Əvvəli: https://klv.az/2025/02/26/edmund-husserl-kartezian-dusunceleri-10-48/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
III Fəsil. Sözlərin mənasının qərarsızlığı və mənaların vəhdətinin ideallığı
§26. Mahiyyətcə okkazional [okkasionell] və obyektiv ifadələr
Hazırki məqamda xəbər vermənin mövcud məzmununa ad qoyan ifadə, mənası haldan-hala dəyişən ifadələrin daha geniş dairəsinə məxsusdur. Ancaq bu o qədər özünəməxsus şəkildə baş verir ki, burada şübhə oyanır, burada ekvivokasiyalardan danışmağa dəyərmi. Mən sənə xoşbəxtlik arzulayıram, hansı ki, bu sözlər vasitəsi ilə mən arzumu ifadə edirəm, eyni ilə həmin sözlər, “həmin bu” məzmunla xeyli çox sayda başqa insanlara öz arzularını ifadə etmək üçün xidmət edə bilər. Və hər halda təsadüfdən təsadüfə sadəcə arzuların özü deyil, həm də arzunun ifadə olunduğu mülahizələrin özü müxtəlif olur. A şəxsinin B şəxsi ilə bu dəfə, gələn dəfə isə – M şəxsinin N şəxsi ilə əlaqəsi olur. Əgər A şəxsi B-yə nə arzu edirsə, “eini ilə həmin şeyi” M şəxsi N-ə arzu edir, onda belə çıxır ki, arzunu ifadə edən təklifin mənası özündə həmin şəxslərin təsəvvürlərini birləşdirdiyi üçün, müxtəlif olacaqdır. Lakin bu çoxmənalılıq, deyək ki, bu dəfə heyvan, gələn dəfə isə vaqonetka (şaxta işlərində istifadə olunan) növünü bildirən it (Hund) sözündən tamamilə başqadır. Bu sonuncü misalda təqdim olunan ifadələrin çoxmənalı dərəcəsi, məhz adətən ekvivokasiyalardan danışılan zaman nəzərdə tutulur. Bu halda çoxmənalılıq bizim mənanın ideallığına və obyektivliyinə olan inamımızı silkələyə bilməz. Axı, belə bir ifadəni bir mənada məhdudlaşdırmaq bizim əlimizdədir və hər ehtimala qarşı müxtəlif mənalardan hər hansı birinin ideal bütövlüyünə, onlara eyni ifadə xas olan həmin təsadüfü vəziyyətlərlə toxunulmur. Bununla belə, həmin digər ifadələrdə məsələ nə yerdədir? Onlarda oxşar məna birliyi mövcuddurmu, hansı ki, biz onu özümüz üçün, şəxslərin və onların təəssüratlarının dəyişilməsinə qarşı qoymaqla aydınlaşdırmışıq. Biz indi təsdiq etməməliyikmi ki, məhz məna şəxslər və onların təəssüratları ilə birlikdə dəyişməlidir? Görünür, söhbət təsadüfi deyil, süni tədbir və konvensiyalar vasitəsi ilə dildən uzaqlaşdırıla bilinməyən labüd çoxmənalılıqdan gedir.
Daha aydın başa düşmək üçün biz növbəti fərqləndirməni fəqləndirmə kimi, bir tərəfdən, mahiyyətcə subyektiv və okkazional ifadələr arasında, digər tərəfdən isə – obyektiv ifadələr arasında müəyyən edirik. Sadəlik üçün biz normal fəaliyyət göstərən ifadələrlə məhdudlaşacağıq.
Əgər onun mənası sadəcə onun faktiki göstərilməsinə bağlıdırsa və ya bağlana bilərsə, biz mənanı obyektiv adlandırırıq, ona görə də o, özünü şəxs kimi ifadə edənə və bu ifadənin şəraitinə lazımı müraciət etmədən başa düşülə bilər.
Obyektiv ifadə ikimənalı ola bilər, həm də müxtəlif formalarda, bu zaman o məhz yuxarıdakı şəkildə təsvir olunmuş bir çox mənalarla əlaqələndirilir, belə ki, bu psixoloji vəziyyətlərdən (dinləyənin fikirlərinin təsadüfi istiqamətliliyindən, artıq onun doğurduğu nitqlərin və meyllərin baş verən axınından) asılıdır, yəni o müvafiq hallarda onların bu mənalarının hansını faktiki olaraq doğurur və göstərir. Qoy hətta buna lap, danışan şəxsə və onun situasiyasına münasibət kömək etsin. Bununla belə, bu münasibət ondan asılı olan sine qua non-un şərti sayılmır, ümumiyyətlə söz bu mənaların birində başa düşülə bilər ya yox.
