Əvvəli: https://klv.az/2024/11/20/edmund-husserl-kartezian-dusunceleri-10-36/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
§11. Hər şeydən öncə, ideal bütövlüklər kimi ifadələr və mənalar arasında olan ideal fərqlər
İndiyə qədər biz konkret təəssüratlar kimi anlaşıla bilən ifadələri nəzərdən keçirdik. İfadə hadisəsi və mənaverici, buna müvafiq mənanın doluluğunu həyata keçirən akt kimi, onun iki faktoru əvəzinə, biz indi müəyyən formalarda onların daxilində, ifadənin özünə, onun mənasına və predmetliliyinə uyğun verilən şeyləri nəzərdən keçirmək istəyirik. Biz aktların real münasibətlərindən onların predmetlərinin, yaxud məzmunlarının ideal birliyinə doğru dönüş həyata keçiririk. Subyektiv yanaşma öz yerini obyektiv yanaşmaya verir. İfadə və mənanın arasında olan münasibətlərin ideallığı dərhal, bizim ifadə altında başa düşdüyümüz hər hansı ifadənin mənası haqqında (məsələn, kvadratik qalıq) soruşan hər iki hədlərə münasibətdə üzə çıxır, söz yox ki, bu hic et nunc-də tələffüz olunan səs obrazı deyil, o tez ötüb keçən ötəri və daha öxşar əks olunmayan səs obrazıdır. Biz in specie ifadəsini nəzərdə tuturuq.
Kvadratik qalıq ifadəsi də, onu kimin tələffüz etməsindən asılı olmayaraq eyni ilə bunun kimidir. Və hər halda eyni ilə bunun kimi o vaxt gücə malik olur ki, bu vaxt biz məna haqqında danışırıq və məna verən təəssüratları nəzərdə tutmuruq.
Əslində mühüm fərqləri təşkil edən bu şeyləri, hər hansı nümunə göstərə bilər.
Əgər mən deyirəmsə ki, (o şeyi ki, biz həmişə ciddi və məsuliyyətlə fərz etməliyik), üçbucağın üç hündürlüyü bir nöqtədə kəsişir, onda bunun əsasında, təbii ki, o şeylər yatır ki, mən onu belə zənn edirəm. Kim mənim mülahizələrimi eşidir və onu başa düşür, həmçinin bunu bilir, məhz o da bu surətlə məni mühakimə edən kimi apellyasiya edir. Lakin mənim burada haqqında xəbər verdiyim mühakimə aktım eyni zamanda, mülahizənin mənası olurmu, bu akt mülahizəni bildirən, həm də onu bu mənada ifadə edən şeyləri təmsil edirmi? Yəqin ki, yox. Bu minvalla, mülahizələrin mənası və təyinatı məsələsinı, mühakimə aktına psixi təəssüratlar kimi apellyasiya etmək kimi başa düşmək, çətin ki, kiminsə ağlına gəlsin. Daha doğrusu, bu suala hər kəs belə cavab verər: onu kim təsdiq edərdisə, həm də, bu hər hansı bir şərairdə və hər hansı vaxtda edilə bilərdisə, bu mülahizələrin irəli sürdüyü mühakimələr oxşardır; və bu eyni olan şey, nə az, nə də çox, məhz üçbucağın üç hündürlüyü bir nöqtədə kəsişir- deməkdir. Beləliklə, bu “eyni olan həmin” mülahizə özünün əsas cəhətlərində yenidən hasil edilir və o, daha doğrusu, oxşar mülahizənin mənası adlanan yeganə uyğun forması necədirsə, eləcə də təkrar olunur. Biz hər dəfə oxşarlıq kimi şüuru aşkarlığa gətirib çıxara bildiyimiz mülahizələrin yanidən hasil edilməsi ilə, bu oxşar mənalarda, ümumiyyətlə, fikir və mühakimə aktına aid heç bir şey üzə çıxara bilmərik. Biz bəzi vəziyyətlərin obyektiv əhəmiyyətliliyinə əmin idik və onu özlüyündə nəqli cümlələrdə ifadə edirdik. Vəziyyətin özü, biz onun əhəmiyyətini təsdiq edib-etməməyimizdən asılı olmayaraq, necədirsə eləcə də vardır.
O əhəmiyyətliliyin özündə bütövlükdür. Lakin bu bizim üçün əhəmiyyətlilikdir və biz bu əhəmiyyətliliyi obyektiv təsəvvür edirik, belə ki, o bizim üçündür. Biz deyirik: vəziyyət bu cürdür. Özlüyündə aydındır ki, əgər bu surətlə, o bizim olmasaydı, baçqa sözlə, biz onun haqqında mühakimə yürütməsəydik, biz bunu edə bilməzdik, biz bunu söyləyə bilməzdik. Bu mülahizələrə psixoloji fakt kimi xasdır, bu xəbər vermələrə məxsusdur. Və hətta yalnız xəbər vermələrə. Ona görə ki, hərçəndi o psixi təəssüratlardan ibarət olsa da, fikirlərdə söylənilən şeylər qətiyyən subyektiv deyildir. Mənim yaranan və yox olan fikir aktlarım ötüb keçən təəssüratlardır. Lakin o şey ki, mülahizələrdə söylənilir: məsələn, üçbucağın üç hündürlüyü bir nöqtədə birləşir mülahizəsinin bu məzmunu yaranan və yox olan deyil. Hər dəfə, nə vaxt ki, mən və ya hər kimsə başqası bu mülahizənin özünü oxşar mənada söyləyir, hər dəfə də fikir aktı yenidən baş verir. Fikir aktları, vəziyyətlərdən asılı olaraq müxtəlif olur. Lakin bu aktların haqqında fikir yürütdükləri şeylər ki, mülahizələri ifadə edir – bu həmişə həmin şeyin özüdür, bu sozün həqiqi mənasında oxşardır, bu eyni ilə həmin həndəsi həqiqətdir.
