Əvvəli: https://klv.az/2023/11/08/edmund-husserl-kartezian-dusunceleri-10-4/
(davamı)
§ 21. İntensial predmet transsendental araşdırmaların “yol göstərici əlaqəsi” kimi
Əgər biz formal universallıq çərçivəsində qalsaq və müəyyən bir obyekti ümumilikdə məzmun, ya qeyri-müəyyən özbaşınalıq kimi düşünsək, cogitatum kimi qeyri-müəyyən sərbəstlikdə düşünürüksə, onda həmin predmetin – ümumi formal bir tip – özünün mümkün dərketmə üsullarının müxtəlifliyi ilə öz aralarında fərqlənən xüsusi noeto-noematik tiplər bir neçə hissələrə ayrılır. Hər cür ağla gələn predmetə məxsus bu tip intensiallığa, məsələn, mümkün qavrayışlar, retensiyalar, yada salmalar, gözləntilər, işarələr, analogiya üzrə seyr etmələr və bunların eyni olan sintetik qarşılıqlı dolaşıqlar aiddir. Elə ki, biz əvvəlcə intensional predmetin mənasız ümumiliyinin ayrılmasına keçirik, bütün bu tiplər özünün sonrakı yekununda noeto-noematik quruluşun hissələrinə bölünürlər. Birincisi, hissələrə bölünmə formal-məntiqi (formal- ontoloji) ola bilər; „nə isə bir şeyin“ modusları, məsələn, fərdilik dairəsində nə isə ayrı bir şey, ümumilikdə bir şey, daha çox bir şey, bütövlük, nə isə bir işin vəziyyəti, nə isə bir münasibət və s. belələrindəndir. Burada həmçinin real maddiliklərlə (sözün geniş mənasında) kateqorial maddiliklər arasındakı köklü fərq də üzə çıxır, bununla belə, sonuncunun mənbəyi, əməliyyatları onun tərəfindən həyata keçirilən, MƏNİN aktivliyinin ardıcıl konstruktiv-məhsuldarlığı ilə, birincinin mənbəyi isə – xalis passiv sintezin işi ilə tanınır¹⁵. Digər tərəfdən biz real individ aylayışı ilə əlaqəli maddi-ontoloji bölünmələrə malik oluruq ki, bu da özünün real regionlarına bölüşdürülür – məsələn, məkani şey, canlandırılmış vücud və s. kimi – və xatırlanan formal-məntiqi modifikasiyaların (real xüsusiyyət, real əldə etmə, real münasibət və s.) müvafiq bölgülərinə səbəb olur.
Bu istiqamətverici əlaqəni izləməklə bizim üzə çıxardığımız hər bir tip, sistematik olaraq onun intensional axınına dəxli olan üsullarında, habelə onun tipik qorizontlarına münasibətlərdə, onların implitsit məzmunlarında və s. izah olunan və əsaslandırılan, özünün noeto-noematik strukturlarında öyrənilməlidir.
Əgər biz sərbəst predmeti onun formasında və ya kateqoriyasında qeyd edərək, onun eyniliyini dərk edilmə üsullarının dəyilşilməsi zamanı aşkarlıqda saxlayırıqsa, onda görürük ki, onlar hər necə olur-olsun dayanıqsız olsa da və hər halda onların son elementləri ələ keçməz olsa da, yenə də onlar heç bir halda sərbəst deyillər. Onlar həmişə hansısa tipikliyin strukturu ilə əlaqəlidirlər və onlar nə qədər ki, maddiliyin məhz bu şəkildə qurulan maddiliyi kimi dərk olunurlar və nə qədər ki, onlar dərk edilmə üsullarının dəyişilməsi zamanı aşkar eynilikdə dayanırlar, o vaxta qədər sarsılmaz qalırlar.
Bu struktur tipikliyinin sistematik araşdırılması da, məhz transsendental nəzəriyyənin məsələsini təşkil edir, belə ki, əgər o istiqamətverici əlaqə kimi maddi ümumilikdə tutub saxlanılırsa, ümumiyyətlə forma və kateqoriyalara, son məqamda – regionlara uyğun predmet kimi, hansısa predmetin transsendental quruluşunun nəzəriyyəsi adlanır. Beləliklə, əvvəlcə bir-birindən ayrı olan müxtəlif transsendental nəzəriyyələr meydana çıxır: məsələn, qavrayış nəzəriyyəsi və seyr etmənin digər tipləri, ifadə etmə nəzəriyyəsi, mühakimə nəzəriyyəsi, impulsiv və iradi aktlar nəzəriyyəsi və i.a. Lakin onlar nə qədər ki, hər şeyi əhatə edən sintetik qarşılıqlı əlaqəyə daxildirlər və funksional olaraq ümumiyyətlə predmetin, yəni mümkün şüur predmetləri kimi ümumiyyətlə mümkün predmetlərin açıq qorizont nəzəriyyələrinə məxsusudurlar, vəhdət təşkil edirlər.
Bundan sonra, indi artıq, məsələn, ayrı-ayrı və ya universal qarşılıqlı əlaqədə götürülən ümumiyyətlə məkani şeylərlə, psixofiziki canlılarla, insanlarla, sosial birliklərlə, mədəni obyektlərlə, nəhayət, xalis transsendental eqo-da şüura məxsus üsullarla konstruksiyalaşdırılmış transsendental mənada dünya kimi, mümkün şüurun xalis dünyası kimi – ümumiyyətlə obyektiv dünya ilə formal olaraq əlaqələndirilməyən konstitutiv transsendental nəzəriyyələr meydana çıxır.
Və bütün bunlar, əlbəttə, transsendental εποχή-un ardıcıl həyata keçirilməsi ilə baş verir. Lakin biz nəzərdən qaçırmamalıyıq ki, konstitutiv araşdırmaların istiqamətveici əlaqələri təkcə, obyektiv kimi dərk olunan – məsələ universal tipikdən getdiyi vaxt onların mümkün moduslarının dərk edilməsi – real və ideal predmetlərin tipləri deyil, nə qədər ki, onlar ayrı-ayrılıqda və ya universal əlaqələrdə zamanın daxili şüur predmeti kimi təşkil olunur, deməli, həm də bütün immanent təəssüratların subyektiv predmetlərinin də tipləri ola bilər. Bütün hallarda maddi növlər üzrə nəzərdən keçirilən problemlərlə universal problemləri ayırmaq olar. Sonunçular eqoya onun varlığının və həyatının universallığı ilə aiddir, həmçinin onun maddi korrelyatları korrelyativ universallıqla əlaqəlidir. Əgər biz transsendental istiqamətverici əlaqə olaraq vahid obyektiv dünyanı qəbul etsək, onda o bizi yenidən obyektiv qavrayışların bütün sintez həyatını bürüyən birliyə və digər obyektiv müşahidələrə gətirib çıxaracaq ki, bu dünya da həmişə məhz bunun sayəsində vəhdət kimi dərk olunur və bəlkə də mövzulaşdırılır. Beləliklə, dünya özündə eqologiyanın universal problemlərini təmsil edir və şüurun bütün həyatı onun immanent müvəqqətiliyi ilə, baxışların xalis immanent təmayülündə beləcədir.
¹⁵Bax:: Ингарден, 11.burada bax.
Tərcüməçi: Obaçı
Davamında təqdim olunacaq: § 22. Bütün predmetlərin universal birlik ideyaları və onların konstitutiv araşdırma məsələləri