Edmund Husserl. Kartezian düşüncələr

Əvvəli: https://klv.az/2023/10/11/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-10/

(davamı)

§ 16. Geri çəkilmə. Ego cogito – necə transsendental, eləcə də “xalis psixoloji” refleksiyanın zəruri başlanğıcı kimi

Yuxarıda xülasə edilənlərə görə, transsendental eqo coqito özünün ümumi həyatında, onların dəyişkən strukturunda məsələlərin ilk geniş sahəsini təşkil edən, açılmış və deskriptiv dərk edilmiş ayrı-ayrı konkret təəssüratların açıq- hüdudsuz müxtəlifliklərini qeyd edir; digər tərəfdən bunun özü, konkret eqonun ozünü onların birliyində əlaqələndirən üsullara da aiddir. Əlbəttə, bu eqo, yalnız, özünün intensional həyatının açıq-hüdudsuz vahid-əlaqə universallığında və onda coqitata kimi impilisit olaraq saxlanılan, öz növbəsində universumun bütövlüyündə birləşən, həmçinin sırasında təzahür edən dünyanın da olduğu korrelyatlarda konkretdir. Konkret eqonun özü təsvirin universal mövzusudur. Daha dəqiq desək, mən, düşünən fenomenoloq, öz qarşımda transendental eqo kimi, onun tam konkretliyi ilə, yəni onda tamamlanan bütün intensional korrelyatlarla, özüm özümü açmaq üçün universal məsələ qoyuram. Artıq qeyd edildiyi kimi, psixoloji açılış, xüsusən də, mənəvi həyatımda mənim xalis psixi varlığımın açılışı da, özüm-özümün bu transsendental açılışıma paraleldir, bununla bərabər, təbii olaraq bu mənim psixofiziki reallığımın (belə ki, mən canlı məxluqdan söhbət açıram) tərkib hissəsi kimi, xüsusən də, mənim üçün təbii məna kəsb edən dünyanın tərkib hissəsi kimi başa düşülür.

Görünür ki, nə transsendental-deskriptiv eqologiya, nə də daxili təcrübədən çıxan (əslində də, yalnız tək onun özündən) təsvirlərin köməyi ilə əxz edilən xalis daxili psixologiya (hansı ki, fundamental psixoloji intizam kimi inkişaf etdirmək lazımdır), eqo coqito-dan başqa, heç bir digər başlanğıca malik ola bilmir. Əgər Yeni dövrdə şüur haqqında psixoloji və fəlsəfi təlimlərin fərqlərinin müəyyən edilməsinə cəhd edilən bütün təşəbbüslərin müvəffəqiyyətsizliyini nəzərə alsaq, bu qeyd çox vacibdir. İndiyə qədər hər yerdə hökmranlıq edən sensualizm ənənələrini izləməklə, duyğu haqqında təlimdən başlamaq – bu hər iki elmin giriş yolunu öz üzünə bağlamaq deməkdir. Üstəlik, guya qabaqcadan öz-özünə məlum olan şüur həyatı, zahirən bəlli olanların məcmusu kimi və ən yaxşı halda, hətta daxili duyma qabiliyyəti kimi izah olunur, onların bu və ya digər bəzi bütövlüklə əlaqəli olmasından ötrü isə, ona geştalt-keyfiyyətin qayğısına qalmaq həvalə olunur. Geştaltlar bu məlumatlarda özünün zəruri əsasına malik olması səbəbindən, atomizmdən xilas olmaq üçün daha bir təlim təklif olunur və ona görə də bütöv burada həmişə öz hissələri ilə öndə gedir. Lakin şüur haqqında radikal deskriptiv təlim lap əvvəldən başlasa da, öz qarşısında nə bu cür hissi məlumatlar, nə də,- hətta mövhumi formada olsa da, bütöv bir yaranış üzə çıxarmır. Başlanğıc xalis, belə demək mümkünsə, hələ sukuta qapılmış təcrübədir ki, onu indi hələ sözlərdə özünün xüsusi mənasını təhrifsiz ifadə etməyə məcbur etmək lazımdır. Ancaq, məsələn: mən hər hansı bir küçə hadisəsini – bu evi mən yadıma salıram – dərk edirəm və sair, həqiqətən də ilk mülahizə olaraq, bu kartezian eqo caqitodur; və təsvirin ilk ümumi momenti coqito ilə coqitatum qua coqitatumun bölünməsi olacaqdır. Bəs, sonralar hissi məlumatları, hansı hallarda və hansı müxtəlif mənalarda bütövün tərkib hissələri kimi göstərmək olacaq ki, nəticədə təsvir və açılış üzrə qarşıda duran işlər aydın olsun və bununla da, özünə zərər verməklə çüur haqqında olan ənənəvi təlim bütünlüklə aradan qaldırılsın.

