Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/11/16/edmund-husserl-kartezian-dusunceleri-10-35/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

(davamı

§10. Bu aktların fenomenoloji birliyi

Yuxarıda bir tərəfdən ifadə hadisələri aktlarına, digər tərəfdən məna intensiyasına bölünmüş aktlar, müəyyən hallarda – mənanın doluluğunun həyata keçirilməsində, sanki onlar sadəcə eyni zamanda verilən kimi, şüurda “birgə” meydana çıxmırlar. Onlar daha çox, daxilən bitişdirilmiş bütövlüyün özünəməxsus xarakterini yaradırlar. Hər ikisinin tərkib hissəsinin qeyri-birqiymətliliyi hər kəsə özünün xüsusi təcrübəsindən məlumdur, belə ki, ifadə ilə məna vasitəsi ilə ifadə olunmuş predmet arasındakı münasibətin assimetriyası öz əksini bunda tapır. Sözün təsviri və mənaverici akt, hər ikişi yaşanılır, halbuki biz sözün təsvirini yaşayırıq, lakin biz qətiyyən sözün təsvirində, onun məna və əhəmiyyətinin həyata keçirilməsində yaşamırıq. Ona görə də biz bunu edirik, çünki biz mənanın intensiyası ilə, bəzən də onun həyata keçirilməsi ilə açılırıq, bizim bütün marağımız onda intendasiya olunan və onun vsitəsi ilə adlandırılmış predmetlərə yönəlir. (Daha dəqiqi, birinci və ikinci də eyni ilə onu ifadə edir). Məhz sözün funksiyası (yaxud, daha çox, sözün xəyali təsviri) ondan ibarətdir ki, bizdə mənaverici aktı döğursun və onda intendasiya olunan, mümkündür ki, onun doluluğunu həyata keçirən müşahidələrdə verilən şeyləri göstərsin. Bu funksiya bizim marağımızı yalnız bu istiqamətə yönəltməlidir.

Bu göstəriş (Hinzeigen) prosesini, deyək ki, marağın birindən digərinə keçilməsinin müəyyən qaydaları ilə yerinə yetirilən obyektiv fakt kimi göstərmək olmaz.

İrəli sürülən AB təsəvürünün cütünü yaradan obyektlər həmin vəziyyətdə, gizli psixoloji kordinasiyalar sayəsində elə bir vəziyyətdə olurlar ki, A təsəvvürünün aktları ilə birgə adətən B təsəvvürünün aktları da oyanır və bununla da maraq A-dan üz döndərərək B-yə keçir – bu vəziyyət hələ A-nı B təsəvvürünün ifadəsinə çevirmir. Daha doğrusu “ifadə olunan olmaq” işarənin və göstərilənin yaşanılan bütövlüyündə deskriptiv momentdir[6].

O ki qaldı, onu ifadə edən işarənin fiziki təzahürü ilə mənanın itensiyası arasında olan deskriptiv fərqə, əgər biz marağımızı ilk öncə özbaşına olaraq işarəyə, deyək ki, özlüyündə çap olunmuş sözə yönəltsək, onda o daha çox aydınlıqla üzə çıxar. Əgər biz bunu etsək, onda biz hər hansı başqasında olduğu kimi, elə o cür də zahiri qavrayış əldə edirik və onun predmeti sözün xarakterini itirir. Əgər o sonradan yenə söz kimi işləyirsə, onda onun təsəvvürür xarakteri bütünlüklə başqadır. Söz (zahiri individuum kimi), hərçəndi bizim üçün hələ əyani syrətdə iştirak etsə də, ortada olsa da, biz ona can atmırıq, o xüsusi mənada daha özündə bizim “psixi fəaliyyətimizin” predmetini təşkil etmir. Bizim marağımız, intensiyamız, bizim gümanlarımız – əgər onları sinonimli ifadələr hesab edəriksə – yalnız və yalnız mənaverici aktlarda şətrləndirilmiş şeylərə istiqamətlənir. Xalis fenomenoloji olaraq desək, əgər bu təsəvvürün predmeti ifadənin mənasını əldə edərsə, onda bu əhəmiyyətli fenomenal modifikasiyaya məruz qalan sözün fiziki təzahürünü konstruksiyalaşdıran əyani təsəvvürlərdən baçqa heç nə ifadə etmir. Halbuki onda predmet təzahürü təşkil edən şeylər dəyişməz olaraq qalırlar, dəyişilən təəssüratların intensional xarakteri olur. Bununla belə, öz dayağını təqdim olunan sözün əyani məzmunlarında tapan və eyni zamanda əsaslı surətdə sözün özünə istiqamətlənən xəyali intensiyalardan fərqlənən məna aktı, bununla belə, həyata keçirilən hər hansı müşahidə və ya izah olmadan konstruksiyalaşır.

