiyyətinə görə “nisbi”dir və öz təbiəti ilə intensiyanın birliyinə borcludur, belə ki, transsendental qanunlara müvafiq müəyyən olunmaqla, onun inam və əqidəsinin xarakteri ilə şüur ortaya çıxarır (8).

Rus dilindən tərcümə edən: Obaçı

Davamı: https://klv.az/2025/06/07/edmund-husserl-fenomenologiya-5/

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Fenomenologiya

Əvvəli: https://klv.az/2025/05/28/edmund-husserl-fenomenologiya-4/ 4. Fenomenologiya. Universal elm Beləliklə, fenomenologiyanın inkişafı həddində Leybnist tərəfindən qeyd olunan universal ontologiya mükəmməlləşir, aprior elmlərin bütün düşünülən unifikasiyası da fenomenoloji metodun yeni, qeyri-doqmatik əsası üzərində reallaşdırılır. Çünki fenomenologiya, subyektivliyə və intersubyektivliyə məxsus konkret fenomenlərin elmi kimi, mövcudluğun bütün mümkün növləri haqqında aprior ЕО IPSO elmdir. Nə qədər […]