Metodun prinsipial məsələlərində aydınlığın olmaması üzündən onunla, coqitata qua coqitata təsvirinin bütün hüdudsuz tematikası, həmçinin dərketmənin üsulları kimi coqitationesin özünün təsviri ilə əlaqəli həqiqi məna və xüsusi məsələlər də itirilir.

§ 17. Dərk etmənin tədqiqi və onun korrelyativ problematikasının iki tərəfi. Təsvirin istiqaməti. Sintez, dərk etmənin əzəli forması kimi

Əgər məsələ başlanğıcda və bu istiqamətdə qoyulacaqsa, onda bizə aydın olur ki, biz həmin transsendental müəyyənliyin sayəsində özümüz üçün, sonrakı problematikalarda əsas rol oynayan vacib ideyalar açırıq. Şüurun qarşılıqlı münasibətinin iki tərəfli öyrənilməsini ( MƏNin eyniliyi haqqında məsələni hələlik diqqətdən kənarda qoyuruq) qırılmaz qarşılıqlı əlaqə kimi deskriptiv olaraq, bir şüuru digəri ilə birləşdirən əlaqə üsullarını isə, tək yalnız şüura məxsus sintez kimi xarakterizə etmək lazım gəlir. Nümunə üçün əgər mən, mövzu qismində bu oyun zərlərinin qavrayış izahını seçirəmsə, onda xalis refleksiya ilə, mən görürəm ki, qəti şəkildə bu qavrayışa məxsus olan bu zər, cismi bütövlük kimi fasiləsiz olaraq təzahür üsullarının dəyişkən və mürəkkəb müxtəlifliyındə verilir. Qavrayış öz axarı ilə özündə təkcə təəssüratların əlaqəsiz ardıcıllığını təmsil etmir. Onlar daha çox hansısa sintezin birliyində axırlar, belə ki, hansısa eyni olan bir şey, məhz bunun sayəsində onun daxilində ortaya çıxan kimi dərk olunur. Məhz həmin oyun zərləri, hərçəndi diqqətə alınmayan dəyişilmələrinə münasibətə üzrə, lakin bununla bərabər daim mütləq “burda” (hansı ki, mənim xüsusi, həmçinin hadisədə çıxış edən cismimlə əlaqədədir) başa düşülməsi ilə, “burada” və “orada” moduslarında, gah yaxında, gah da uzaqda ortaya çıxır. Lakin, belə modusların birində saxlanılan hər bir hadisənin qaydası – məsələn, yaxın sahədə, burada dayanan zər – özü, öz növbəsində, bu modusa aid olan hadisənin həmin qaydalarının müxtəlifliyinin sintetik birliyində meydana çıxır.

Yəni, hadisələrdə eynilə həmin yaxınlığı olan şeylərin gah bir, gah da digər tərəfi çıxış edir, vizual perspektivlər, həmçinin də, hadisələrin – diqqətin müvafiq istiqamətində nə müşahidə etmək olarsa – toxunulmaqla duyulan, akustik və sairə qaydaları dəyişir. Əgər biz, daha sonra, bu oyun zərlərinin ayrılıqda hansısa fərqləndirici əlamətlərində üzə çıxan, məsələn, onun qavranılmasında zərlərin formasına və rəng uyğunluğuna, özlüyündə onun kənarlarından birinə və ya həmin kənarların kvadrat formasına, özlüyündə onun rənglərinə və il axır, nəzər yetirsək, – onda yenə həmin şey təkrar olunacaq. Uyğun əlamətləri biz həmişə birlik kimi bu müxtəlifliklərdə tapırıq. Birbaşa nəzər yetirməklə biz sanki elə bil, dəyişməyən tək bir formaya və ya rəngə, reflektiv müəyyənlikdə isə – orientasiyaların, perspektivlərin və i.a dəyişməsi ilə fasiləsiz olaraq bir-birinin ardınca gələn, onlara məxsus təzahür üsullarına malik oluruq. Bununla yanaşı, bu cür üsulların hər biri özlüyündə, məsələn kölgədə gizlənən forma və rənglərin özü, bu formaların, bu rənglərin təsəvvürləridir. Beləliklə, bu və ya digər coqito öz coqtatumunu fərqlərdən məhrum mənasızlıqda deyil, əhəmiyyətli şəkildə məhz özünün eyni olan bu coqitatuma məxsus, tamamilə müəyyən noemato-noetik quruluş əldə edən, izah edilməli müxtəliflik strukturlarında dərk edir.

