Edmund Husserl. Fenomenologiya

Əvvəli: https://klv.az/2025/05/28/edmund-husserl-fenomenologiya-4/

4. Fenomenologiya. Universal elm

Beləliklə, fenomenologiyanın inkişafı həddində Leybnist tərəfindən qeyd olunan universal ontologiya mükəmməlləşir, aprior elmlərin bütün düşünülən unifikasiyası da fenomenoloji metodun yeni, qeyri-doqmatik əsası üzərində reallaşdırılır. Çünki fenomenologiya, subyektivliyə və intersubyektivliyə məxsus konkret fenomenlərin elmi kimi, mövcudluğun bütün mümkün növləri haqqında aprior ЕО IPSO elmdir. Nə qədər ki, apriori mövcud deyil, fenomenologiya sferası univrsaldır, hansı ki, özünün intensional konstruksiyalaşmasından asılı olmasaydı, bu qabiliyyət haqqında biliyə nail olmaqla, şüur həyatında da müəyyən xətt yaratmaq üçün onun daxilində öz qabiliyyətini əldə edərdi; belə ki, bəzi apriorilərin müəyyən olunması, onun qurulması vasutəsi ilə həmin obyektiv prosesin üstünü açmalıdır. Elə ki, məsələn, riyazi elmlər kimi bu cür aprior fənlər fenomenologiya sferasına cəlb olunur, onları daha prinsiplər haqqında mübahisə “paradoksları” təngə gətirmir; fenomenologiyadan asılı olmayaraq aprior olan həmin elmlər, öz çıxış metodlarını tənqiddən yalnız fenomenologiyaya söykənməklə qoruya bilərlər. Çünki onların, sözsüz ki, düzgün olmayan əsaslar üzərində pozitiv olmaq iddiasının özü, onların qollara ayrılan həmin universal eydetik ontologiyadan asılılığını göstərir ki, bu da fenomenologiyadır.

Bütün obyektivliklərin onların transsendental “mənbəyinə” gətirilməsi vasitəsi ilə həyata keçirilən, aprior struktur universumunun nəhayətsiz məsələlərinin təsviri, gerçəklikdən bəhs edən universal elmlərin qurulmasının funksiyalarından biri kimi nəzərdən keçirilə bilər, hansı ki, hər bir sahəsi, o cümlədən pozitiv olan sahəsi də, özünün aprior əsasları üzərində qurulmalıdır. Beləliklə, bizim fenomenologiyanın son bölməsi bütövlükdə belə olacaqdır: ilkin fəlsəfə olaraq eydetik fenomenologiya, yaxud, universal ontologiya çıxış edir; ikinci fəlsəfə olaraq – gerçəkliyin və ya [sintetik olaraq onu əhatə edən] transsendental intersubyektivliyin universumundan bəhs edən elmlər çıxış edir (Ibid, S.298)..

Beləliklə, artıq fəlsəfənin biliyin bütün məcmusunu əhatə edən universal elmlər kimi, onun Platon və Kartezi ruhunda qədim anlaşılması daha inandırıcı şəkildə bərpa olunur. Bütün rasional problemlər, bu və ya digər səbəblərdən “fəlsəfi” problem kimi nəzərdən keçirilmiş olan həmin problemlər, öz həllini onlara xas forma və vasitələrin son mənbələri ilə üzə çıxaran transsendental təcrübənin və ya eydetik intuisiyanın fenomenologiya çərçivəsində öz yerinə malikdir. Fenomenologiyanın özü transsendental insan “həyatının” ona xas olan funksiyasını [universal özü-özünə aid edilmə vasitəsi ilə] görür (Ibid, S.299). O həyatın ilkin formalarını dərk etməklə yanaşı, onun ilkin teleoloji strukturunu öyrənə bilər, fenomenologiya insanın, özünün universal ağıl adı ilə həyata keçirdiyi bütöv öztərbiyəsindən daha çox şeydir. Həyatın əsaslarını açmaqla, o həqiqətən bütöv bəşəriyyətin, gerçək və həqiqi bəşəriyyətin sonsuz ideyalarına istiqamətlənən yeni şüur axınının yolunu azad edir.

