Əvvəli: https://klv.az/2025/05/14/edmund-husserl-fenomenologiya-2/
Britaniya ensiklopediyasına məqalə
2. Fenomeno-psixoloji və eydetik reduksiya
Fenomenoloji psixologiya özündə özünün xüsusi “MƏN” təcrübəsini və bunun əsasında digər MƏN-lərin təcrübəsini, həmçinin də cəmiyyətin təcrübəsini öyrənməyi birləşdirir. Lakin, bununla belə, onun hər hansı olur-olsun psixofiziki aşqarlardan bütünlüklə azad ola bilib-bilməməsi hələ tam aydın deyil. Öz MƏN-in və xalis psixi məlumatların əsl xalis təcrübəsini əldə etmək olarmı. Hətta psixi olanın əsas xüsusiyyəti kimi intensionallığın brentanov kəşfindən sonra da, bu çətinlik psixoloqları fenomenoloji psixologiyanın imkanları haqqında cahil göstərirdi. Psixoloq özünün xüsusi təcrübəsini “xarici” təcrübə ilə və psixikadan kənar reallıqlarla birləşdirməklə hər yerdə tapır. Xarici təcrübədə verilənlər, hərçəndi təcrübənin özü ona xarici təcrübə kimi aid olsa da, intensional “daxili həyata” aid deyillər. Yalnız fenomenləri qeyd etmək və ancaq özünün xüsusi “həyatını” dərk etmək istəyən fenomenoloq, epoxanı təcrübədən keçirməlidir.
O hər hansı bir adi obyektiv “mövqeyə” qadağa qoymalıdır və obyektiv aləmə dəxli olan hər hansı mühakimədən imtina etməlidir. Təcrübə özlüyündə, bu və ya digər şəkildə ona xas olan, bu evin, bu cismin, bütövlükdə bu dünyanın təcrübəsi ilə, necə vardırsa eləcə qalacaqdır. Çünki özlüyündə təəssüratlarda dərketmə obyekti kimi iştirak edən şeyləri təsvir etmədən, hətta o özü özünə zidd fikir təəssüratları ilə, “xəyali”görünsə də, heç bir intensional təəssüratı təsvir etmək mümkün deyil.
Bizim universal epoxa, necə deyərlər, dünyanı mötərizəyə salır, dünyanı subyektin sahəsindən kənar edir, bir növ onun yerində ağla gələn dəyərli mühakimələrlə təsəvvür etdiyi yaşanılan-mənimsənilən, xatırlanan- ifadə olunan dünya özlüyündə, mötərizə içərisinə salınmış dünyadır. Bu dünya və ya onun bir hissəsi deyil, bu mötərizəyə alınan dünyanın “mənası”dır. Fenomenoloji təcrübə sferasına daxil olmaqdan örtü, biz təbii müəyyənlikdə götürülən obyektlərdən, onların təzahür moduslarının müxtəlifliyindən, “mötərizəyə alınan” obyektlərdən geri çəkilməliyik.
Fenomenlərə, xalis psixi olanlara fenomenoloji reduksiya iki səviyyəni tələb edir. Birincisi – istər ayrı-ayrı fenomenlərin nəzərdən keçirilməsinə münasibətdə, istərsə də ruhi həyatın bütöv strukturuna münasibətdə, sistematik və radikal epoxanın hər cür təəssüratlarla obyektivləşdirilən mövqeynin səviyəsi. İkincisi – artıq obyektin mahiyyəti deyil, “mənanın” “vahidləri” olan həmin müxtəlif “təzahürlərin” təsvirinin və başa düşülməsinin maksimal dərəcədə tam fiksasiya səviyyəsi. Beləliklə fenomenoloji təsvir iki istiqamətə malikdir: poetik, yaxud təəssürat aktlarının təsviri və noematik, yaxud, “yaşanılmış həmin şeylərin” təsviri. Fenomenoloji təcrübə, sözün tam mənasında “daxili” adlana bilən yeganə təcrübədir; Onun həyata keçirilməsi praktiki olaraq sərhəd tanımır. Və beləliklə bu cür obyektiv “mötərizəyə alma” və sonra bəlkə də digər MƏN-in “həyatı” üzərində də yaradılmış “olan” (noesisdə noema) şeylərin təsviri, hansı ki, biz bunu özümüzə “reduktiv” metod kimi təsəvvür edə bilərik, ola bilsin ki, özünün xüsusi təcrübə sferasından başqa mənlərin təcrübə sferalarına yayılsın. Və arxası ilə, bizə ümumilik şüurunun verdiyi ümumilik təcrübəsi, bəlkə də təkcə individual şüurun intensional sahəsinə deyil, həmçinin də intersubyektiv reduksiya vasitəsi ilə onları birləşdirən həmin şeyə, yəni ümumilik həyatının fenomenoloji birliyinə reduksiya olunur. Beləliklə daxili təcrübənin genişləndirilmış psixoloji anlayışı özünün dolğunluğuna nail olur.
