Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/10/04/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-9/

 (davamı)

§ 15. Təbii və transsendental refleksiya

Sonrakı aydınlaşdırma məqsədi ilə əlavə etmək lazım gəlir ki, biz, yeni pillələri əhatə edən aktlar kimi, özləri birbaşa qarşımızda açılan aktlar vasitəsi ilə, qavrayışda, yaddaşlarda, mülahizələrdə, qiymət vermələrdə və sairələrdə, reflektiv mənimsəmədən, birbaşa (geradehin vollzogene) mənimsəmə aktlarını fərqləndirməliyik. Məsələn, nümunə kimi, biz birbaşa mənimsəmədə qavrayışın özünü deyil, evi başa düşürük. Yalnız refleksiyada biz ona və onun evi başa düşən meylinə istiqamətlənirik. Gündəlik təbii refleksiyada, həmçinin psixoloji elmdə (nəticə ehtibarı ilə, bizim xüsusi psixi təəssüratlarımızın psixoloji təcrübələrində) həyata keçirilən refleksiyada, biz mövcudluq olaraq dünyanın əsasında dayanırıq; belə ki, gündəlik həyatımızda biz deyirik: “Mən orada ev görürəm” və ya “Mən xatırlayıram ki, bu melodiyanı eşitmişəm” və sair. Transsendental- fenomenoloji refleksiyada dünyanın varlığı və ya yoxluğuna münasibətdə universal εποχή sayəsində biz dünyanın bu əsasını itiririk. Bu zaman belə demək olar ki, bu şəkildə modifikasiyalaşmış transsendental təcrübə ondan ibarət olur ki, biz transsendental- reduksiya olunmuş bəzi coqitoları təsvir edib nəzərdən keçiririk, lakin, bununla belə, refleksiya edən subyektlər kimi, bilavasitə bu dünyaya qapılmış MƏNİ həqiqətən həyata keçirən, ilk birbaşa qavrayışlarda və ya coqitonun digər formalarında saxlanılan varlığın təbii fərziyyələri həyata keçirilməyəndir.

Əlbəttə, bunun nəticəsində, əslində, ilk təəssüratların yerində başqaları yer alır və ona görə demək lazımdır ki, refleksiya ilkin təəssüratları dəyişdirir. Lakin hər cür, o cümlədən təbii refleksiya üçün də bu ədalətlidir. O əhəmiyyətli dərəcədə əvvəlki sadə təəssüratları dəyişdirir; axı, məhz refleksiyanın təəssürat olaraq əvvəl maddi olmayan şeyləri predmet etdiyinə görə, sonuncu birbaşa aktın ilkin modusunu itirir. Lakin refleksiyaların işi əvvəlki təəssüratları təkrar etmək deyil, onda tapıla bilən şeylərin izahı üçün, onun nəzərdən keçirilməsidir. Belə bir baxışa keçid təbii olaraq, özünə məxsus intensionallıqda dərk olunan və mümkündür ki, daha erkən təəssüratların – hər hansı başqası ilə deyil, yalniz onun özü ilə – əlaqəlilik aşkarlığı ilə dərk olunan, yeni intensional təəssüratlar ortaya çıxarır. Məhz bunun sayəsində də təcrübi biliklər, birinci növbədə, bizim intensional həyatımızdan bəhs edən bütün mümkün biliklərə və dərketmələrə görə borclu olduğumuz həmin deskriptiv biliklər mümkün olur. Bütün bunlar, nəticə ehtibarı ilə, transsendental- fenomenoloji refleksiya üçün də öz qüvvəsində qalır. Refleksiya edən MƏNİN həmin vəziyyəti ki, varlığa münasibətdə həmin nöqteyi-nəzəri bölüşmür, evin birbaşa qavranılmasına xassə kimi, o şeydə heç nəyi dəyişmir ki, onun tərəfindən həyata keçirilən reflektiv təcrübi dərketmə, məhz əvvəl ona məxsus olmuş və yenidən yaradılmış bütün momentləri ilə, bu qavrayışın təcrübi dərketmələridir. Onlara isə bizim nümunədə, cari təəssüratlar kimi və özlüyündə evin xalis başa düşülmə momentləri kimi, qavrayışın özünün momentləri aiddir. Bununla belə, başlanğıc üçün, doğruluq modusunda qavrayışa xas olan varlıq fərziyyəsi (qavrayışa aıd başa düşülən varlığa əminlnkdə) saxlanılır, həmçinin qarşıda duran ev hadisəsində, varlıq-budur (Dasein) kimi sadə xarakter də saxlanılır.

