Əvvəli:https://klv.az/2023/11/01/edmund-husserl-kartezian-dusunceleri-10-3/
(davamı)
§ 20. İntensial təhlilin özünə məxsusluğu
Sonralar aydın olduğu kimi, şüurun intensional təhlili özündə tamam başqa şey təmsil edir, nəinki, sözün adi və təbii mənasında olan təhlil. Bizim artıq bir dəfə qeyd etdiyimiz kimi, şüurun həyatı, sadəcə olaraq şüur məlumatlarından təşkil olunan və ona görə daha geniş təhlilinə yol verilən hansısa bütövlük deyil, yəni o sadəcə özünün müstəqil və qeyri-müstəqil elementlərinə bölünən deyil, üstəlik birliyi təmin edən (geştalt-keyfiyyət) formaları da gələcəkdə onun qeyri-müstəqilliyinə əlavə edilməlidir. Əlbəttə, nəzərdən keçirilən bəzi mövzuların intensional təhlili də bölünməyə gətirib çıxarır və ona görə də burada hələ bu sözü işlətmək olar, lakin, onun xüsusi nailiyyəti ilə hər yerdə, implisit olaraq aktual təəssüratlarda saxlanılan potensiallığın açılması meydana çıxır ki, bunun da sayəsində o noematik əlaqələrdə izah olunur, aydın forma alır, həm də mümkündür ki, güman edilən şüurda cismi mənası da aydınlaşdırılsın.
İntensional təhlil həmin fundamental şəraitin biliyi ilə əsaslandırılır, belə ki, şüur olaraq hər bir coqito, hərçəndi, sözün geniş mənasında həmin fərziyyədir ki, onda güman olunur, lakin bu güman olunan həmişə daha böyük həcmdə güman edilir və bu və ya digər momentlərdə hər dəfə də daha çox, eksplisit olaraq güman edilən kimi verilir. Bizim nümunədə qavrayışın hər bir fazası, yalnız qavrayışda fərz edilən predmetin bir tərəfidir. Bu hər cür şüurda saxlanılan “özündən –artıq- fərziyyə” (сверх-себя-полагание) onun çox mühüm momenti kimi nəzərdən keçirilməlidir.
Ancaq o şey ki, eynilə onun artıq qalan fərziyyəsi adlanır və adlanmalıdır, onu yalnız aydınlaşdırmaq və üstünü aşmaq imkanları sayəsində bəlli forma alır, həm də sonralar seyr etmək üçün, onu həqiqi və mümkün qavrayış formasında və ya mümkün yada salma formasında həyata keçirmək mənim qarşımda durur. Ancaq fenomenoloq özlüyündə, sadəlövh həvəslə xalis intensional predmetin özü ilə və onu təkcə birbaşa nəzərdən keçirməyə məruz qoyması ilə kifayətlənmir, güman edilən bu predmetin əlamətlərinin, hissələrinin və xassələrinin şərhi ilə məşğul olmur. Əks halda, dərketmənin intuitiv və qeyri-intuitiv əsasını təşkil edən intensionallıq, habelə nəzərdən keçirilmələr və izah etmələr gizli (anonim) qala bilərdi. Başqa sözlə, şüurda birləşən noetik müxtəliflik və onların sintetik vəhdəti gizli qalardı, belə ki, bunun sayəsində – onun mahiyyətinə uyğun əldə olunan birlik nəticəsində – biz ümumiyyətlə, güman edilən ardıcıl tək bir intensional predmetə malik oluruq və üstəlik müəyyən olunan bu predmeti hər dəfə öz qarşımızda elə tuturuq ki, sanki onu məhz elə bu cür güman edirik; həmçinin quruluş aktları da gizli qalardı ki, bunun da nəticəsində biz (əgər nəzərdən keçirmədən dərhal izah etməyə keçəriksə) bilavasitə güman edilənləri eksplikatlar qismində tapırıq və ya implitsit olaraq güman edirik və sonra seyr etmədə (düşüncədə) hər hansı əlaməti, xüsusiyyəti və sahəni göstərə bilərik. Hər hansı predmetliliyi araşdırarkən onda tapıla bilən nə varsa hər şey, şüurun korrelyatı kimi müstəsnadır, fenomenoloq onu nəinki bilavasitə və nəinki bu predmetliliyi təşkil edən eqo coqito, coqitatumla MƏNƏ uyğun əlaqəlilikdə nəzərdən keçirir və