Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/02/19/edmund-husserl-kartezian-dusunceleri-10-47/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

III Fəsil. Sözlərin mənasının qərarsızlığı və mənaların vəhdətinin ideallığı

§24. Giriş

Sonuncu fəsildə biz məna aktı ilə məşğul idik. Ancaq birinci fəsildə biz, akt kimi məna ilə (das Bedeuten) mənanın özü arasında olan fərqləri, mümkün aktların müxtəlifliyinin əksinə olaraq ideal birlikləri müəyyən etdik. Bu fərqləndirmələr, başqa, onunla əlaqəli fərqləndirmələr kimi, subyektiv və obyektiv mənada ifadə olunmuş məzmunlar arasında, son nəticədə isə – məna kimi məzmunla adlanma kimi məzmun arasında olan saysız-hesabsız vəziyyətlərin aydınlığını əldə edirlər. Relevant şərh edilmiş elmi nəzəriyyələr kontekstində tapılan bütün ifadələrlə də eyni ilə bu cür baş verir. Lakin bununla yanaşı, başqa vəziyyətlərdə də bu cür hallar olur. Onlar xüsusi diqqət tələb edir, belə ki, onlar əldə olunmuş fərqləndirmələri yenidən qarışdırmaq meylinə malikdirlər. Bu mənaya nisbətən tərəddüd edən ifadənin mahiyyətidir və üstəlik, ciddi çətinliklər gətirən təsadüfi və qeyri-müəyyən ifadələrin. Bu çətinliklərin qərarsız məna aktları ilə ideal-bütöv mənalar arasında tərəddüd edən fərqləndirmələr vasitəsi ilə həlli, hal-hazırki fəslin mövzusudur.

25. Xəbər vermə ilə ad qoyma məzmunları arasında uyğunluq (Deckungsverhaeltnisse) münasibətləri

Başqa predmetlərə olduğu kimi, eyni ilə bu cür də, ifadə, onu kim ifadə edirsə onun mövcud olan psixi təəssüratlarına aid ola bilər. Ona görə də ifadə, eyni zamanda adlandırılan haqqında və predmetlilik haqqında xəbər verməyə parçalanır və həm də, onların ad qoyduğu məzmun və onlar haqqında xəbər verən məzmun bir-birindən ayrılır.

Sualın mənası ilə əlaqədar birinci dərəcəyə məxsus nümunələr, istək və ya əmr təklifini verir; ikinci dərəcəyə məxsus nümunələr isə – xarici şeylərə, xüsusi psixi təəssüratlara, riyazi münasibətlərə aid, hekayə təklif edir. Əgər kimsə arzu ifadə edirsə: mən bir fincan su istəyirəm, onda qulaq asan üçün bu danışanın arzu əlamətidir. Lakin bu arzu eyni zamanda, mülahizə predmetidir. Xəbər verilənlərlə adlandırılanlar burada qismən üst-üstə düşür. Mən qismən uyğun gələnlərdən danışıram, çünki ola bilər ki, xəbər vermə daha uzaqlara yayılsın. Həmçinin ona, mən xahiş edirəm və s. sözlərdə ifadə olunan fikirlər də aiddir. Təsəvvür, mühakimə, danışanın təklif aktları barədə nə isə bir şey deyən mülahizələrlə də məsələ eyni ilə bu cürdür, buna görə də, belə forma əldə edir: mən təsəvvür edirəm, mən hesab edirəm, mən mühadimə edirəm, mən təxmin edirəm və il axır… İlk baxışda elə gəlir ki, total uyğunluq halları mümkündür, məsələn belə: psixi təəssüratlar haqqında mən məhz indi söylənilən sözlərin köməyi ilə xəbər verirəm. Hərçəndi bu misalların təfsiri daha yaxından nəzərdən keçirildikdə yoxsul görünür. Əksinə, 2*2=4 mülahizəsi tipində xəbər vermə və ifadə məsələsi bütünlüklə bölünür. Bu müddəa heç bir halda: mən mühakimə yürüdürəm ki, 2*2=4 müddəasının ifadə etdiyi həmin şeyi ifadə etmir. Axı iki müddəa hətta ekvivalent də deyil: biri həqiqi ola bilər, digəri yalan.

Əlbəttə, qeyd etmək lazımdır ki, xəbər vermə anlayışının (əvvəlcə məhdud mənada) daha məhdud çərçivədə anlaşılması ilə hər iki misalda adı çəkilən predmetlər xəbər verən təəssüratlar sferasına düşməyə bilərdilər. Kim özünün malik olduğu yerdə təəssüratların bu momentindən danışır, o fikirlər vasitəsi ilə onların mövcud olmasından xəbər verir.

Onun nəticəsində ki, o bu mühakimədə xəbər verir, o qulaq asana yalnız arzu edən kimi, ümüd edən kimi cə s. appersepsiya olunur. Bu cür mülahizələrin mənası bu mühakimələrdə başa çatır, halbuki, haqqında fikirlərdə söylənilən daxili təəssüratlar predmetlərə aiddir. Əgər özündə ifadənin mənasını daşıyan xəbər verməyə, məhdud mənada yalnız göstərilən təəssüratları daxil etsələr, onda xəbər vermə və ad qoyma burada və hər yerdə bölünmüş kimi qalır.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2025/03/05/edmund-husserl-kartezian-dusunceleri-10-49/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ömər Xəyyam. Müsəlmanın ən böyük problemi İslam, İslamın ən böyük problemi müsəlmandır

Hər dəfə Elşad Mirinin “İslamda filan şey yoxdur”, “Filan şey, əslində, filan şey deyil”başlıqlı qənaətləri, necə deyərlər, gündəmə bomba kimi düşür, qəlpələnir və həm dindarların, həm də virtual əxlaq keşikçilərinin qəzəb balonunu partladır. Məsələn, onun yeni müsahibəsində merac hadisəsi haqqında dediyi sözlərdən çoxu inciyib. Deyirlər, Elşad Miri yenə hədyan danışır. Deyirlər […]