Bu nöqteyi-nəzərdən imtina etməsi ilə, fenomenoloji əhval-ruhiyyədə olan MƏNİN özünü saxlaması onun işidir və o refleksiyada onun tərəfindən nəzərdən keçirilən qavrayışa aid deyil. Buna baxmayaraq, o özü müvafiq refleksiyalara əlverişlidir və yalnız bunun sayəsində onun haqqında bizə nə isə məlumdur.

Yaranan situasiyanı belə də təsvir etmək olar: əgər biz MƏNİ, dünyada təbii qurulma ilə dünyaya qapılma adlandırsaq, onda dəyişilən və daim fenomenoloji istiqamətdə saxlanılan MƏN parçalanmada olur, bu zaman MƏN fenomenoloji olaraq laqeyd tamaşaçı kimi, sadəlövh maraqlar üzərində təsdiq olunur. Məsələnin bu vəziyyətinin özü, bu zaman yeni refleksiya sayəsində əlverişlidir ki, o transsendental olaraq, görmək və adekvat olaraq təsvir etmək üçün ona görə yeganə maraqlı qalan – laqeyd müşahidənin məhz bu mövqeyinin məşğuliyyətini yenidən tələb edir.

Beləliklə, müşahidəçi tərəfindən daxil edilmiş yanaşı gələn və əvvəl olmuş fərziyyələrin hamısından təmizlənmiş varlığın sadə və əsaslandırılmış fərziyyələrinin və onunla korrelyativ olan varlıq moduslarının hamısı ilə birgə, onlarda həyata keçirilən həyat dünyasına yönəldilmiş bütün hadisələrin təsviri mümkün şəkil alır. Çünki onlar, şüurun həmin universal tənqidində yalnız bu təmizlikdə mövzulaşdırıla bilər, belə ki, bunu bizim can atdığımız fəlsəfə necə zərurətlə tələb edir. Universal ideyalar kimi, apodiktik əsaslandırılmış elmlərin sonuna qədər gəlib çatan, fəlsəfənin kartezian ideyalarının radikalizmi haqqında xatırlayaq. O, özlüyündə, universal və mütləq tənqid tələb edir ki, bu da, ilk öncə öz tərəfindən, bütün nöqteyi-nəzərlərdən özünü çəkindirmək vasitəsi ilə, mövhumatsızçılığın mütləq universumunu yaratmalıdır.

Transsendental təcrübənin və təsvirin universallığı, nəzərə çarpmadan dünyanın təcrübi dərk edilməsinə xas olan hər cür fəaliyyəti saxlamaqla, universal mövhumatın təbii yoluna düşərək, – dünya varlığının hər yerində ona əminlik hissi duyulmaqla – və bundan sonra mövhumatdan tam xilas olana qədər, fərziyyələr sahəsi kimi, heç nə ilə bulaşmamış varlığın eqoloji sahəsində qəti universal deskripsiyanın həyata keçirilməsinə can ataraq, bu məqsədlərə nail olur. Bu təsvir indidən sonra radikal və universal tənqidin əsası olması üçün təklif olunur. Əlbəttə, məsələ ondan ibarətdir ki, bu təsvirin mütləq mövhumatsızlığı saxlanılsın və üstəlik yuxarıda müəyyən edilmiş xalis aşkarlıq prinsipinə əməl edilsin. Bu transsendental refleksiyanın xalis varlıqlara bağlanmasını nəzərdə tutur ki, nəticə ehtibarı ilə də, onlar, xalislikdə gözdən keçirilənlərdən başqa bura qoşulan hər hansı təsvirlərdən sərbəst qalaraq, adi aşkarlığa intuitiv olaraq necə təmiz verilirsə, o cür dəqiqliklə də qəbul edilməlidir.

