Əvvəli: https://klv.az/2025/03/26/edmund-husserl-kartezian-dusunceleri-10-52/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
IV Fəsil. Təəssüratların fenomenoloji və ideal məzmununun mənasi
§30. İfadə edilmiş təəssüratların psixoloji cəhətdən məzmunu və onun vahid məna cəhətdən məzmunu
Mənanın mahiyyətini biz, ona məna verən təəssüratlarda deyil, danışanın və düşünənin müxtəlif istiqamətlərə dağılan gerçək və ya mümkün təəssüratlarının əksinə olaraq, özündə eyni intensional bölünməzliyi təmsil edən onun “məzmunun”da müəyyən edirik. Bu ideal cəhətdə, müvafiq təəssüratların mənasının “məzmunu”, qətiyyən psixologiyanın məzmun altında, yəni təəssüüratın hər hansı bir hissəsi və ya tərəfi kimi başa düşdüyü həmin şey deyil. Əgər biz adı başa düşürüksə – onun fərdi və ya ümumi olanı, fiziki və ya psixi olanı, mövcud olanı və ya mövcud olmayanı, mümkün olanı və ya mümkün olmayanı adlandırmasının fərqi yoxdur – yaxud, əgər biz söyləniləni başa düşürüksə – onun məzmununa görə həqiqi və ya yalan, ziddiyyətli və ya absurd olmasının, onun mühakimələrdə və ya uydurmalarda deyilməsinin fərqi yoxdur – bu zaman o şeylər ki, bu və ya digər ifadəni göstərir (bir sözlə, məntiqi məzmunu təşkil edən və xalis-məntiqi kontekstdə təsəvvür və ya anlayış kimi, mühakimə və ya vəziyyət kimi görünən mənanı), onlar özündə elə bir şeyi təmsil etmirlər ki, o, real mənada müvafiq başa düşmə aktının hissəsi hesab edilsin. Təbii ki, bu təəssürat da eyni ilə özünün psixoloji komponentlərinə malikdir, o məzmundur və adi psixoloji cəhətdən məzmundan təşkil olunur. Bura ilk növdədə təəssüratların duyulan tərkib hissələri, onların xalis vizual, akustik məzmununda sözlərin təzahürü və bu sözlərə sonradan məkanda və zamanda malik olan əyani başa salma aktları aiddir. Məlumdur ki, fərddən fərdə dəyişən psixoloji tərkib, bu cəhətdən olduqca müxtəlifdir; lakin həm də eyni bir fərdə məxsus bu şəkildə dəyişmə, üstəlik “eyni ilə həmin” sözə münasibətdə, müxtəlif vaxtlarda olur. Mənim dinməz təfəkkürümü müşaiyyət edən və onu möhkəmləndirən, o şeylər ki, mən onları sözlərə təqdim edirəm və hər dəfə xəyalıma gətirirəm ki, mənim səsim bu sözləri tələffüz etsin, bununla bərabər o şeylər ki, bəzi yerlərdə mənim tərəfimdən stenoqrafik olaraq və ya normal formada qeyd etdiyim hərflərlə meydana çıxır – bütün bunlar mənim fərdi xüsusiyyətlərimdir və onlar mənim təəssüratlarımın və mənim təsəvvürlərimin yalnız psixoloji məzmununa məxsusdurlar.
Psixoloji mənada məzmuna daha sonra, subyektiv yanaşma ilə gümanları və ya nöqteyi-nəzərləri təşkil edən aktın xarakteri haqqında, deskriptiv olaraq həmişə asan ələ keçirilməyən müxtəlif fərqlər də aiddir. Əgər mən Bismark adını eşidirəmsə, deməli, bu sozü onun tam mənasında anlamaq üçün, onu mən yumşaq şlyapada və paltoda və ya dəmir geyimli uniformada nəhəng kişi kimi təsəvvür etməyimin, yaxud da, onu mən müvafiq olaraq bu və ya digər obrazlı fantaziyalarda xəyal etməyimin qətiyyən fərqi yoxdur. Axı fantaziya obrazlarının – şüurun əyani və ya dolayısı ilə həyata keçirdiyi məna – olub-olmamasında, şəraitin özü, heç bir əhəmiyyət kəsb etmir.
Geniş yayılmış tək bir nöqteyi-nəzərlə biz müəyyən etdik ki, ifadənin mahiyyəti az-çox tam olan, onu həyata keçirməklə ona birləşə bilən yaxin və ya uzaq əyani təsəvvürlərdə deyil, məna intensiyalarında tamamlanır. Elə ki, onlar üzdə görünürlər, dərhal məna intensiyası ilə sıx surətdə bir-birinə qarışırlar; buradan da aydın olur ki, şüurlu surətdə fəaliyyət göstərən ifadənin gözdən keçirilən ümumi təəssüratları da həmçinin, təsadüfdən təsadüfə məna tərəfdə az olmayan psixoloji fərqlər üzə çıxarır, halbuki, onun mənası hər halda yenə də dəyişməz olaraq qalır. Biz habelə göstərdik ki, mənaların bu özü özünə eyniliyi (Selbigkeit) həqiqətən onun aktları ilə əlaqələndirilmiş nə isə müəyyən bir şeyə uyğun gəlir; buna görə də, o şeyi ki, biz məna intensiyası adlandırırıq, o, yalnız həyata keçirilmiş müşahidələrlə əlaqə sayəsində zahirən diferensiallaşan, bəzi mənalardan məhrum xarakterlərə malik deyil. Daha doğrusu, müxtəlif mənalara, yaxud, müvafiq olaraq, məna verən qismində fəaliyyət göstərən ifadələrə, məzmunca mənanın müxtəlif cür xarakterizə olunan intensiyaları aiddir; halbuki, mənaca hamısı bərabər kimi başa düşülən ifadə, eyni ilə həmin məna intensiyası ilə, oxşar müəyyən olunmuş bəzi psixi xarakter kimi təchiz olunur. Özünün psixoloji məzmununa görə onun bu cür güclü fərqlənməsi sayəsində ifadələrin təəssüratları eyni ilə həmin mənanın təəssüratları formasını alırlar. Özlüyündə aydındır ki, məna aktının sarsılması burada işin mahiyyətində heç bir şeyi dəyişməyən, müəyyən məhdudiyyəti şərtləndirir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/04/09/edmund-husserl-kartezian-dusunceleri-10-54/