Xəzər Universitetinin tələbələri Beynəlxalq Elmi Konfransda

2025-ci il 23 may tarixində Xəzər Universitetinin Filologiya və İbtidai sinif müəllimliyi ixtisaslarında təhsil alan tələbələr Bakı Mühəndislik Universitetində keçirilən “Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı”nda iştirak ediblər. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Tələbələr əvvəlcə açılış-plenar iclasda iştirak ediblər. Ardınca bölmə iclaslarında elmi məruzələrlə çıxış edərək uğurlu təqdimatlar nümayiş etdiriblər. Elmi yanaşmaları və çıxış bacarıqları ilə fərqlənən tələbələrdən Adilə Cəbrayılova (“Özbək dilinin səciyyəvi xüsusiyyətləri”), Şənay Mirzə (“Azərbaycan dilinin Kəlbəcər şivəsi”), Aysu Qənbərova (“Nitqin təmizliyini pozan amillər”), Günel Abuşova (“Azərbaycan dilinin Kürdəmir şivəsi”), Aysun Məmmədxanova (“İmla yazılarının növləri və əhəmiyyəti”), Həbibə Mirzəyeva (“Azərbaycan dilinin Qarabağ şivə qrupunun leksikası”), Zabilə Həsənova (“Qazax dilinin səciyyəvi xüsusiyyətləri”), Sərfinaz Nağıyeva (“Azərbaycan dilinin Bakı şivəsi”), Xədicə Məmmədova (“Çexovun “Palatada” hekayəsində İvan Dmitriçin ruhsal tələsi və Andrey Yefimiçin obrazı”) konfrans sonunda sertifikatlarla təltif olunublar.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Fenomenologiya

Əvvəli: https://klv.az/2025/05/21/edmund-husserl-fenomenologiya-3/ 3. Transsendental fenomenologiya Demək olar ki, transsendental fəlsəfə Dekartdan, fenomenoloji psixologiya isə – Lokk, Berkli və Yumdan başlamışdır, hərçəndi fenomenoloji psixologiya əvvəlcə bütövlükdə psixologiyaya xidmət edən metod və ya fənn kimi deyil, Dekart tərəfindən formalaşdırılmış transsendental problemlərin həllinə cəhd kimi meydana çıxmışdır. “Metafiziki təəssüratlarda” inkişaf etdirilmiş mövzu, ondan meydana […]