Əgər biz, coqito-coqitatum (qua cogitatum) cütlüyünə münasibətdə bu metodik prinsipin ardınca getsək, bu vaxt ilk növbədə bizim qarşımızda, mümkün qədər ayrıca bu cür cogitationes-in korrelyativ istiqamətlərinə aıd olan ümumi təsvirlər açılır. Bir də ki, bu, bir tərəfdən, özlüyündə, onun üçün müəyyənliyin dərk edilməsinin müvafiq üsullarının güman edilən əlaqələrində və onlara istiqamətlənən baxış (doğru varlıq kimi, bu cür varlıq moduslarına, mümkün və ya təqribi varlıqlara və yaxud da indidə, keçmişdə və gələcəkdə olan varlıq kimi, subyektiv-keçici moduslara) altında irəli çıxan onlara məxsus modusların gümanlarında, predmetin intensial təsviri olacaq. Təsvirin bu istiqaməti noematik, onun əks tərəfi isə noetik adlanır. O coqitonun özünün məsələn, qavrayışda, yaddaşlarda, retensiyada olan moduslarını və məsələn, aydınlıqda və dəqiqlikdə, onlara modal fərqləndirmələrlə məxsus olan dərketmə üsullarını təsvir edir.

İndi aydındır ki, dünyanın varlığına və ya yoxluğuna münasibətdə, əməldə universal εποχήu həyata keçirməklə, biz onu fenomenologiya üçün bütünlüklə itirmirik; axı biz onu qua coqitata-da saxlayırıq. Və təkcə müəyyən obrazda güman edilən və ya daha dəqiqi, şüurun bu və ya digər xüsusi aktlarında şərtləndirilmiş kimi (herausgemeinte) seçilən ayrı-ayrı reallıqların hər hansı əlaqələrində saxlamırıq. Çünki onların bir-birindən ayrılması, hətta, biz nəyisə ayrılıqda ələ keçirməy səy göstərdiyimiz zaman da, bizə ayrılmaz görünən vahid universum daxilində baş verir. Başqa sözlə, nə isə ayrı olan bir şey daim özü ola bilən və kifayət qədər tez-tez şüurla başa düşülən forma ala bilən, hansısa şüurun birliyində dərk olunur. Bunula belə, bütöv aləm ona məxsus forma ilə müvəqqti-məkan sonsuzluğunda dərk olunur. Şüur bütün dəyişkənlikləri ilə özünün dərk olunmuş təcrübələrində və ya güman edilən hər cür digər təfərrühatlarında qərarsız olur, ancaq buna baxmayaraq, yenə də bütün təbii həyatın fonunda dayanan vahid, yeganə universumdur. Beləliklə, fenomenoloji reduksiyanın ardıcıl həyata keçirilməsi ilə, noetik istiqamətdə bizdə şüurun açıq-sonsuz xalis həyatı, ancaq ona korrelyativ olan noematiklikdə isə – fərz edilən xalis dünyanın özü qalır. Ona görə də fenomenoloji düşünən MƏN təkcə təfsilatla əlaqədar deyil, həm də universal mənada özü-özünü və özündə tamamlanan hər cür obyektivliyi görən, iştirak etməyən tamaşaçı ola bilər, belə ki, bu onun üçün necə vardırsa, eləcə də o bunun üçün vardır. Şübhəsiz demək olar ki: MƏN təbii müəyyənlikdə necə olursa, mən də həmçinin həmişə transsendental MƏNDƏ varam, ancaq bu haqda yalnız fenomenoloji reduksiyanın həyata keçirilməsi sayəsində bilirəm¹³. Bu yeni müəyyənliyin sayəsində mən ilk dəfə görürəm ki, bütün Kainat və deməli, təbii şəkildə bütün mövcud olanlar, özünün bu və ya digər mənasında, coqitationes-in öz arasında olan bu dəyişikliklə əlaqəli mənim dəyişilən coqitatum-um kimi, mənim üçün yalnız mənim üçün əhəmiyyətli olduğu qədər vardır və ancaq belə olduğuna görə mən bütün bu mənanı saxlayıram.

Ona görə də mən transsendental fenomenoloq kimi, onların dərk edilməsi üsullarının son dərəcə intensional korrelyatları kimi və eləcə də onların qarşılıqlı əlaqəsində ayrıca verilən məlumatlar kimi, özümün universal deskriptiv müəyyənliyimin mövzusu olaraq predmetə malik oluram.


¹³Bax: Ингарден, 10. burada bax.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2023/10/18/edmund-husserl-kartezian-dusunceleri-11/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Xəzər Universitetinin tələbələri Folklor İnstitutunda elmi tədqiqat təcrübəsinə başlayıblar

C Okt 13 , 2023
Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbələri 2023-2024-cü tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda Folklor elmi tədqiqat təcrübəsinə başlayıblar. Folklor elmi tədqiqat təcrübəsi filologiya ixtisası üzrə təhsil alan tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi […]