Əvvəli: https://klv.az/2025/04/09/edmund-husserl-kartezian-dusunceleri-10-54/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
IV Fəsil. Təəssüratların fenomenoloji və ideal məzmununun mənası
§32. Mənaların ideallığı normativ cəhətdən ideallıq deyil
Məna idellığı ümumiyyətlə növ ideallığında (Spezifische) xüsusi haldır. O heç bir halda normativ ideallığın mənasına malik deyil, sanki söhbət, ayrı-ayrı hallarda az-çox özünün təqribi müqayisə edilən realizasiyasının bütövlük idealından, mənasının son idealından gedir. Əlbəttə, “məntiqi anlayış”, yəni normativ məntiq mənasında termin kimi, özünün məna aktına nisbətən idealdır. Çünki idrak sənətinin tələbi belədir: “Sözü mütləq öxşar mənalarda işlətməklə, mənanın bütün sarsıntılarını istisna etmək. Mənanı fərqləndir və mülahizələrdə ciddi fərqlənən işarələri duymaq vasitəsi ilə təfəkkürün ifadə olunmasında onların fərqləndirilməsinin saxlanılması qayğısına qal”. Lakin bu göstəriş, ümumiyyətlə göstəriş nəyə aid ola bilərsə, ona – məna ifadə edən terminlərin yaranmasına, subyektiv seçimin və fikirlərin ifadəsi haqında çəkilən qayğıya aiddir. “Özündə” məna, bir növ məna aktının (uyğun olaraq, artıq nəzərdən keçirilmişlər) artıq sarsılmaması kimi, növ birliyinin mahiyyətidir; onlar özü özlərində ideallar təmsil etmirlər. İdeallıq adi, normativ cəhətdən reallığı istisna etmir. İdeal, hətta real şey kimi mövcud ola bilən və qarşımızda dayana bilən konkret nümunədir; nə vaxt ki, gənc rəssam böyük ustadın əsərini özü üçün ideal hesab edir, bu zaman özü də yaradıcılığında onun kimi olmağa can atır. Və hətta haradaki, ideal realizasiya olunmazdır, o yerdə bəzi individlərdə ən azı intensiya təsəvvürü mövcud olur. Növ ideallığı (des Spezifischen) əksinə, reallığa və individuallığa qarşı olur; bu mümkün səylərin məqsədi deyil, onun ideallığı “müxtəlifliyin vədəti”dir; növün (Species) özü deyil, ancaq ona yalnız tək aid olan şey bəzən onun praktiki idealı ola bilər.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/04/23/edmund-husserl-kartezian-dusunceleri-10-56/