Dıgər tərəfdən, biz hər hansı ifadəni mahiyyətcə ya subyektiv, ya okkazional, ya da qısası, təsadüfi adlandırırıq, belə ki, bura, onun hər dəfə danışan şəxsin və onun situasiyasının müvafiq səbəblərinin aktual mənasının orientasiyalaşmasından ötrü, onun üçün əhəmiyyətli olan, anlayışca-vahid mənalar qrupu daxildir. Ümumiyyətlə ifadə burada qulaq asan üçün, faktiki şəraitlə əlaqədar olaraq yalnız qarşılıqlı əlaqədə olan mənalardan birində konstruksiyalaşa bilər. Bizim bu şəraitlərdə təqdim etdiyimiz şeylər və onların ifadənin özünə nizamlı münasibətləri, nəticə ehtibarı ilə, mövcud halda qulaq asanı nəzərdə tutulan mənaya istiqamətləndirə bilən, hər kəs üçün aydın və kifayət qədər ehtibarlı çıxış nöqtəsi verməlidirlər (belə ki, başa düşmə həmişə normal münasibətlərdə gəlib çatıq).
Obyektiv ifadələrə, məsələn, bütün nəzəri, yəni əsasnamələrə və teoremlərə, sübutlara və “abstrakt” elmi nəzəriyyələrə əsaslanan həmin ifadələr daxildir.
Məsələn o şeylər ki, riyazi ifadələri bildirir, onlar real həyat şəraitinə bir zərrə təsir göstərmir. Biz onsuz da onu, ümumiyyətlə danışan haqqında düşünməkdən ötrü oxuyur və başa düşürük. Praktiki olaraq gündəlik həyat ehtiyaclarına xidmət edən, həmçinin də, elmdə nəzəri nəticələrin hazırlanmasında yardımçı olan ifadələrlə, məsələ tamam başqa cürdür. Axırıncı haqqında mən o ifadələri nəzərdə tuturam ki, tədqiqatçı özünün xüsusi intellektual fəaliyyətini izləyir və özünün təsəvvürləri və səyləri haqqında, özünün metodik təşəbbüsləri və ilkin inandırmaları haqqında başqalarına da xəbər verir.
Artıq şəxsi əvəzliyi saxlayan hər bir ifadə, obyektiv mənadan məhrumdur. “Mən” sözü hər bir halda başqa şəxsi çağırır və o bunu yeni-yeni mənalar vasitəsi ilə edir. Onun mənasının nə olmasını yalnız canlı danışıqdan və ona dəxli olan məlum əyani şəraitlərdən başa düşmək olar. Əgər biz bu sözü oxuyuruqsa və onu kimin yazdığını bilmiriksə, onda bizim əlimizdə, mənadan məhrum olmasa da, hər halda ən azı özünün normal mənasından uzaqlaşmış söz vardır. Əlbəttə, o bizə başqa cür təsəvvür olunur, nəinki hər hansı bir arabeska: biz bilirik ki, bu sözdür, hansı ki, danışan onun köməyi ilə özü özünü bildirir. Lakin bununla belə meydana çıxan anlaşılan təsəvvür “mən” sözünün mənası deyil. Əks halda biz “mən” əvəzinə sadəcə, özü-özünü bildirən danışanı qoymalı idik. Görünür ki, məsələnin bu cür qoyuluşu sadəcə adət etdiyimiz ifadəyə deyil, həm də mənasına görə müxtəlif ifadələrə gətirib çıxara bilərdi. Məsələn, hərgah biz, mən təhsilliyəm əvəzinə, özü-özünü bildirməklə danışan təhsillidir, demək istəyərdik. Bu danışanı göstərmək üçün “mən” sözünün ümumi funksiyasıdır, lakin biz onun vasitəsi ilə bu funksiyanı ifadə etdiyimiz anlayış, onun özünü və bilavsitə onun mənasını təşkil edən anlayış deyil.
Təklikdə deyildiyi zaman, “mən”-in mənası əslində bilavasitə xüsusi şəxsin təsəvvürləri ilə həyata keçirilir və bu sözün mənası həmçinin bunda kommunikativ danışıqla tamamlanır.
