Horatsinin aforizmləri

“Lazım olan yerdə dəlilik etmək ağıllı hərəkətdir”.

 

* * *

“Böyük vədlər inamı azaldır”.

 

* * *

“Sağlam vaxtı qaçmırsansa, xəstələnəndə qaçmalı olacaqsan”.

 

* * *

“Bu gündən yapış, heç vaxt sabaha bel bağlama”.

 

* * *

“Ağıldan məhrum güc özü də bilmədən yox olacaq”.

 

* * *

“Hiddət – qısamüddətli dəlilikdir”.

 

* * *

“Hamını eyni gecə gözləyir”.

 

* * *

“Əgər indi işlərin düz getmirsə, bu o demək deyil ki, həmişə belə olacaq”.

 

* * *

“Ölüm eyni vaxtda həm kasıbın daxmasının, həm də şahın sarayının qapısını döyür”.

 

* * *

“Növbəti günə daha az bel bağlamaqla, hər günündən istifadə et”.

 

* * *

“Bəşər övladını bərabərhüquqlu edən yeganə amil – ölümdür”.

 

* * *

“Az şeyə qane olub yaşmağı bacarmayanlar həmişə kölə olacaq”.

 

* * *

“Şəkil də şeirdir, sadəcə, sözsüz şeir”.

 

* * *

“Anı tutmağa çalış”.

 

* * *

“Öz əhvalını idarə et. Əgər idarə edə bilməsən o sənə hökm edəcək”.

 

* * *

“Nə işdən yayın, nə də işə həddən ziyadə can qoy”.

 

* * *

“Yazdıqlarını tez-tez poz”.

 

* * *

“Çox şeyə nail olan üçün daha çox şey çatışmır”.

 

* * *

“Ötüb-keçən hər şey keçmişdir”.

 

* * *

“Bu gün gizli qalanı nə vaxtsa zaman özü açacaq”.

 

* * *

“Ürəyin istədiyini yox, yalnız sənin olanı sev”.

 

* * *

“Müharibələr – anaların lənətidir”.

 

* * *

“Səhv etmək qorxusu, səhvə yol açır”.

 

* * *

“Qısa həyatımızda nədən belə çox şeylər istəyirik?!”

 

* * *

“Düzəldə bilməyəcəyimiz səhvlərə qarşı daha dözümlü oluruq”.

 

* * *

“Bədbəxtlik – xoşbəxtlik anlarında yatmış istedadı oyatmaq qabiliyyətinə malikdir”.

 

* * *

“Hamıya məlum olan həqiqətləri ifadə etmək çətindir”.

 

* * *

 

“Verdiyin məsləhətin fərqinə varmadan, qısa ol”.

 

* * *

“Sabah nə olacağını heç vaxt soruşma”.

 

* * *

“Mənəviyyat olmayan yerdə qanunların nə faydası?”

 

* * *

“Qısa danışmağa çalışıram və anlaşılmıram”.

 

* * *

“Bu gün yalnız bu günə uyğun fikirləri dilinə gətir. Qalanlarını münasib vaxtda deyərsən”.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oljas Süleymenovun şeirləri

Görkəmli qazax şairi; 1936-cı ildə Almatı şəhərində anadan olub; İlk poetik toplusu “Arqamaklar” 1961-ci ildə Almatıda nəşr olunub, həmin il yazdığı “Yer kürəsi, insana baş əy” poeması isə müəllifin imzasını bütün dünyaya tanıdıb; 1971–1981-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin katibi olub; “Günəşli gecələr”, “Az i Ya”, “Gündoğanın xoş çağı”, “Meymun ili”, “Gil kitab”, “Göy adalar” və digər kitabların müəllifidir.   KUMANIN* NƏĞMƏSİ […]