Lakin təkcə onun “məna vahidlərinin” ayrılmaz kompleksləri ilə birgə “intensional həyatın” müxtəlifliyinin birliyi deyil, ruha nə isə daha çox şey aiddir. Çünki identik eqo kimi saxlanılan, yaxud bütün ayrı-ayrı intensiyalar və onların əsasında formalaşan “təmayüllər” üzrə saxlanılan “qütb” kimi, “eqo- subyekt” intensional həyatdan ayrılmazdır. Beləliklə, fenomenoloji reduksiya olunmuş və konkret başa düşülmüş intersubyektivlik, intersubyektiv olaraq çüurlu həyatda iştirak edən “şəxslərin” “ümumiliyidir”.
Fenomenoloji psixologiya bütün empirik və psixofiziki elementlərdən təmizlənə bilər, ancaq bu surətlə təmizlənmiş olaraq, o “vəziyyətlərə” (“matters of fact”) giriş əldə edə bilmir. Hər hansı qapalı sahə onun “mahiyyəti”, onun eydosu üzrə nəzərdən keçirilə bilər və bizim fenomenlərin faktiki tərəflərinə, biz etinasız yanaşa bilərik və onlardan yalnız “nümunələr” kimi istifadə edə bilərik. Biz fərdi ucuz həyata və onların apriorisini və “mümkün” formalarını öyrənməkdən ötrü ümumiliyə diqqət yetirməyəcəyik. Bizim mexanizm “nəzəri” olacaqdır, o variantları öyrənməklə invariant nəzərdən keçirilir və apriorinin tipik sferasını açır.
Aşkar şəkildə hər hansı bir psixi faktın tipik xüsusiyyəti olur. Psixoloji fenomenologiya eydetik fenomenologiyaya əsaslanmalıdır (1).
Cismin qavrayışının fenomenologiyası, real baş verən və ya qavrayışda gözlənilən bu və ya digər şeylərin deyil, invariant “strukturun” üzə çıxarılmasının hesabatı olacaq ki, bunsuz nə ayrı-ayrı cisminlərin qavrayışı, nə də onların qarşılıqlı əlaqələrinin sürəkliliyi mümkündür. Fenomenoloji reduksiya daxili təcrübənin gerçək fenomenlərini, eydetik reduksiya isə – psixi varlıq sferasının əsaslı formalarını açır. İndiki zamanda tələb edirlər ki, fəlsəfə təbiətşünüslığın dəqiqliyinə uyğun gəlsin. Nə vaxtsa qeyri-müəyyən, induktiv və empirik olması ilə, təbiətşünaslıq özünün aprior sistemdə müasir xarakteristikasına görə, özlüyündə, dərk edilən təbiət formalarına borcludur, belə ki, o xalis həndəsə, hərəkət, zaman və s., qanunları kimi, bu cür fənlərlə inkişaf etdirilmişdir. Təbiətşünaslığın və psixologiyanın metodları tamamilə fərqidir, ancaq sonuncu da elə birinci kimi dəqiqliyə “mahiyyətliliyin” rasionallaşdırılması vasitəsi ilə nail olur.
[“Əlbəttə, Nə qədər ki, psixofiziki əlaqə özlüyündə, xüsusi Aprioriyə malikdir, fenomenoloji Apriori tam psixoloji Apriori deyil. Lakin aydındır ki, sonuncu Apriori xalis fenomenoloji psixologiyanın Apriorisini, digər tərəfdən isə, fiziki təbiətin 9xüsusən də üzvü təbiətin) Apriorisini tələb edir”] (2).
Rus dilindən tərcümə edən: Obaçı
Davamı: https://klv.az/2025/05/28/edmund-husserl-fenomenologiya-4/