Əvvəli: https://klv.az/2025/04/16/edmund-husserl-kartezian-dusunceleri-10-55/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
IV Fəsil. Təəssüratların fenomenoloji və ideal məzmununun mənası
- 33. “Məna” anlayışı və növ mənasında “anlayış” uyğun gəlmir
Biz dedik ki, məna “ümumi predmetlərin” və ya növlərin sinfini yaradır. Əgər onun haqqında danışırıqsa, deyə bilərik ki, hər bir növ onun irəli sürdüyü mənanı tələb edir, həm də bu mənanın özü də hər halda bir növdür. Lakin növ kimi düşünülən mənanın və onun predmetinin özü eyni şey deyil. Biz məsələn, individual sahədə olduğu kimi, eyni ilə Bismarkın özü ilə onun haqqında olan təsəvvürlər arasındakı, deyək ki, Bismark – böyük alman dövlət xadimidir və s. bu kimi fərqləri müqayisə etdik, eləcə də biz növ sahəsində də bunu həyata keçirək, məsələn, 4 ədədinin özü ilə 4-ün predmet olaraq malik olduğu təsəvvürlər arasında olan fərq kimi, misal üçün, 4 ədədi – bu ədədlər cərgəsində ikinci sırada dayanan cür ədəddir və s. Beləliklə bizim düşündüyümüz ümumilik, mənaların fikirləşdiyimiz ümumiliyində ərimir. Məna, onlar özlüyündə ümumi predmetlərin mahiyyəti olduğu üçün zərər vurmadan dağılır, o ki qaldı onların aid olduğu predmetlərə, bunlar da fərdi (spezielle), yaxud – tam aydın səbəblərə görə daha yaxşlsl dilə dəxli olduğunu demək olardı – ümumi növlərə (generelle) parçalanır. Bu surətlə, misal üçün, demək olar ki, individual təsəvvür mənanın birliyi kimi ümumilikdir (Generalia), halbuki onların predmeti individlərdir (Individualia).
- 34. Məna aktında məna əyani başa düşülmür.
Biz demişdik ki, məna təəssüratlarında ümumi mənaya yeganə hal kimi bu növün fərdi cəhətləri uyğun gəlir: belə ki, qırmızı predmetdə qırmızının görünən fərqinə qırmızı momentlər uyğun gəlir. Əgər biz akt həyata keçiriiksə, bir növ onda yaşayırıq, bu vaxt təbii ki, onun mənasını deyil, məhsulunu nəzərdə tuturuq. Əgər biz mülahizə söyləyiriksə, deməli biz, müddəanın, məntiqi cəhətdən fikrin mənası haqqında deyil, müvafiq şeylər haqqında mühakimə yürüdürük.
Sonuncu bizim üçün yalnız, sadəcə həyata keçirilən mülahizələrə göz yetirməyimizlə deyil, həm də tələb olunan abstraksiyanı (yaxud, daha doğrusu ideasiyanı) həyata keçirməyimizlə, reflektiv təfəkkür aktıında predmet olur. Bu məntiqi refleksiya süni şəraitdə, yəni tamamilə istisna hal kimi baş verən hansısa bir fəaliyyət deyil, o məntiqi təfəkkürün normal tərkib hissəsidir. O şey ki, məntiqi təfəkkürü xarakterizə edir, bu, təfəkkür aktının təzəcə həyata keçirilmiş məzmununda addımbaşı refleksiyada yerinə yetirilən məntiqi əlaqə və ona tuşlanmış nəzəri baxışdır. Nümunə olaraq bizə düşünən baxışın olduqca ümumi forması xidmət edə bilər: “S P-dir? Çox güman ki, bu belə də ola bilər. Lakin, bu vəziyyətdən o nəticə çıxardı ki, M mövcuddur. Bu isə ola bilməz; buna görə də, mənim əvvəlcə mümkün saydığım şey, yəni ki, S P-dir məsələsi yalan olmalıdır və s.” S P-dir vəziyyəti ki, hər tərəfə çıxan mövzu kimi nəzərdən keçirilir, şübhəsiz, təfəkkürün ilk aktında sadəcə mənanın tez ötüb keçən momenti deyil, haradaki bu fikir bizdə birinci dəfə üzə çıxır, məntiqi refleksiya daha çox sonrakı addımlarda həyata keçirilir, o da bundan belə fasiləsiz olaraq, bizim təfəkkürün ümumi əlaqələri ilə ideasiyada başa düşdüyümüz və eyni bir şey kimi identifikasiyalaşdırdığımız vəziyyətin mənasını nəzərdə tutur. Haradaki vahid nəzəri əsaslandırma inkişaf əldə edir, bütün bu yerlərdə vəziyyət eyni ilə bu cürdür. Əgər biz mühakmənin mənasının məzmununa diqqət yetirməsək, biz heç bir “bu səbəbdən” və ya “buna görə də” ifadəsi söyləyə bilmərik.Biz müzakirələrdə mühakimə irəli sürdüyümüz zaman, biz təkcə fikir aktlarında yaşamırıq, həm də biz fikirlərin məzmununa refleksiya edirik; yalnız ona müraciət etdiyimiz zaman əsaslandırılmış nəticə ortaya çıxır. Buna görə və məhz yalnız buna görə müddəanın məntiqi forması fikirdən aşkar şəkildə nəticə çıxara bilər.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/04/30/edmund-husserl-kartezian-dusunceleri-10-57/