Onların söylədikləri şeylər, hətta yalan və ya lap cəfəngiyat olsa da, bütün mülahizələrdə bu cür baş verir. Hətta belə hallarda da biz təsdiq etmə və mülahizə aktlarının otəri təəssüratlarından, onların ideal məzmununu və mülahizə mənasını bir-birindən çoxformalı birlik kimi fərqləndiririk. İntensiyada oxşar olan kimi biz mənanı hər dəfə refleksiya aktlarında öyrənirik; biz mənanı özbaşına olaraq mülahizələrə yerləşdirmirik, onu orada tapırıq.
Əgər “imkanlar” və ya “həqiqətlər” kifayət etmirsə, onda əlbəttə, “yalnız simvolik olaraq” mülahizənin intensiyasını həyata keçirmək olar; müşahidə və onun əsasında fəaliyyət göstərən kateqorial funksiyalar, onun idraki dəyərliliyini təşkil edən dolğunluq mənbəyinə xidmət edə bilmirlər. Adətən deyildiyi kimi, ona “həqiqi”, “əsl” məna kifayət etmir.
Sonralar intendasiya edən və həyata keçirən mənalar arasında olan bu fərqi daha dəqiq öyrənəcəyik. Bu qarşılıqlı əlaqədə olan ideal bütövlüyün konstruksiyalaşdığı müxtəlif aktların həyata keçirilməsindən ötrü və onların şüurda həqiqətən “üst-üstə” (“Deckung”) düşməsinin mahiyyətinin aydınlaşdırılmasından ötrü, heç də asan olmayan və olduqca geniş araşdırma tələb olunur. Lakin hər bir mülahizədə bir şey yəqindir ki, o idraki funksiya yerinə yetirir ya yox (yəni o öz intensiyasının dolğunluğunu müvafiq müşahidələrdə və onları formalaşdıran kateqorial aktlarda həyata keçirirmi və ümumiyyətlə o bunu həyata keçirə bilərmi), öz fərziyyələrinə (Meinung) malik olurmu və həm də bu fərziyyələrdə məna, mülahizələrin xüsusi və spesifik xassələri kimi konstruksiyalaşırmı.
Nə vaxt ki, müəyyən mühakimələrlə mənanı müəyyən nəqli cümlə adlandırırlar, onda bu ideal bütövlüyü nəzərdə tuturlar. Təkcə bu “mühakimə” sözünün ikimənalılığı dərhal mühakimənin real aktları ilə ideal bütövlük mülahizəsində başa düşülənlərin qarışdırılmasına, yəni mülahizənin nəyinsə haqqında xəbər verməsi ilə, onun nəyi ifadə etməsinin qarışdırılmasına aparıb çıxarır.
O şeyləri ki, biz burada dolğun mülahizələrə münasibətdə üzə çıxardıq, onlar çox asanlıqla mülahizələrin gerçək və mümkün hissələrinə yayılır. Əgər hər hansı üçbucağın künclərinin cəmı 2R-ə bərabər deyilsə, onda paralellər haqqında aksioma həqiqi deyil, bu zaman şərtli budaq cümlə özlüyündə mülahizə deyil; axı mən təsdiq etmirəm ki, belə bir bərabərsizlik mövcuddur. Bununla belə, o nə isə bir şeyi ifadə edir, həm də o nəyi ifadə edirsə, bu, hər halda, onun nəyinsə haqqında xəbər verdiyi şeylərdən bütünlüklə fərqlənir. Onun ifadə etdiyi şeylər, mənim hipotetik şərtlərimin formalaşdığı psixi aktlarım deyildir, hərçəndi təbii olaraq mən onu həyata keçirməliyəm ki, həqiqi hökm verməkdən ötrü, mənim onu necə etməyim barədə imkanlara malik olum; daha doğrusu, bu haqda subyektiv aktda xəbər verilir, halbuki, çoxsaylı mümkün təəssüratlarda oxşar intensional birliyin təfəkkürü kimi çıxış edən və xüsusən də, eyni olan bir şey kimi, bütün təfəkkürün xarakterizə olunduğu obyektiv-ideal gözdən keçirilmə ilə aşkar şəkildə bizə qarşı duran hipotezlərə, onun anlaşıqlı məzmunu ilə obyektiv və ideal ifadə verilir.
Və üstəlik, eyni ilə özü olan bu şey, həm də mülahizələrin sair hissələrinə münasibətdə, hətta təsdiq edilmə formalarına malik olmayan həmin şeylərə münasibətdə də həqiqidir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/12/04/edmund-husserl-kartezian-dusunceleri-10-38/