Əvvəli: https://klv.az/2025/05/07/edmund-husserl-fenomenologiya/
Britaniya ensiklopediyasına məqalə
1. Fenomenoloji psixologiya
Müasir psixologiya “psixika haqqında elm kimi konkret məkan-zaman əlaqələrinin reallığında öz materialı qismində dünyada EQÖ formasında iştirak edən şeyləri nəzərdən keçirir, yəni “hiss edən” (başa düşən, fikirləşən, idarə edən bə s.) kimi, qabiliyyətlərə və vərdişlərə yiyələnən kimi. Və nə qədər ki, psixi olan sadəcə insan və heyvan həyatının müəyyən qatı kimi götürülür, psixologiya antropologiyanın və zoologiyanın bir qolu kimi nəzərdən keçirilir. Ancaq heyvanat aləmi fiziki reallığın bir hissəsidir, sonuncu isə xalis təbiətşünaslığın mövzusudur. Bu zaman, xalis təbiətşünaslığa paralel xalis psixologiya yaratmaqdan ötrü fiziki olandan psixi olanı kifayət qədər dəqiq ayırmaq mümkündürmü?
Şübhəsiz, müəyyən hədlərdə xalis psixoloji araşdırma mümkündür. Biz ona, əsasən bizim özümüzdə psixofiziki anlayışlar kimi ortaya çıxan, əsas psixi anlayışımızlarla borcluyuq.
Ancaq xalis psixologiyanın inkişafı haqqında məsələni həll etməzdən öncə, biz önun təmsil etdiyi psixoloji təcrübənin və psixi məlimatların müxtəlif xarakteristikaları haqqında aydınlıq əldə etməliyik. Təbii ki, biz bilavasitə təcrübələrimızə müraciət etməliyik. Lakin biz psixi olanı hər hansı bir təcrübədə “refleksiya” vasitələri ilə üzə çıxarmaqla, onu mövcud mexanizmlərin təhrifı yolu ilə başqa cürə üzə çıxara bilmərik. Biz diqqətimizi, onların başa düşüldüyü psixi “təəssürat aktları” üzərində deyil, predmetlər, fikirlər, dəyərlər üzərində cəmləməyə adət etmişik. Bu akt refleksiya ilə üzə çıxarılır; hər hansı təcrübəni bəs refleksiya həyata keçirməyə imkan verir. Predmetlərin, dəyərlərin, məqsədlərin, köməkçi vasitələrin yerinə, biz onların “ortaya çıxardığı” həmin subyektiv təcrübəni nəzərdən keçiririk. Obyektlərin özünün real olub-olmamasından asılı olmayaraq, öz təbiətinə görə onların obyektlərinin “şüurundan” bəhs etməli olan bu “hadisələr” fenomenlərdir. Adi dil bu nisbiliyi ifadələrdə başa düşür: mən nə haqdasa düşünürdüm, mən nədənsə qorxdum və s. Fenomenoloji psixologiya öz adını “fenomenlərdən”, onun əlaqəsi olduğu psixoloji aspektlərdən əldə edir; “intensional” sözü, fenomenlərin mühüm əlaqəli xarakterini göstərmək üçün sxolastikadan götürülmüşdür. Hər cür şüur “intensionaldır”.
Qeyri-reflektiv (ixtiyari) şüurla biz obyektlərə “istiqamətlənirik”, biz onları “intendasiya” edirik; refleksiya da bunu, hərçəndi, son dərəcə müxtəlif formada olsa da, hər cür təəssüratlara xarakterik olan immannent proses kimi açır. Nə isə bir şeyi başa düşmək – şüurda bu nə isə ilə mənasız bir şeyin əldə edilməsi demək feyil. Hər cür fenomen özünün xüsusi intensional strukturuna malikdir, belə ki, təhlil göstərir ki, o individual olaraq intensional olan və intensional olaraq əlaqəli komponentlərin daim genişlənən sistemidir.
Məsələn, kubun dərk edilməsində mürəkkəb, sintezləşdirilmiş intensiya üzə çıxır, məsələn, kub hadisəsində, baxış nöqteyi-nəzərindən asılı olaraq mütəmadi variantlılıq və “perspektivdə” müvafiq fərqlər, həmçinin məlum məqamda görünən “ön tərəflə”, məlum məqamda görünməyən “arxa tərəf” arasında, nəticə ehtibarı ilə bir qədər “qeyri-müəyyən” qalan, ancaq eyni zamanda bərabər şəkildə mövcud hesab edilən fərq kimi. Bu müxtəlif təzahür-aspektlərin “axınını” və onların sintez üsullarının müşahidəsi göstərir ki, hər bir faza və interval artıq nəyi iləsə özündə “şüurdan bəhs edən” bir şeydir. Buna görə də daim yeni fazanın gəlişi heç bir an şüurun bütölüyünün sintetik birliyini pozmur, o faktiki olaraq eyni bir obyektin şüuru olaraq qalır. Zərurət əsasında öz mürəkkəbliyində həyata keçirilməli olan qavrayış axınının intensional strukturu, hətta əgər sadəcə fiziki predmeti mənimsəmək lazım olsa da, özünün əsas tipikliyinə malikdir // S. 280 (yəni bax: Husserliana, Bd. IX, Haag, 1962; digər dəlillərə məqalənin sonunda bax). Və əgər eyni bir predmet digər moduslarda, hətta xəyallarda, yaddaşlarda və repreduksiya kimi verilərsə, onda onun bütün intensional formaları yenidən hasil olur, hərçəndi onların xarakteri, qavrayışda olduqları ilə müqayisədə, yeni moduslara uyğun gəlməkdən ötrü dəyışilir. Onun özü də həmçinin psixi təəssüratların hər bir növü üçün öz ehtibarını saxlayır. Mühakimələr, qiymət vermələr, müxtəlif səylər – onlar da habelə şüurda müvafiq fikirlərlə, dəyərlərə, məqsdlərlə və vasitələrlə, mənasız olmayan şeylərə yiyələnmənin mahiyyətidir, təfsilatı ilə desək, uyğun olaraq özünün sabit növləri ilə intensional axından təşkil olunan təəssüratlardır. Fenomenoloji psixologiyanın universal məsələsi intensional təəssüratların forma və tiplərinin sistematik öyrənilməsindən, həmşinin onların strukturunun ilkin intensiyalara reduksiyasından və beləliklə psixi olanın təbiətinin öyrənilməsi ilə yanaşı, habelə ruhi həyatın başa düşülməsindən ibarətdir.
Bu araşdırmaların mənalılğı, görqnqr ki, psixoloqun xüsusi ruhi həyatı dərketmə çərçivəsindən çox uzağa gedir. Çünki psixi həyat bizim təkcə özü-özünə şüurda deyil, həm də bizim şüurumuzun digər “mən”-ində də açıla bilər. Nə qədər ki, o “özü” və “özgəsi” arasında olan fərqi müəyyənləşdirir, bu axırıncı mənbə sadəcə bizə, bizim özü özünə şüurda tapdığımız həmin şeyin ikiqat artırılmasından daha çox şey verir, hansı ki, biz bu mənbəni yaşayırıq və o, bu surətlə, bizim üçün “cəmiyyət həyatının” xarkteristikasını üzə çıxarır. Buna görə də, fenomenoloji psixologiyanın qarşısına qoyduğu sonrakı məsələ – “cəmiyyət həyatından” yığılan intensiyaların açılışıdır.
Rus dilindən tərcümə edən: Obaçı
Davamı: https://klv.az/2025/05/21/edmund-husserl-fenomenologiya-3/