Əvvəli: https://klv.az/2024/11/27/edmund-husserl-kartezian-dusunceleri-10-37/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
§12. İfadə olunmuş predmetlilik: davamı
Nə vaxt ki, biz ifadənin ifadə etməsi haqqında danışırıq, o vaxt, bu əvvəlki baxişlarımıza uyğun olaraq mənanın bir neçə mühüm fərqlərinə malik olur. Bir tərəfdən, söhbət özlüyündə xəbər vermədən və bununla yanaşı, xüsusən də, məna verən aktlardan, eyni zamanda həmçinin mənanın dolğunluğunu həyata keçirən aktlardan (ümumiyyətlə beləsi nə dərəcədə varlığa malikdirsə, həmin dərəcədə) bəhs edir. Məsələn, biz mülahizələrdə, fikirlərimizə ifadə veririk (onun haqqında xəbər veririk), bununla belə, biz həm də, mülahizələri əyani olaraq fərz edən qavrayışlara və mənanın dolğunluğunu həyata keçirən digər aktlara da ifadə veririk. Digər tərəfdən, söhbət, lazımınca tez-tez ifadələrlə adlandırılan bu aktların məzmunundan, həm də, ilk öncə mənalarından gedir.
Əgər müqayisəli nəzərdən keçirmə ilə dərhal da ifadə olunan şeylərin yeni mənaları tətbiq edilməsəydi, şübhəlidir ki, nümunələrin sonuncu paraqrafda aparılan təhlili, məna anlayışının hətta ilkin anlaşılması üçün də kifayət etsin.
Məna, məzmun, vəziyyət və eləcə də onlara qohum olan bütün terminlər, o qədər çətin aradan qaldırılan ekvivsiyalarla yüklənirlər ki, ifadə üsullarının bütün ehtiyatlılığına baxmayaraq, bizim intensiya, yenə də yanlış izahlara məruz qala bilərdi. İfadə olunanın indi nəzərdən keçirilməsi lazım gələn üçüncü məqsədi, mənada güman edilən və onun vasitəsi ilə ifadə olunan predmetliliyə aiddir.
Hər bir ifadə təkcə nə isə bir şeyi bildirmir, o həmçinin nə haqdasa danışır; o təkcə öz mənasına malik deyil, o həm də hər hansı predmetə aiddir. Həmin eyni bir ifadə üçün bu yanaşma, vəziyyətlərə müvafiq olaraq müxtəlif ola bilər. Buna baxmayaraq predmet və məna heç vaxt üst-üstə düşmür. Təbii ki, hər ikisi ifadəyə yalnız, ona məna verən psixi aktlar sayəsində məxsusdurlar; və əgər “məzmunu” və “predmeti” bu “təsəvvürlərə” [7] münasibətdə fərqləndirirlərsə, onda bununla ifadəyə münasibətdə olduğu kimi, “eyni ilə həmin şeyi” nəzərdə tuturlar: o şeyləri fərqləndirirlər ki, o da nə isə bir şey haqqında bildirir və ya “söyləyir”.
Əgər biz nümunələrdəki müqayisə sayəsində əmin olsaq ki, müxtəlif ifadələr eyni ilə həmin mənanı, həm də müxtəlif predmetləri əldə edə bilər və əksinə, onlar müxtəlif mənaları, həm də eyni ilə həmin predmetləri əldə edə bilər, bu zaman bizə məna (məzmun) və predmetin fərqləndirilməsinin zəruriliyi aydın olar. Bununla yanaşı, şübhəsiz, onların hər iki istiqamətdə ayrılan və əksinə, onların hər iki istiqamətdə üst-üstə düşən həmin mümkünlüyü mövcud olur. Sonuncu, məsələn, adına və mənasına görə bir-birinə müxtəlif dillərdə uyğun gələn bərabər ifadələrin taftoloji ifadə hallarını özündə təmsil edir (London, Londra; zvei, deux, duo və c.).
Mənanın ayrılığının və maddi münasibətlərinin daha aydın nümunələri bizə ad təklif edir. Burada maddi münasibətlər haqqında adətən “ad qoyma” haqqında olduğu kimi danışırlar. İki ad müxtəlif şeyləri bildirə bilər, ancaq eyni cür adlandırıla bilər. Məsələn, belə, Vyana yaxinlığında qalib gələn- Vaterlo yaxınlığında məğlub olan; bərabər tərəfli üçbucaq – bərabər bucaqlı üçbucaq. Bu cütlərdə ifadə olunan məna, hərçəndi onlar eyni bir predmeti nəzərdə tutsalarda, şübhəsiz, müxtəlifdir. Özünün bəzi “həcmlərə” malik qeyri-müəyyənliyi üzündən adlarla da vəziyyət eyni ilə bu cürdür. Bərabəryanlı üçbucaq və bərabərbucaqlı üçbucaq ifadələri də mümkün tətbiqin eyni ilə həmin həcminin, eyni ilə həmin maddi münasibətlərinə malikdir.
Həmçinin bunun əksi də baş verə bilər ki, iki ifadə eyni bir mənaya, ancaq müxtəlif maddi münasibətlərə malik olsun. Atın ifadə olunması, hər hansı bir konteksdə üzə çıxmasından asılı olmayaraq, eyni bir mənaya malikdir. Əgər biz bir dəfə “Butsefal – bu atdır” və başqa vaxt “bu yabı –atdır” deyiriksə, deməli, bir mülahizədən digərinə keçid zamanı, şübhəsiz, mənaverici təsəvvürlərdə dəyişiklik baş vermişdir. Bu mülahizənin “məzmunu”, at ifadəsinin mənası, doğrudur, dəyişmədən qalmışdır, lakin əyani (maddi) münasibət dəyişmişdir. Eyni olan həmin mənası vasitəsi ilə at ifadəsi bir dəfə Butsefalı təmsil edir, o biri dəfə- yabını. Həmçinin bütün universal adlarla, yəni bəzi həcmlərə malik olan adlarla da vəziyyət bu cürdür. Vahid hər yerdə öxşar mənanın adıdır, lakin hər halda buna görə müxtəlif vahidləri müəyyən hesablamalarda oxşar hesab etmək olmaz; onların hamısı eyni bir şeyi bildirir, lakin onlar özünün əyani (maddi) münasibətlərində fərqlənirlər.
Fərdi və ya ümumi obyektlər üçün olsa da, xüsusi adlarla vəziyyət başqa cürdür. Sokrat kimi belə bir sözü, yalnız ona görə müxtəlif adlandırmaq olar olar ki, o müxtəlif şeylər bildirir, başqa sözlə, o ikimənalı forma alır.
Haradaki söz bir mənaya malikdir, o yerdə o bir predmeti adlandırır. Eyni ilə “iki rəqəmi” “qırmızılıq” və il axır kimi ifadələr də belədir. Məhz biz çoxişarəli (ikimənalı) adları və mənalığın çoxformalılığına (bir çox sahələri əhatə edən universal adlar) malik adları fərqləndiririk.
Bu şəkildə də o bütün digər ifadə formaları üçün qüvvəyə malikdir, hərçəndi onlara nisbətdə maddi (əyani) münasibətlərdən danışmaq, onların müxtəlif cinsliliyi üzündən cətindir. Məsələn, biz S P-dir formasının vəziyyətinə nəzər yetirsək, onda mülahizə predmet qismində, bir qayda olaraq mülahizə subyektini, yəni “haqqında” nə isə söylənilən həmin şeyi nəzərdən keçirir. Lakin başqa cürə başa düşmə də mümkündür, belə ki, burada mülahizəyə aid vəziyyəti, predmetin adına oxşar adlandırılmış bir şey kimi bütöv götürür və onu mülahizənin mənasından fərqləndirir. Əgər vəziyyət bu formanı alırsa, onda bu zaman a böyükdür b və b kiçikdir a kimi bu cür, cüt mülahizələri nümunə gətirmək olar. Şübhəsiz hər iki vəziyyət müxtəlif şeylər söyləyir. Onlar sadəcə qrammatik olaraq deyil, həm də təfəkkür təcrübəsində, yəni məhz mənanın öz məzmununa görə də fərqlidirlər. Lakin onlar eynilə həmin vəziyyəti ifadə edir; eyni ilə həmin “predmet” (Sache) ikili formada predikativ olaraq başa düşülür və söylənilir. Biz mülahizə predmetinin bu və ya digər mənalarından danışarkən (hər iki üsula bəraət qazandırıla bilər), həmişə eyni bir “predmetə” aid müxtəlif mənalı mülahizələr söyləmək mümkündür.
Tərcüməçi: Obaçı
Davamında təqdim olunacaq: §13. Məna ilə maddi münasibət arasında əlaqə