Hər bir danışan “mən” haqqında öz təsəvvürünə (bununla yanaşı “mən” haqqında özünün fərdi aylayışına) malikdir və ona görə də hər kəsdə bu sözün mənası başqadır. Belə ki, hər kəs, nə vaxt ki, o özü özü haqqında danışarkən, hər halda “mən” deyirsə, deməli bu söz bu faktın bəzi ümumi əlamətlərinin xarakterinə malik olur. Bu göstəriş vasitəsi ilə dinləyən üçün mənanın anlaşılması həyata keçirilir, o, onun qarşısında dayananı sadəcə danışan şəxs kimi deyil, həm də onun danışığının bilavasitə predmeti kimi başa düşür. “Mən” sözü “mən” haqqında xüsusi təsəvvür doğurmaq üçün özündə, müvafiq danışıqlarda öz mənasını təyin edən gücə malik deyil. O şir sözü kimi, özündə və özü üçün şir haqqında təəssürat yarada bilən bu cür təsir göstərmir. Onda daha çox göstərici funksiya təsir göstərir, sanki üzünü danışana tutub qışqırır: sənin qarşındakı özü özünü nəzərdə tutur.
Və hər halda biz yenə də hələ bəzi əlavələri bura qoşmalıyıq. Dəqiq desək, bu şeyləri bu formada başa düşmək olmaz, sanki danışan şəxs haqqında olan təsəvvürlər “mən” sözünün tam və bütöv mənasını, bilavasitə özündə saxlaya bilərdi. Təbii ki, biz bu sözü, mənası bütün mümkün çəxsi adların mənası ilə eyniləşdirilməsi lazım gələn ekvivokasiya hesab edə bilmərik. Görünür ki, həm “özü-özünü-nəzərdə tutan” təsəvvür, həm də danışan şəxs haqqında olan təsəvvürü bilavasitə onun göstərişində tamamlayan təsəvvür, müəyyən formada sözün mənasına aiddir. Çox güman ki, biz özünəməxsus formada bunu etiraf etməli olacağıq, burada iki məna biri-birinin üzərində qurulur. Ümumi funksiya ilə əlaqələndirilən birinci məna, sözlə bu surətlə bağlıdır ki, təsəvvürün zəruri aktı ilə göstərici funksiya həyata keçirilsin; ikinci məna isə, öz tərəfindən, tək-tək, baçqa təsəvvürlərə xidmət edir və eyni zamanda –yerini dəyişmə üsulu ilə – özünün predmetini hic et nunc-də nəzərdə tutulan kimi seçib ayırır.
Ona görə biz birinci mənanı göstərən, ikincini isə – göstərilmiş adlandıra bilərdik.
Şəxs əvəzliyi üçün qüvvəyə malik olan şeylər, həmçinin göstəriciyə də geniş yayılır. Əgər kimsə “bu” deyirsə, onda o dinləyicidə bilavasitə nəzərdə tutduğu həmin təsəvvürü oyatmır, ilk öncə, həmin təfəkkürü və ya inamı oyatmər ki, o, onun sferasında müşahidə və ya təfəkkür kimi yerləşən danışana işarə etmək istədiyi nə isə bir şeyi nəzərdə tutur. Nitqin konkret vəziyyətlərində bu fikir həqiqətən kifayət qədər orientasiya olinması üçün nəzərdə tutulur. Ayrıça oxunulmuş “bu” yenidən özünün xüsusi mənasından məhrum olur və özünün göstərici funksiyasında (sözün göstərici funksiyası adlandırdığımız şeylər) nə dərəcədə anlayış doğurursa, o dərəcədə də başa düşülür. Tam və həqiqi məna öz fəaliyyətinin hər bir normal vəziyyətində yalnız, bu sözün maddi olaraq məxsus aid olduğu adlarla çağrılan təsəvvürlər əsasında təzahür edə bilər.
Əlbəttə, qeyd etmək lazımdır ki, göstərici əvəzlik bir çox hallarda belə bir obrazda fəaliyyət göstərir ki, biz onu obyektiv üsulların müxtəlif mənaları kimi hesab edə bilərik. Riyazi kontekstlərdə bəzi “bu” –lar məhz, anlaşılması, onun həqiqi ifadəsinə hər hansı ciddi yanaşma tələb etməyən hansısa formalarda verilmiş, bu cür müəyyən anlaşıqlı obrazlara işarə edir. Misal üçün belə, riyazi izah etmə zamanı bu ondan irəli gəlir ki, …, eksplikasiyasından sonra müəyyən vəziyyət davam edir. Burada həmin “bu”-nu mənaya zərər vurmadan vəziyyətin özü ilə dəyişmək olardı, həm də bu şərhin özünün obyektiv mənasından aydındır. Əlbəttə, bu şərhin fasiləsiz rabitəliliyinə diqqət yetirmək lazımdır, belə ki, göstərici əvəzliyə, özündə intendasiya edən məna yox, ancaq yalnız göstərişdə özü üçün tamamlanan fikir aiddir.