Sonradan tez-tez bu aktın, bizim mənada əhəmiyyəti olan (in der Bedeutung bedeutet) və ya məna vasitəsi ilə göstərilən, belə bir predmetin dolğunluğunun və predmetliliyinin həyata keçirilmə aktları adılandırdığımız, bu kimi yeni aktlarla və ya kompleks aktlarla özünə məxsus şəkildə qövuşması baş verir.

Biz sonrakı fəsildə, intansiyanın məna olub-olmaması barədə əlavə araşdırma aparmalı olacağıq, belə ki, bizim anlamamıza görə bu, sözün mənasız səslənməsinin və intendasiya olunmuş predmetlərinin fantaziya obrazlarının sözün həqiqi səslənməsinə birləşməsinin ziddinə olaraq ifadənin fenomenoloji xarakteristikasını təşkil edir, görək məna intensiyanın zəruriliyi əsasında fantaziyaların belə bir fəaliyyəti ilə konstruksiyalaşırmı, yaxud da, hətta lap bu həyata keçirmə natamam, dolayısı, ilkin xarakter daşısa da, belə görünür ki, fantaziyaların müşahidə olunan obrazları ifadənin əsas tərkibinə daxil deyildir və onlar həqiqətdə, artıq doluluğun həyata keçirilmə funksiyasına aiddirlər. Biz fikirlərimizin əsas hərəkətlərini daha sistematik təsəvvür etməkdən ötrü, burada fenomenoloji məsələlərin dərinliyinə baş vurmayacağıq. Çünki bütün bu araşdırmalarda biz ümumiyyətlə fenomenoloji sferaya ilkin mühüm fərqlərin müəyyənliyi üçün, bunun nə qədər vacib olduğu həddə qədər daxil olduq.

Artıq bizim irəli sürdüyümüz ilkin deskripsiyalardan görmək olar ki, fenomenoloji vəziyyətin düzgün təsviri üçün kifayət qədər mükəmməllik tələb olunur. Əgər aydınlaşırsa ki, bütün predmetlər və cismi münasibətlər, yalnız onlardan mahiyyətcə fərqlənən məna aktlarının mahiyyəti olması üzündən bizim üçün mahiyyətdirlər, o həqiqətən də labüd bir şey kimi qarşıda dayanır, belə ki, onlar bizim üçün ancaq bu zaman təsəvvür olunan olurlar, həm də məhz qarşımızda şərtləndirilmiş bütövlük kimi dayanırlar.

İntensional aktların bu cür dolaşıqlığından başqa, xalis fenomenoloji nəzərdən keçirmə üçün heç bir maheə yoxdur. Haradaki fenomenoloji deyil, ancaq sadəlövh-cismani maraq hökm sürür, onların barəsində reflektiv cavab vermək əvəzinə intensional aktlarda yaşayırıq, o yerdə təbii ki, aydın, sadə və hiyləsiz dildə danışırıq. Bu halda sadəcə ifadələrdən və ifadə olunmuşlardan, adlardan və adlandırılmlşlardan, diqqətin birindən digərinə keçməsindən danışılır. Hərçəndi sonsuz sayda olan bu şeylər bir kərə yaşanılsa da və adətən cismani dərk olunmasa da, hər halda, haradaki fenomenoloji maraq müəyyənedicidir, məhz o yerdə də biz fenomenoloji münasibətlərin çətinlikləri ilə hesablaşmalıyıq. Biz onları normal maraqlar sferasına, predmetliliyi olan sferalara uyğunlaşdırılmış ifadələr vasitəsi ilə təsvir etməliyik.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/11/27/edmund-husserl-kartezian-dusunceleri-10-37/

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan 21-ci Ankara Kitab Sərgi-Yarmarkasının fəxri qonağı seçildi

Bu il 29 noyabr – 8 dekabr 2024-cü il tarixlərində Türkiyənin Ankara şəhərində növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcək. Kulis.az xəbər verir ki, ATO Congresium Sərgi Mərkəzində keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında Türkiyənin hər yerindən oxucular, yazıçılar, nəşriyyatlar, mədəniyyət və sənətsevərləri bir araya gətirir və ümumilikdə sərgini 500 mindən artıq […]