təsvir edir; o daha çox özünün refleksiya edən baxışları ilə anonim düşünülən həyata nüfuz edir, müxtəlif dərk edilmə üsullarının və daha uzaqda dayanan MƏNİN təsir moduslarının hər biri üçün müəyyən sintetik proseslər üzə çıxarır, belə ki, bu, sadəcə MƏN üçün güman edilən – ona məlum seyr etmədə və ya cismi varlıqda mümkün olmayan həmin varlığı mümkün edir: şüur özü-özlüyündə və özünün bu və ya digər intensional strukturu sayəsində o faktı necə mümkün və zəruri edir ki, bu fakt, onda – mövcud olan, məhz o necə varsa eləcə də mövcud olan obyekt kimi, hansısa bir mənanın çıxış etdiyini və dərk olunduğunu başa düşməyə kömək edir. Belə ki, məsələn, şeylərin məkanda (əvvəlcə onun adına yazılan bütün mənalardan təcrid edilərək və yalnız təkcə res extenso ilə məhdudlaşaraq) qavranılması hallarında, nə qədər ki, onlar özü-özbaşına həmin bu res extenso hadisəsi kimi xarakterizə olunur, o bir-birini əvəz edən gözlə görünənləri və başqa hissi şeyləri araşdırır. Onun hər bir dəyişilən perspektivi üçün, sonra da onun müvəqqəti mövcudluq üsullarına münasibətdə, o retensiyanın zəifləməsi ilə şüurda onun saxlanılması dərəcəsini, MƏNƏ münasibətdə isə – diqqət moduslarını və i.a. araşdırır. Bununla da nəzərə almaq lazımdır ki, özlüyündə dərk edilmiş fenomenoloji aydınlaşdırma, qavrayış və onunla əlaqədar onun əlamətinə uyğun dərk edilmiş eksplikasiya prosesində həyata keçirilənlərlə əlaqədar deyil, lakin görünməyənləri görünən edə bilən potensial qavrayışların aktuallaşdırılması vasitəsi ilə, o cogitatum-un mənasına salınan şeyləri aydınlaşdırır, o da ki, yalnız qeyri-mümkün seyr kimi (məsələn, arxa rərəfdə olan kimi) təyin edilir. Bu ümumiyyətlə hər cür intensional təhlil üçün ədalətlidir. O özlüyündə təhlil olunan ayrı-ayrı təəssüratların hüdudundan kənara çıxır: onların korrelyativ qorizontlarını izah etməklə, o, nəinki aktual olanları, həm də potensial olan təəssüratların cismi mənaya münasibətdə müvafiq cogitatum funksiyasını yerinə yetirən ən müxtəlif gizli təəssüratlarını bu cür təəssüratların tematik sahəsində yerləşdirir, belə ki, onlar özlüyündə, aktual təəssüratların məna formalaşdırıcı intensionallığında qabaqcadan implitsit olaraq təsvir edilir və onların üzə çıxması dərəcəsi ilə, implitsit mənası izah olunan təəssüratlar kimi aşkarlıqla xarakterizə olunur.
Şüurun immanent həyatında fenomenoloq, dərk edilməni necə və hansı üsullarının köməyi ilə həyata keçirməyi, yalnız bu yolla başa düşə bilər, onun fasiləsiz axınında, maddi birliyin dayanıqlığı və dəyişməzliyi, əsasən də, hər bir maddi kateqoriyalı eyni predmetlərin bu qəribə tərkib müəyyənliyinin necə baş verməsi, yəni müəyyən edən şüur həyatının necə görünməsi və eyni bir predmetin hər biri üçün korrelyativ uyğun gələn noetik və noematik modifikasiyalarda necə görünməli olduğu dərk oluna bilər. Hər bir intensionallığın qorizontlu quruluşu, fenomenoloji təhlili və tamamilə yeni metodikanın – hər yerdə fəaliyyətə buraxılan metodikanın təsvirini, məhz o yerdə bu şəkildə təyin edir ki, orada şüur və predmet, məna və fərziyyə, real və ideal gerçəklik, mümkünlük, zərurət, görünüş, həqiqət, habelə, təcrübə, mühakimə, aşkarlıq və i.a. transsendental problemlər kimi (xalis psixoloji paralel olan) çıxış edir və subyektiv “başlanğıcın” həqiqi problemləri kimi işlənilməlidir¹⁴.