Metafiziki, teleoloji, etik problemlər, fəlsəfə tarixi problemləri, mühakimə problemləri, ümumiyyətlə bütün əhəmiyyətə malik problemlər, həmçinin onları birləşdirən transsendental əlaqələr, fenomenologiya imkanlarının sərhədlərində yatır.

Fenomenoloji fəlsəfə özündə yalnız qədim yunan fəlsəfəsinin əsas tendensiyalarının və Dekart fəlsəfəsinin baş motivlərinin inkişafını təmsil edir. Bu mövzular qəti olaraq yox itməmişdir. Onlar rasionalizmə və empirizmə ayrılır, həm də Kantın fəlsəfəsindən və alman idealizmindən keçməklə, bizim son dərəcə qeyri-müəyyən dövrümüzə gəlib yetişir. Onlar təzələnməli, metodik və konkret olaraq yenidən işlənilməlidir. Onlar sərhəd tanımayacaq elmlərə yeni nəfəs verə biərlər.

Fenomenologiya fenomenoloqlardan tələb edir ki, onlar fəlsəfi sistem yaradılmasından imtina etsinlər və yaxşı olardı ki, əbədi fəlsəfə üçün ümumi olan işə qoşulsunlar.

Qeydlər

(1) Bu abzas almancadan ingilis dilinə tərcümədə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır (istər ixtisarda, istərsə də dəyişilmədə). Bu xüsusi ilə ikinci hissədə, fenomenoloji psixologiya sferasında faktlarla iş görmə imkanlarını inkar edən birinci təklifə aiddir. Həmçinin bu təkliflə sonrakı mətn arasında əlaqə də yoxdur. Qusserldə söhbət fenomenoloji təcrübə sahəsinin qeyri-bütövlüyündən, yəni bütün müxtəlif şüur həyatını təmin edən xalis fenomenololi psixologiyanın mümkünlüyünün bütövlüyündən deyil, təcrid olunmuş hər bir təcrübə sferasının, bəzən psixi həyatın az əhəmiyyət kəsb edən bu və ya digər faktları əsasında eydetik sferaya çıxışıni mümkün edən şeylərdən gedir.

Almancadan ixtsarsız tərcümədə: Fenomenoloji təcrübənin bütövlüyü, nəticə ehtibarı ilə, xalis fenomenoloji psixologiyanı yalnız ona aid olan imkanlarla nə qədər təmin edir? – – Faktlardan bəhs edən psixofiziki abstraksiyalaşan həmin elmərlərdən, empirik olaraq qeyd-şərtsiz təmiz deyil, ancaq aprior elmlər sferasında məsələ tamam başqa cürdür. Mümkün təcrübənin hər bir ayrıca sahəsi ЕО IPSO-nun faktikilikdən universal mahiyyətli formaya (eydosa) keçidinə imkan verir. Həmçinin burada da, əgər fenomenoloji faktikilik mahiyyətli mənaya malik deyilsə, o yalnız nümunə üçün və sərbəst əsasa xidmət edir, ancaq müəyyən ümumilik sferasına cəlb edilmiş həqiqi fərdi ruhi həyatın mövcud müşahidə variantlarında mümkün (düşünülmüş) APRİORİLƏRƏ xidmət edir. İndi nəzəri baxış özünü, invariant kimi özünü zərurət əsasında variantlarda saxlayan şeylərə istiqamətləndirir; beləliklə, APRİORİNİN xüsusi fəaliyyət sahəsi bu cür sistematik həyata keçirmə üsulu ilə inkişaf edir. Bununla bərabər mahiyyətcə zəruri forma yaranışı (eydos) üzə çıxarılır ki, bu da, bütün mümkün psixi varlıqları təklikdə, sintetik birliklərdə və bütövlüyə malik birliklərdə keçməlidir, əlbəttə, o (psixi varlıq) əgər ümumiyyətlə məntiqi olaraq mümkün olarsa (denkmoglich), o müşahidə ilə təsəvvür olunmaq imkanlarına malik olmalıdır. Şübhəsiz, bu növ psixi fenomenologiyanın əsasında “eydetik fenomenologiya durmalıdır, o yalnız invariantlığa, mahiyyətli formalara istiqamətlənir”. Husserliana, Bd. IX, Haag, 1962, S.284).

