2022-2024-cü illərdə Xəzər Universitetində Azərbaycan dili ixtisası üzrə magistr təhsili alan, hal-hazırda Pekin Xarici Dillər Universitetində Azərbaycan dili müəllimi kimi çalışan əsl adları Siyuan Wang, Yuxuan Tang olan, Azərbaycanda isə Vaqif və Tamella kimi tanınan gənc tədqiqatçılar Prezident İlham Əliyev və ailəsinin Çinə dövlət səfəri çərçivəsində Xəzər tv və İctimai tv nümayəndələrinə müsahibə veriblər.
Onlar müsahibələrində Çində Azərbaycan dilinin tədqiqi və tədrisi ilə məşğul olduqlarını, bu prosesin iki dövlət arasındakı elmi, mədəni və iqtisadi əlaqələrini gücləndirəcəyinə inandıqlarını və bu yolda davamlı çalışacaqlarını qeyd ediblər.
Müsahibələrin məzmunları ilə aşağıdan tanış ola bilərsiniz: