Britaniya ensiklopediyasına məqalə
E. Husserlin Britaniya ensiklopediyasina məqaləsi – fenomenologiyanı ingilis oxucularına tanıtmaq üçü ilk cəhdlərdən biridir. Qusserlin özü üçün bu məqaləni yazmaq asan başa gəlməmişdir: Qusserlin seçilmiş əsərlərinin 9-cu cildində onun birinci, ikinci və dördüncü variantı verilmişdir (Husserliana, Bd. IX, Haag, 1962). Sonuncu variant ixtisar məqsədi ilə, bir çox yerlərdə abtorizə edilməyə, ingilis tərcüməsi ilə yeri dəyişdirilməyə və müəyyən hissələrinin buraxılmasına xidmət üçün əsas rolunu oynamışdlr (almancadan tərcümədə mənanın təhrifi halları kvadrat mötərizələrdə göstərilmişdir). Bununla belə bu məqalənin dərc edilməsi The Encyclopaedia Britannica. 14-th edition., 17.(p.699-703) (1939)-də ədəbi-fəlsəfi fakt olaraq və ingilis dilli dünyada Qusserl fenomenologiyasının mənimsənilməsinin öyrənilmə faktı olaraq əsas mənbələrdən biri kimi qalır. Məqalənin bütün mövzusunun almancadan tərcüməsini jurnalın növbəti nömrələrindən birində mümkün nəşrindən sonra, oxucu, fenomenoloji mətndə olmasa da, hər halda konkret dil ifadələri baryerindən keçməklə fenomenologiya haqqında mətndə konkret germenevtik təcrübə – başa düşmə təcrübəsi həyata keçirə bilər.
Əgər biz ingilis variantında empirik və elməbənzər meyllər görürüksə (belə ki, çox vaxt mənanın təhrifinə aparır), bu vaxt orijinal alman mətni necə deyərlər, spekulyativ romantizm təbəqəsini saxlayır, bu da öz növbəsində, müəyyən yerlərdə mənanın yayğınlığına gətirib çıxarır. Biz yaxın illərdə rus dilinin fenomenologiyaya nə qədər adekvat olduğu sualına cavab tapa biləcəyikmi?
*****
Fenomenologiya yeni, deskriptiv, fəlsəfi metoddur, hansı ki, bunun əsasında keçən yüzilliyin sonunda yaradılmışdır:
1) ciddi empirik psixologiyanın qurula bilməsində yeganə ehtibarlı əsası təmin etməyə qabil aprior psixoloji elm.
2) bütün elmlərin sistematik baxışdan keçirilməsi üçün bizi alətlər kompleksi ilə təchiz edə bilən universal fəlsəfə.
Rus dilindən tərcümə edən: Obaçı
Davamı: https://klv.az/2025/05/14/edmund-husserl-fenomenologiya-2/