(2) Fraqment Husserliana, Bd. IX, Haag, 1962, S.284)-dan götürülmüşdür. İngilis tərcüməsində aşağıdakıları oxuyuruq: “Psixofiziki olan özünün xüsusi psixologiyasına malikdir, nə qədər ki, o fiziki olandan az asılı deyil, əsasən də, üzvü təbiətdən daha müəyyəndir, deməli, bu fenomenoloji deyil.

(3) Fraqmentin alman orjinalı ilə müqayisə: “Dünyada psixoloji və cismani mövcud olan insanlar kimi, biz bizə məxsus mahiyyətik”, biz bu mövcud olmanın “bizim üçün” apperseptiv yerə malik intensional həyatında, bizim həyatın son dərəcə müxtəlif olan mahiyyətlərik, həm də onun tam aşnası mənasında, Hazırda olan (başa düşülən) MƏN və BİZ, MƏN və BİZ-i (başa düşən) o mövcud olduğuna görə tələb edir, ancaq eyni ilə həmin mənada onun özü mövcud olmur. (Ibid, S.292).

(4) Mətnin səlistliyi üçün ingilis tərcüməsinin daxil edilməsi. Qusserldə məna aksenti təcrübənin iki növünün paralellizmində həll edilir.

(5) İngilis tərcüməsində: Transsendental həyat konkretliyində psixoloji “MƏN və BİZ”-in yerində transsendental “MƏN və BİZ” başa düşülür.

(6) İngilis tərcüməsində: “O şeyi ki, mən psixoloji refleksiya ilə mənim obyektivləşdirməm kimi gözdən keçirirəm, mən onu transsendental refleksiyada özü-özünə obyektivləşən kimi, yaxud, belə də demək olar ki, transsendental MƏN tərəfindən obyektivləşdirilən kimi görürəm.

(7) Etiraf etmək lazımdır ki, bu məsələdə paralelizm haqqında olan fikri, ingilis tərcüməçisinə Qusserldən daha aydın ifadə etmək müyəssər olmuşdur. Lakin tərcümədə əsas nəticə buraxılmışdır: Transsendental və psixoloji fenomenologiyanın ümumi mövzusu intersubyektivliyin bu mənasında ikili ortaya çıxır.

(8) Alman orijinalında: “Transsendental intersubyektivlik varlığın konkret müstəqil əsasıdır, belə ki, bütün transsendent olanlar (o cümlədən mövcud dünyada real olanların hamısı) mövcud varlıq kimi özünün, həqiqətdə uzlaşdırılmış dəlillərlə və mahiyyətcə sabit əqidənin formalaşdırılması ilə bu sahəyə aid edilən transsendental fərziyyələrlə yaradılmış intensional bütövlüyün varlıq mənası kimi, xalis nisbi, həm də o qədər də ciddi olmayan mənada götürülən varlıq mənasını buradan əldə edir. (Ibid, S.294-295).

Rus dilindən tərcümə edən: Obaçı

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şəfa Yusifli. Yağışa don tikirlər

Yağışlı bir gün, qəlbimə sular səpilib, Axşamçağı, onlar şər qarışır, deyirlər. Göydən yerə hər damcıda bir mələk enib. Onlar Əzrayil də bir mələkdir, deyirlər.   Bulud buluda dəyincə araya küslük girib, Torpağı isladan onların göz yaşlarıdır, deyirlər. Sən demə susuz çiçəklər mərhəmət diləyib, Bu yağış yaradanın onlara lütfüdür, deyirlər.   […]