Əvvəli: https://klv.az/2025/06/25/edmund-husserl-xalis-fenomenologiya-3/
Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş
Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə
Birinci fəsil. Fakt və mahiyyət
§ 4. Fantaziya və mahiyyətin gözdən keçirilməsi. Mahiyyətin dərki faktların hər hansı dərkindən asılı deyil
Xalis mahiyyətin eydosu, intuitiv olaraq təcrübənin, qavrayışın, yada salmanın və s-in, mövcud olması ilə təcəssüm edə bilər, həm də eyni qayda ilə adi fantaziyalarda da mövcud ola bilər. Biz mahiyyəti nəyə görəsə, özlüyündə və onun ilkin mənbələrindən dərk etməklə, təcrübənin müvafiq müşahidəsindən, eləcə də naşı, mövcud varlığı başa düşməyən,”ancaq təsəvvür edə bilən” adi müşahidələrdən çıxış edə bilərik. Əgər biz öz sərbəst fantaziyalarımızla hansısa bir məkani yaratma, melodiya, sosial proseslər və s., döğururuqsa, yaxud da, təcrübi dərk etmə aktları, məmnunluq və ya narazılıq aktları, həyəcan aktları və s., quraşdırırıqsa, deməli biz bütün bu “ideasiya” vasitələri ilə, müxtəlif çeşidli xalis mahiyyətləri həmin ilkin mənbələrin özündən çıxış etməklə nəzərdən keçirə bilərik, hətta bəzən də adekvat olaraq, – qoy bu lap ya məkani görünüşlərin, melodiyaların, sosial proseslərin və s-in, ümumiyyətlə mahiyyəti olsin, ya da elə görünüşlərin, melodiyaların və s-n, müvafiq xüsusi növü olsun.
Bununla belə, belə bir şeyin nə vaxtsa aktual təcrübə ilə göstərilib-göstərilməməsinin fərqi yoxdur. Əgər sərbəst uydurma, hər hansı psixoloji möcüzə vasitəsi ilə, prinsipcə yeni bir təsəvvürə, məsələn, indiyə kimi heç bir təcrübədə olmayan və indidən sonra da heç bir təcrübədə rast gəlinməyəcək hissi məlumatlara gətirib çıxarsaydı, deməli, bu ilkin mahiyətlərin özündən gələn müvafiq mahiyyətlərin mövcudluğunda heç bir şeyı dəyişməyəcəkdi, – hərçəndi təsəvvür edilən məlumatlar – əsla gerçək məlumatlar deyil.
Bununla əhəmiyyətli dərəcədə aşağıdakılar əlaqəlidir: mahiyyətlərin güman edilməsi və ilk öncə seyrçi başa düşülməsi heş bir halda hər hansı bir fərdi mövcud olma gümanını implikasiya etmir; xalis mahiyyətlərə dair həqiqətlər, faktlara dəxli olan cüzi müddəaları belə özündə saxlamır, buna görə də, onların heç birindən faktlara aid ən əhəmiyyətsiz həqiqəti belə çıxarmaq mümkün deyil. Hər cür düşüncə faktları, hər cür mülahizə faktları özünün əsaslandırılması üçün təcrübəyə neçə ehtiyac duyursa (belə bir düşüncə mahiyyətin əsaslılığını bu şəkildə zəruri olaraq nə qədər tələb edir), bunun kimi də, xalis mahiyyətli düşüncələr – qarışdırılmamış düşüncələr, yəni mahiyyəti və faktları birləşdirməyən – mahiyyətləri əsaslandırılmış əsaslar olaraq nəzərdən keçirməyi tələb edir.
Rus dilindən tərcümə edən: Obaçı
Davamı: https://klv.az/2025/07/16/edmund-husserl-xalis-fenomenologiya-5/