Əlbəttə, əsasən əgər həmin faktı nəzərə alsaq ki, şüurun fenomen hökmranlığının heraklit çayı ilə bu qədər oxşarlığı var, şüurun xalis fenomenologiyasının mümkünlüyü əvvəlcə kifayət qədər problematik görünür. Burada obyektiv elmlərin əsaslandığı anlayış və mühakimələrin yaranış metodikasını tətbiq etməyə cəhd göstərmək ümidsiz bir iş olardı. Təbii obyektlərin analogiyası üzrə, dərk olunmuş təəssüratları özünün eyni olan predmet kimi müəyyən etməyə cəhd göstərməklə, son nəticədə onun oxşar və ciddi anlayışlarda saxlanılan elementlərə ayrılmasını ideal mümkünlük kimi fikirləşmək, tamamilə ağılsızlıq olardı.
Təkcə belə bir predmetə tətbiqdə bizim idraki qabiliyyətimizin natamamlığına görə deyil, həm də dərk olunmuş təəssüratların apriorisinin heç bir son elementləri saxlamadığına görə, əlaqələrin özü də ciddi anlaşılan münasibətlərdə müəyyən edilə bilmə ideyalarına tabe edilərdi və beləliklə də, məsələni təsbit olunmuş anlayışların köməyi ilə, daha yaxın müəyyənlikdə qarşıya qoymaq ağıllı iş olardı. Məhz ancaq buna görə də intensional təhlil ideyası qanunauyğundur. Çünki hər cür şüurun birliyini və noetik və noematik əlaqələrdə maddi mənanın vəhdətini yaradan intensional sintezin axınında, başqalarından ciddi surətdə fərqli (tipik), mühüm və başa düşülən anlayışlar hökm sürür.
Nə isə bir forma kimi bütün xüsusi olanları birləşdirən və daha çox ümumi olan tipik, bizim ego-cogito-cogitatum-un ümumi sxemi ilə xarakterizə olunur. Bizim intensial sintezin intensiallıq əlaqələrində yerinə yetirməyə səy göstərdiyimiz, daha ümumi təsvirlər ona uyğun olaraq qurulur. Bu tipiklərin xüsusiyyətlərinə və təsvirlərinə nəzər saldıqda, cogitatum-un bir hissəsində yerləşən intensional predmet, çox aydın səbəblərə görə cogitationes-un müxtəlif tiplərinin açılması məqsədi ilə transsendental araşdırmalara istiqamət verən əlaqə rolunu oynayır, belə ki, onu, mümkün sintezdə, şüurda güman edilən eyni bir predmet kimi özündə daşıyır. Axı onun çıxış nöqtəsi hər dəfə zərurət əsasında bilavasitə məlum predmet olur ki, onun da refleksiyasından onun daxilində qotizont planında tamamlanmış müvafiq və potensial dərk edilmə üsullarına qayıdılır, sonra isə, eynilə onun kimi, şüurun hansısa bir mümkün həyat birliyində, həmin üsullara qayıdır ki, o burada başqa cür dərk oluna bilərdi.
¹⁴Mutalis mutandis, bütün bunlar, görünür, həm daxili psixologiya üçün, həm də xalis intensional psixologiya üçün ədalətlidir, belə ki, biz bunu konstitutivliyə və bununla yanaşı transsendental fenomenologiyaya mümkün parallellik kimi təqdim edirik. Psixologiyanın yeganə radikal reforması intensional psixologiyanın xalis işlənilməsindən ibarətdir. Bunu artıq Brentano tələb edirdi, lakin təəssüf ki, intensional təhlilin əsas mənası onun tərəfindən hələ dərk edilməmişdi, nəticə ehtibarı ilə isə, onun əsl və həqiqi problematikasını ilk dəfə o açmasına baxmayaraq, belə bir psixologiyanın yaradılmasının mümkünlüyü üçün əldə rəhbər tutulası metod tapa bilməmişdi.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2023/11/15/edmund-husserl-kartezian-dusunceleri/