Əvvəli: https://klv.az/2025/04/02/edmund-husserl-kartezian-dusunceleri-10-53/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
IV Fəsil. Təəssüratların fenomenoloji və ideal məzmununun mənası
§31. Məna aktının və ideal olaraq-bir mənanın xarakteri
Psixoloji cəhətdən bu ümumi olanın psixoloji cəhətdən dəyişilənlərə qarşı olduğunu bildirməklə, biz hələ, bununla, ifadələr və ya ifadə edən aktlar haqqında aydınlaşdırmaq istədiyimiz differensiyanı, yəni onların psixoloji və məntiqi məzmunları arasında olan differensiyanı göstərmiş olmuruq. Çünki psixololi məzmuna, təbii ki, eyni ilə dəyişmə hallarında oxşar olduğu kimi, müxtəlif hallarda da oxşar olanlar aiddir. Ona görə ki, biz hər yerdə artıq məna olması ilə aktın oxşar xarakteri kimi qalan təlim üzərində qətiyyən dayanmırıq. Məsələn, P transsendent ədəddir müddəasını oxumaqla, biz bunun altında nəzərdə tutduqlarımızı ifadə edən şeylər, yalnız həmişə təəssürat kimi bizim təfəkkürümüzdə təkrar cəhətlər hasil edən fərdi xüsusiyyət deyil. Bu və ya digər halda bu cəhətlər hər halda fərdi olaraq başqadır, halbuki, müddəanın mənası oxşar olmalıdır. Əgər biz və ya digər başqa şəxs eyni bir hadisəni bərabər intensiya ilə tələffüz ediriksə, deməli, hər kəs özünün başa düşmə momentinin xüsusi fenomeninə, sözünə malikdir. Lakin fərdi təəssüratların bu qeyri-məhdud müxtəlifliyinin əksinə olaraq, onda ifadə olunan bu eyni olan şeylər, sözün ən ciddi mənasında hər yerdə oxşardır.
Şəxslərin və məna aktlarının sayı ilə birlikdə vəziyyətin sayı artırılmır, ideal məntiqi mənada mühakimə – birdir. O ki, biz mənanın ciddi eyniliyinə təkid edirik və onu məna aktının daimi psixi xarakterindən fərqləndiririk, bu, incə fərqləndirmyə olan subyektiv təəşşüqdən deyil, sərt nəzəri inamdan baş verir ki, yalnız bu surətlə məntiqin başa düşülməsi üçün vəziyyətə lazımı əsaslı haqq qazandırmaq olar. Bununla belə söhbət sadəcə, yalnız özünün aydınlaşdırıcı gücü vasitəsi ilə haqq qazandırılmalı olan adi hipotezdən getmir, həm də biz onu bilavasitə başa düşülmüş həqiqət kimi çəkib gətiririk və dərketmə məsələsində, aşkarlıq məsələsində bu sonuncunun nüfuzun arxası ilə gedirik. Mən başa düşürəm ki, təsəvvürlərin və mühakimələrin təkrar aktlarında mən eyni ilə həmin şeyə, eyni ilə həmin anlayışlara, yaxud, eyni ilə həmin vəziyyətə oxşar olanları nəzərdə tuturam və ya nəzətdə tuta bilərəm; mən dərk edirəm ki, məsələn, haradaki söhbət vəziyyətdən, yaxud P transsendental ədəddir həqiqətindən gedir, o yerdə mən əsla qarşımda duran fərdi təəssüratları, yaxud hansısa bir şəxsin təəssürat momentlərini nəzərdə tutmuram. Mən başa düşürəm ki, fikrən təhlil edən bu danışıq o şeyləri predmet edir ki, həqiqətən onlar adi danışıqda mənanı təşkil edir. Nəhayət mən dərk edirəm ki, o şeyi ki, mən adı çəkilən vəziyyətdə nəzərdə tuturam və ya onu məna kimi başa düşürəm (əgər mən onu qulaq asaraq qəbul edərəmsə), mənim onun haqqında düşünüb-düşünməməyimdən, mənim mövcud olub-olmamağımdan, ümumiyyətlə düşünən şəxsin mövcud olub-olmamasından asılı olmayaraq, bu həmin şeyə oxşardır ki, o vardır. Hər hansı bir məna üçün, subyektin mənası üçün, predikatın mənası üçün, əlaqə və münasibətlərin və sarələrinin mənaları üçün də bu eyni ilə həmin gücə malikdir. Bu ilk növbədə, yalnız ibtidai mənalara xas olan ideal müəyyənliklər üçün gücə malikdir. Əgər yadımıza salsaq, bura, həqiqət və yalan, mümkün olan və mümkün olmayan, ümumi və tək, müəyyən və qeyri-müəyyən və sair, bu kimi, çox mühüm predikatlar aiddir.
