Əvvəli: https://klv.az/2025/04/23/edmund-husserl-kartezian-dusunceleri-10-56/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
IV Fəsil. Təəssüratların fenomenoloji və ideal məzmununun mənası
§35. “Özündə” məna və ifadə olunmuş məna
İndiyə qədər biz, əsasən normal şəraitdə “məna” sözünün, ifadənin məna mahiyyətinin nisbi məqsədini göstərən mənalardan artıq söhbət açdıq. Lakin özlüyündə faktiki olaraq məna kimi fəaliyyət göstərən ideal birliklərlə, işarələr, yəni insanın mənəvi həyatında reallaşması vasitəsi ilə bir-birinə bağlanan işarələr arasında zəruri əlaqələr mövcud deyil. Hətta biz onu da təsdiq edə bilmərik ki, bütün bu növ ideal birliklər ifadə olunmuş mənaların mahiyyətidir. Anlayışların yeni yaranan hər bir hadisəsi, bizi indiyə qədər reallaşdırılmamış qalan mənanı hansı şəkildə reallaşmasdırmağa öyrədir. Necə ki, ədəd ədəd kimi – arifmetikanın tələb etdiyi ideal mənada – hesab aktı ilə birgə meydana gəlmir və yox olmur və həmçinin buna görə sonsuz ədədlər sırası, ideal qanunauyğunluqla obyektiv olaraq dəqiq məhdud sabitliyi, heç kəsin artırıb azalda bilmədiyi ümumi predmetlərin məcmusunu təmsil edir, ideal, xakis-məntiqi bütövlüklərlə, anlayışlarla, vəziyyətlərlə, həqiqətlərlə, daha qısa desək, məntiqi mənalarla da məsələ eyni ilə bu cürdür. Təsadüfi şəraitlərin başa düşülən və ifadə edilən olması üçün onlar ümumi predmetlərin ümumi qapalı məcmusunu yaradırlar. Buna görə də, nəhayətsiz mənalar mövcuddur ki, sözün adi, nisbi mənasında, sadəcə mümkün mənalardır halbuki, onlar heç vaxt ifadə olunmayıb və insanın idraki gücünün məhdudluğu ucbatından heç vaxt ifadə oluna bilmir.
Alman dilindən rus dilinə V.İ.Molçanov tərcümə etmişdir
Rus dilindən tərcümə edən: Yusif Rəhimoğlu Obaçı