Əvvəli: https://klv.az/2025/07/03/edmund-husserl-xalis-fenomenologiya-4/
Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş
Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə
Birinci fəsil. Fakt və mahiyyət
§ 5. Mahiyyətlərdən və eydetik ümumilikdən bəhs edən mülahizələr
Hər halda aşağıdakılara diqqət yetirmək lazımdır. Mahiyyətlər və onlarla əlaqəli şəraitlər haqqında fikir yürütmək və ümumiyyətlə eydetik fikir söyləmək – bu bizim sonuncu anlayışa verməyə məcbur olduğumuz həmin miqyasda – eyni şey deyil: eydetik dərketmə özünün bütün mülahizələrində predmet olaraq, heç də mahiyyətlərdən bəhs edən – həm də bununla əlaqəli olan şeyləri əldə etmir: məsələn, təcrübəyə oxşar şüur kimi, mövcudluğun analoji başa düşülməsi kimi – bizim onu indiyə qədər başa düşdüyümüz kimi – mahiyyətli müşahidə; hansısa bir mahiyyət hansı şüur üzrə əyani dərk edilirsə, bunun kimi də fərdi olan bir şey təcrübədə dərk edilir, – bu yeganə şüur deyil, necə ki, mövcud olmanın hər hansı bu cür fərziyyələrini istisna etməklə mahiyyəti özündə gizlədir. Mahiyyətlər intuitiv olaraq dərk edilə bilər, həm də məlum dərəcədə, hec də “haqqında söhbət gedən predmetlərin” zəminində durmadan da başa düşülə bilər.
Gəlin müzakirələrdən çıxan nəticələrə əsaslanaq. Daha dəqiqi, burada bütün məsələ mahiyyətlərdən bəhs edən fikirlərlə, ümumən qeyri-müəyyən formada olan və fərdi bir şeyin gümanları ilə qarışdırılmayan, hər halda yenə də fərdilikdən bəhs edən mühakimələrdə dolaşan, ancaq yalnız ümumi olan həmin moduslarda, vahidlik kimi mahiyyətdən bəhs edən mühakimələrdə dolaşan, bu cür fikirlər arasında olan fərqlərdədir. Belə ki, xalis həndəsədə biz bir qayda olaraq “düzün”, “bucağın” “üçbucağın”, “konus kəsiyinin”və s-in, eydosu haqqında deyil, ümumiyyətlə düz və bucaq haqqında, ümumiyyətlə fərdi üçbucaqlar haqında, ümumiyyətlə konus kəsikləri haqqında mühakimə yürüdürük. Bu kimi ümumi mühakimələr mahiyyətli ümumilik xarakteri əldə edir, – “xalis”, yaxud, necə deyərlər, “ciddi” və ümumiyyətlə “şərtsiz” ümumilik.
Sadəlik naminə fərz edək ki, söhbət “aksiomlardan”, bilavasitə aşkar mülahizələrdən gedir, hansı ki, vasitəli əsas əldə edən mülahizələrin bütün digər şeylər də gedib ona çıxır. Bu cür mülahizələr – burada nə cür ki, ona qabaqcadan giriş verilir, həmin həddə, onlar fərdi vahidliklər haqqında mühakimə irəli sürür – özünün noetik əsaslandırılması üçün, yəni öz mülahizəsi üçün, müəyyən mahiyyətləri görmə qabiliyyətinə ehtiyac duyur, hansı ki, bunu (modifikasiyalaşmış mənada) həm də mahiyyətlərin dərk edilməsi kimi də göstərmək olar; mahiyyətli müşahidənin diqqətsizliyi kimi, həmçinin bu axırıncı da, onların təcrübi dərk edilməsinə deyil, mahiyyətlərin fərdi vahidliyinin gözlə görünməsinə əsaslanır. Və onlar üçün də həmçinin adi fantaziya təsəvvürləri, daha doğrusu, fantaziyaların gözlə görünməsi kifayətdir, – gözlə görünmə özlüyündə dərk olunur, o “görünür”, ancaq o burada mövcud olan kimi başa düşülmür. Əgər, misal üçün, biz mahiyyətli ümumiliklə (“şərsiz” və “xalis” ümumiliklə) mühakimə yürütsək: ümumiyyətlə bəzi rənglər ümumiyyətlə bəzi səslərdən fərqlənəcək, – deməli, indicə deyilənlər bununla təsdiqlənir. “Rəngin” mahiyyətinə aid olan vahidlik, həm də “səsin” mahiyyətinə aid olan vahidlik, intuitiv təsəvvür olunandırlar, üstəlik öz mahiyyətlərinə aid olan vahid kimi: belə bir vahid eyni zamanda fantaziya müşahidələrinin və mahiyyətli müşahidələrin məlum növlərində mövcud olur, – lakin sonuncuya o qədər də dəxli yoxdur ki, bu zaman müşahidə mahiyyətin predmetinə müraciət etsin. Bu situasiyanın mahiyyətinə habelə o da aiddir ki, burada bizim üçün hər dəfə və həmişə müvafiq obyektivləşdirici müəyyənliyə dönmək üçün yol açıq olur, bu da məhz mahiyyət imkanlarıdır. Müəyyənliklə dəyişilməyə uyğun olaraq mən mühakimənin özünü də dəyişirəm, bu halda o belə səslənəcək: “rəngin” mahiyyəti (“soyu”) başqa bir şeydir, nəinki “səsin” mahiyyəti (soyu). Deməli bu hər yerdə belədir. Bə əksinə: mahiyyətdən bəhs edən hər hansı mülahizə, özlüyündə, ola bilsin ekvivalent olaraq bu mahiyyətlərin vahidliyindən bəhs edən ümumi mülahizələrə üz çevirir. Beləliklə, xalis mahiyyətli mülahizələr (xalis eydetik mülahizələr), onlar hansı məntiqi formalarla fərqlənir-fərqlənsin, yenə də bir mənsubiyyətlidir. Onların hamısı içərisində o şey ümumidir ki, onlar fərdi varlığı, hətta mülahizələri fərd haqqında, yəni onun xalis mahiyyətli ümumiliyi haqqında irəli sürdükləri zaman da, ehtimal etmirlər.
Rus dilindən tərcümə edən: Yusif Rəhimoğlu Obaçı