Bizim burada təsdiq etdiyimiz bu həqiqi eynilik, növün eyniliyindən (Spezies) başqa bir şey deyil.
O fərdi vahidliklərin (sumbЈllein e„j ›n) dağınıq müxtəlifliyini, ideal birlik kimi, bu cür və yalnız bu cür əhatə edə bilər. Ideal-tək mənaya münasibətdə müxtəlif vahidliklər, təbii ki, məna aktının müvafiq momentləridir, məna intensiyasının mahiyyətidir. Məsələn, eyni ilə hamısı həmin qırmızılığa “malik” olduğundan, in specie qırmızılığının, burada olan kağız zolağına münasibətində olduğu kimi, məna da özünü məna aktına münasibətdə (təsəvvür aktının məntiqi təsəvvürə, mühakimə aktının məntiqi mühakiməyə, nəticə aktının məntiqi nəticəyə münasibəti də eləcə) elə aparır. Hər bir zolaq digər momentləri konstruksiyalaşdırması (müddəti, formanı və s) ilə yanaşı, özünün fərdi qırmızılığına, yəni rəngin bu növündə özünün yeganə vəziyyətinə malikdir, halbuki o özü nə bu zolaqlarda, nə də başqa heç bir yerdə real olaraq mövcud deyil; xüsusən də, bir halda ki, sonuncu real varlıq sahəsinə, keçicilik sferasına aiddir, bizim təfəkkürdə də mövcud deyil.
Məna, həmçinin demək olar ki, “ümumi predmetlər” baxımından anlayışlar sinfi yaradır. Ona görə də əgər onlar “dünyanın” heç yerində deyildirsə, onda bəzi tТpoj oЩranoj-də və ya ilahi məzmunda mövcud olan bir şey kimi, predmet deyillər, bu cür hipostazlaşdırma absurd olardı. Kim varlıq dedikdə yalnız “real” varlığı, predmet dedikdə yalnız real predmeti anlamağa vərdiş etmişsə, söhbət ona özünün yalanı əsasında ümumi predmetlərdən və onların varlığından bəhs edən kimi görünəcək; əksinə, kim bu danışığı ilk öncə müəyyən mühakimələrin məna ifadə edən əlamətləri qismində başa düşəcəksə, , xüsusən də, ədədlər, vəziyyətlər, həndəsi quruluşlar və s. sahələr haqqında aparılan bu cür müzakirələrdə, hətta söhbətin burada adətən mühakimənin mənalılığının korrelyatı haqqında getsə də və burada “həqiqi mövcud olan predmetin” adını aşkarcasına onun adına yazmağın lazım gəlib-gəlmədiyi haqqında soruşulsa da, o burada heç bir maneə görməyəcək. Döğrudan da, məntiqi yanaşma ilə, yeddi düzgün cisim eyni ilə həmçinin yeddi müdrük kimi yeddi predmetin mahiyyətidir; paralelloqramın gücündən bəhs edən vəziyyət də həmçinin, Parıs şəhəri kimi, predmetdir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/04/16/edmund-husserl-kartezian-dusunceleri-10-55/