Əvvəli: https://klv.az/2025/02/12/edmund-husserl-kartezian-dusunceleri-10-46/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
II Fəsil. Mənaverici aktların xarakteristikasına dair
§23. İfadələrdə appersepsiya və əyani təsəvvürlərdə appersepsiya
Əlavə məna aktını həyata keçirən (das Bedeuten) başa düşən qavrayış işarəyə, obyektivləşdirilən qavrayışlarla (müxtəlif formalarda həyata keçirilən) – o dərəcədə ki, hər bir qavrayış hansı dərəcədə başa düşmə və ya başa salmadır – qohumdur. Onlarda, yaşanılan bəzi duyğu kompleksləri sayəsində, bizim üçün predmetin (məsələn, “müəyən xarici” şeylərin) əyani təsəvvürü (qavrayışı, xəyalı, təsviri, inikaası və s.) meydana çıxır. Və hər halda hər iki qavramanın fenomenoloji strukturu əhəmiyyətli dərəcədə fərqlənir. Əgər biz hər cür təcrübəyə qədər olan müəyyən şüuru təsəvvürə gətirsək, onda o bizim hiss etdiklərimiz həmin şeylərii hiss edərdi. Lakin o şeyləri və ya hadisələri şeylərin sferasında görə bilməzdi, o ağacları və ya evləri, quşların uçuşunu və itlərin hürüşünü başa düşə bilməzdi. Burada bilaixtiyar vəziyyəti aşağıdakı kimi təsəvvür etməyə həvəs meydana çıxır: bu cür şüur üçün duymaq heç nə ifadə edə bilməzdi, onlar işarə olaraq öz predmetləri haqqında onun üçün gücə malik ola bilməzdilər və həm də bu duyğuların başa düşülməsi predmetin özünün işarəsi olaraq güc əldə edə bilməzdi; onlar sadəcə yaşaya bilərdilər, lakin onlar üçün obyektivləşdirən başa salma (təcrübədən doğan) kifayət edə bilməzdi.
Biz burada məna və işarələrdən, həmçinin, eləcə də ifadələrin və onlara qohum olan işarələrin münasibətlərındən danışırıq.
Bununla belə, qavrayış haqqında (hansı ki, sadəlik üçün bününla kifayətlənirik) deyilənləri yanlış başa düşmək lazım deyil, guya ki, təkcə bu başa salma əsasında şüur öz baxışlarını duyğuya yönəldir, onların özünü qavrayışın predmeti edir: necə ki, bu doğrudan da, məsələn, işarə kimi, xüsusi mənada fəaliyyət göstərən sözün səslənməsi kimi, maddi dərk edilmlş fiziki obyektlərə münasibətdə baş verir. Görünür ki, duyğu yalnız psixoloji pefleksiyalarda təsəvvür obyektləri formasını alır, halbuki, hərçəndi onlar sadəlövh əyani təsəvvürlərdə, təsəvvürün təəssürat komponentləri (onun deskriptiv məzmununun bir hissəsi) olsa da, bununla belə heç bir halda onun predmetləri deyillər. Qavranılan təsəvvür ona görə həyata keçirilir ki, yaşanılan duyğu kompleksləri müəyyən akt xarakterlə (Aktcharakter), müəyyən anlama və gümanlarla (Meinen) həyata keçirilir; hər halda duyğu kompleksləri mövcuddur və qavranılmış predmetdir, halbuki bu komplekslər, özlüyündə qavranılmış predmeti konstruksiyalaşdıran aktın özü kimi azdır. Həmçinin fenomenoloji təhlil bizi həm də öyrədir ki, duyğuların məzmunu, necə deyərlər, onun vasitəsi ilə təqdim olunan predmetə məzmun üçün analoji tikinti materialı həvalə edir: buradan, biz bir tərəfdən, hiss olunan rənglərdən, digər tərəfdən isə – qavranılan intensivlikdən, ölçülərdən və c. danışırıq. Qarşılıqlı surətdə uyğun gəlmə heç bir halda eyni olmaq deyil, ancaq növ üzrə yaxın olmaq deməkdir, məsələn, biz görürük ki, bir bərabərdə rənglənmiş şarları biz fərqləndirə bilmirik.
İfadə cəhətdən, işarələrin əsasında eyni ilə bu cür “izah etmə” yatır, ancaq yalnız ilkin başa düşmə olaraq. Əgər biz daha sadə hadisəni nəzərdən keeçirsək, haradaki ifadə aydındır, ancaq heç bir izah verən müşahidə ilə canlandırılmamışdır, onda ilkin başa düşmə vasitəsi ilə mövcud fiziki obyektin burada və indi kimi, adi işarə hadisəsi meydana çıxır (məsələn, sözün səslənməsi kimi). Bununla belə, bu ilkin başa düşmə yaşanılan duyğu materiallarının hüdudlarından tam kənara çıxan ikinci başa düşmənin əsasını qoyur və daha özünün indi üçün güman edilən analoji tikinti materialını və bütövlükdə yeni predmetliliyi onda axtarmır. Bu sonuncu yeni məna aktında nəzərdə tutulur, lakin duyğularla göstərilmir., İfadə edən işarənin xarakteri, məna aktı, məhz onun olduğu məna aktı ilə işarə tələb edir. Yaxud, xalis fenomenoloji olaraq deyilsə: məna aktı, əyani təsəvvür aktının zəruri fundamenti olaraq təxmin etdiyi aktın, məhz elə bu cür də rənglənmiş xarakteridir. Sonuncuda ifadə fiziki obyekt kimi konstruksiyalaşır. O tam mənada ifadə kimi yalnız əsaslandırılmlş akt sayəsində olur.
Ən sadə hallarda əyaniliyi olmayan aydın ifadə üçün güc əldə edən şeylər, həmçinin, ifadənin müvafiq müşahidələrlə dolaşdığı vaxtlarda, daha mürəkkəb vəziyyətlərdə də gücə malik olmalıdırlar. Ağılla işlədilən eyni bir ifadə, istər köməkçi müşahidənin mövcudluğu ilə olsun, istərsə də onsuz, özünün məna ifadə edən mənbələrini ayrı-ayrı akt növlərindən əxz edə bilməz.
Əlbəttə, burada daha incə qradasiyaları və şaxələnmələri nəzərə almadan, müvafiq deskriptiv vəziyyəti təhlil etmək o qədər də asan deyil. Eləcə də, təsəvvürlərə əyanilik gətirən funksiyaları doğru anlamaqda cətinlik törədir, hansı ki, bu funksiyalar məna intensiyalarının gücləndirilməsi, yaxud, hətta onların aşkar şəklə gətirilməsi vəzifəsini yerinə yetirirlər; onların münasibətini həmin xarakterliliyə görə başa düşmək, istər anlamaya və ya mənaya xas olsun, istərsə də artıq əyanilikdən məhrum ifadələrə xas olsun, onlar mənaverici təəssüratlar olaraq xidmət edirlər.
Fenomenoloji təhlil üçün bu geniş sahədir, əgər məntiqçi istəyirsə ki, məna ilə predmet, həqiqət ilə fikir, eləcə də qeyri-müəyyən rəylə təminat almış aşkarlıq arasında olan münasibətlərə aydınlıq gətirsın, o bu sahədən yan keçə bilməz. Biz aşağıda müvafiq təhlillə müfəssəl məşğul olacağıq.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/02/26/edmund-husserl-kartezian-dusunceleri-10-48/