İşarə edən mənadan keçmə vasitəsi ilə ifadə etmə, burada həm də təfəkkür intensiyalarını asan nizamlamaqdan ötrü, yalnız konkretlik üçün xidmət edir. Yəqin ki, bunu adi həyatda olan həmin hadisələr haqqında demək olmaz, işarə edən “bu” əvəzliyi ilə həm də bu cür formalarla misal üçün, danışanın qarşısında dayanan ev, onun qarşısında uçan quş və s. nəzərdə tutulur. Bu (arabir dəyişən) fərdi müşahidə tələb etməlidir, burada əvvəlcə obyektiv fikirdə ifadə olunan retrospektiv baxış kifayət deyil.
Mahiyyətcə, bu və bu kimi təsəvvürləri hissəsi kimi özündə saxlayan okkazional xarakter bütün ifadələrə yayılır və bu danışığın bütün müxtəlif formalarını əhatə edir, hansı ki, danışan onun özünə aid olan və ya onun özü ilə əlaqəli başa düşülmüş bir şeyi normal şəkildə ifadə edir. İstisnasız olaraq qavrayış, inam, şübhə, istək, ümüd, qorxu, əmrlər və s. ifadələrinin hamısı belədir. Buraya həmçinin müəyyən artikllə, onun yalnız, sinfi və ya xüsusiyyəti ifadə edən anlayışlar vasitəsi ilə müəyyən olunan, nə isə fərdi bir şeylə əlaqəli olduğu bütün birləşmələr də aiddir. Biz almanlar, nə vaxt ki, Kayzerdən (von dem Kaiser) danışırıq, deməli biz, təbii ki, indiki alman Kayzerindən danıçırıq. Biz çırağa (die Lampe) ehtiyac duyduğumuz zaman, deməli hər kəs özünün çırağını nəzərdə tutur.
Qeyd: Bu paraqrafda nəzərdən keçirilən mahiyyətcə okkazional məna, Paulun uzual (adi) və okkazional məna ifadəsində məqsədəuyğun bölgüyə yerləşmir. Bu bölgü ona əsaslanır ki, özünün hər bir işlədilmə vəziyyətində sözə malik olan “məna”, heç də mütləq deyil ki, özündə dəbə uyğun olaraq özü üçün xas olan həmin şeylərlə üst-üstə düşməlidi. Bununla belə, Paul da mahiyyətcə okkazional mənanı öz baxışlarına, eyni ilə bizim düşündüyümüz kimi daxil etmişdir. Yəni, o yazır “Okkazional istifadədə bəzi sözlər mövcuddur ki, öz mahiyyətinə uyğun olaraq, həm də konkret bir şeyi göstərməkdən ötrü müəyyən olunur, bununla belə, qəti olaraq nə isə konkret bir şeyə məxsus deyil, ancaq o yalnız fərdi istifadənin köməyi ilə verilməlidir. Bura şəxs, yiyəlik, göstəriş əvəzlikləri və zərf müəyənlikləri, habelə indi, sabah,dünən kimi sözlər aiddir”. Lakin, mənə elə gəlir ki, bu mənada okkazional olanlar Paulun definitiv müqayisəsindən kənara çıxır. İfadənin bu sunfinin adi mənasına o şeylər aiddir ki, onların məna müəyyinliyi yalnız bu və ya digər hadisələr (Gelegenheit) sayəsində formalaşır və bəzi digər mənalarda okkazional meydana çıxır.
Ümumiyyətlə adi mənalı ifadəni (Paulun mənasında) adi birmənalı ifadəyə və adi çoxmənalı ifadəyə bölmək olar; sonuncu yenidən, müəyyən və qabaqcadan göstərilən mənalar (“xoruz”, “səkkiz” və il axır. bi kimi təsadüfi ekvivokasiyalar) arasında adi üsullarla tərəddüd edən ifadəyə və bunu etməyən ifadəyə bölünür. Bir halda ki, onlar özlərinin müvafiq mənalarını yalnız tək-tək hadisələrə orientasiya edir, halbuki onların bunu etdiyi üsul adidir, bu zaman sonuncuya bizim ifadənin mahiyyətcə okkazional mənası daxildir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/03/12/edmund-husserl-kartezian-dusunceleri-10-50/