1 dekabr Məmməd Arazı anım günüdür

Dekabrın 1-i Azərbaycanın Xalq şairi, tərcüməçi-publisisti, Əməkdar incəsənət xadimi Məmməd Arazın anım günüdür. Azərbaycan oxucusu tərəfindən ən çox müraciət olunan, sevilən şairlərindən biri, ən əsası həqiqətən də ümumxalq şairi olan Məmməd Arazın bu gün haqq dünyasına qovuşduğu gündür: şair 2004-cü il, qışın ilk günündə 71 yaşındaykən aramızdan cismani olaraq ayrıldı, adı, yaradıcılığı, məktəbi isə bu dünyada, ədəbiyyatımızda, tariximizdə qaldı.  

Məmməd Araz1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Məmməd Araz vətənə, xalqına bağlı olan və bu məhəbbətini ürək yanğısı ilə qələmə alan sənətkarlardan idi. Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları, Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunub (1993-cü ildən). Amma bütün yaradıcılığı boyu xalqına, adət-ənənələrinə, dərd-sərinə söykənən şeiriyyəti dəfələrlə yüksək səviyyədə mükafatlandırılsa da, onun qəlbən ən böyük mükafatı aid olduğu millətinin sevgisi, sayğısı idi:

Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağ olun da bəsimdi, Vətən!

Bəsimdi, hər səhər təltif yerinə,

Qapımda küləyin əsibdi, Vətən!

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Müqavimətin bənzərsizliyi

Auşvitz Həbs və Ölüm düşərgəsində alman zabit barmaqlarını yəhudi əsirin xirtdəyinə salıb boğur. Hər kəs susur. Bircə balaca Aleksandra sinəsini qabağa verir. Əsiri buraxması üçün diz çöküb yalvarır. Aleksandranın yalvarışları qəddar zabitin ürəyini yumşaldır. O gündən Aleksandraya “yəhudi xala” deyirlər. Müharibə necə də əxlaqsızdır. “Müharibəsiz əxlaq olar? Sülh xaosdur, işləri […]