Xəzər Universitetinin tələbələri Folklor İnstitutunda elmi tədqiqat təcrübəsinə başlayıblar

Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbələri 2023-2024-cü tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda Folklor elmi tədqiqat təcrübəsinə başlayıblar. Folklor elmi tədqiqat təcrübəsi filologiya ixtisası üzrə təhsil alan tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi yanaşmalar kontekstində tətbiqi, onlarda tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırılması məqsədilə həyata keçirilir. Elmi tədqiqat təcrübəsinə rəhbərlik edən AMEA Rəyasət Heyətinin elmi katibi Dos. Hikmət Quliyev filologiya fakültəsinin tələbələrini AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanovla tanış etdi. Akademik M.İmanov tələbələrə institutun elmi tədqiqat istiqamətləri, əldə olunan mühüm nailiyyətlər, dövri nəşrlər haqqında geniş məlumat verdi.

Sonra tələbələr Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsində oldular. Şöbənin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əskər şöbənin digər əməkdaşlarının iştirakı ilə Türk xalqları folkloru şöbəsinin fəaliyyəti, aparılan tədqiqat yönləri, tərcümə sahəsində görülən mühüm işlər barədə tələbələrə məlumat verdi. Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən, folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olundu.

khazar.org

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxan Əzizxanlı. Məmməd Araz dili – Araz dili

Məmməd Araz – 90 Məmməd əmi sözümü yerə salmayıb əlli yaş öncəsi 1983-cü il mart ayının 22-də axşamüstü bizə gəldi (yeri gəlmişkən, şairin yubileyi may ayında filarmoniyada qeyd olundu. Özü deyirdi, əslində, mayda doğulub). Bayıl bir gün qabaqdan qatı ağ dumana bürünmüşdü. Sabah, sabah Məmməd Araz bizə gələcək, Fərəhdi hey […]