İşin gedişində aydın olduğu kimi, parallel olaraq son dərəcə geniş izahatı biz təkcə hissi qavrayış üçün deyil, həm də bütün seyrlər üçün, nəticə ehtibarı ilə isə, digər moduslara [(nachveranschaulichenden)-dən sonra- seyr etmə kimi yada salmalara və (vorveranschaulichenden)-ə qədər seyr etmə kimi gözləmələrə] aid seyrlər üçün də apara bilərik; axı yada salmaların dəyişilən perspektivlərində şey müxtəlif tərəflərdən ortaya çıxır və s. Bununla belə, seyr etmə modusları arasındakı fərqlərə əməl etmək üçün, təsvirlərin yeni ölçülərini müzakirə etmək tələb olunarsaydı, məsələn, yada salmalarda mövcud olanların qavrayışda mövcud olanlardan nə ilə fərqləndiyi həmin şeyləri nəzərə almaq lazım gələrdi.

Ümumiyyətlə, nəyinsə haqqında olan şüur kimi, ümumi olan hər cür şüur üçün, həmin fakt qalır ki, bu “nə isə bir şeydir” və seyr etmə üçün necə əlverişlidirsə, eləcə də onun üçün əlverişsiz olan, həmçinin birliyi dərketmənin noetik və noematik üsulları ilə dəyişdirilən hansısa intensional predmet özlüyündə “həmin şeyin” daxilində onun eyni kimi dərk olunur.

Əgər biz şüurun konkret təsviri üzrə fenomenoloji məsələlərin yerinə yetirilməsinə girişiriksə, onda bizim qarşımızda həqiqətən, fünomenologiyanın meydana gəlməsinə qədər, hələ heç vaxt faktları araşdırılmaya məruz qalmamış hüdudsuz sahə açılır, necə ki, bu faktların özünü də, həmçinin sintetik struktur yaradan və konkret sintetik bütövlük kimi ayrıca coqitationesin özünə noeto-noematik bölünməzlik verən, həm də onların öz arasında əlaqələr yaradan faktlar kimi xarakterizə etmək olar. Yalnız sintezin özünə məxsusluğunun nədən ibarət olduğunu aydınlaşdırmaqla, „şüurdan- gələn“ intensional təəssüratların coqito müəyyənliyindən və deməli, Frans Brentanonun məşhur kəşfindən nəticələr gözləmək olar, belə ki, bu kəşfə görə intensionallıq psixi fenomenlərin əsas deskriptiv xarakteristikası olması ilə yanaşı, həqiqətən də transsendental- fəlsəfi kimi, eləcə də, şübhəsiz psixoloji olaraq şüur haqqında deskriptiv təlim metoduna yol açır.

Tərcüməçi: Obaçı

Davamında təqdim olunacaq: § 18. Eyniləşdirmə sintezin əsas forması kimi. Transsendental zamanın universal sintezi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əli Şirin Şükürlü. Bədii mətnlərdə "ehtimal" elementləri

Xatırlatma: Ədəbi Suprematizm (İntellektual poeziya haqqında nəzəriyyə) əsərində intellektual bədii mətnlərin yaranması məqsədi ilə təqdim etdiyimiz model belədir: elmi informasiya – fəlsəfi düşünsə – bədii təfəkkür: Eİ – FD – BT. Yəni intellektual təmayüllü bədii mətnlər yaradarkən istifadə etdiyimiz elmi nəzəriyyələrin, elmi faktların və anlayışların fəlsəfi düşüncə vasitəsilə mətnlərə gətirilməsi […]