Əvvəli: https://klv.az/2025/03/19/edmund-husserl-kartezian-dusunceleri-10-51/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
III Fəsil. Sözlərin mənasının qərarsızlığı və mənaların vəhdətinin ideallığı
§29. Xalis məntiq və ideal məna
Xalis məntiq deyəndə söhbət həqiqətənmi anlayışların, mühakimələrin, nəticələrin bizim məna adlandırdığımız, son dərəcə bu ideal birliklərilə əlaqəsindən gedir; belə ki, biz mənanın ideal mahiyyətini psixoloji və qrammatik əlaqələrdən azad etmək istəyirik və belə ki, biz daha sonra məna ifadə edən predmetliliyin bu mahiyyətdə köklənən aprior əlaqəsini aydınlaşdırmaq istiqamətinə yönəliriksə, deməli biz xalis məntiqi sferada yerləşirik.
Bu lap əvvəldən aydındır ki, hərgah biz bir tərəfdən, məntiqin, özlüyündə onun elmlərin ideal mahiyyəti ilə iş görən nominal elm olması ilə əlaqədar, çöxmənalı elmlərə münasibətdə qəbul etdiyi mövqeyi düşünsək; əgər eyni ilə onun kimi, o da təfəkkürdən bəhs edən, üstəlik, onun nəzəri məzmunu və düzgünlüyünə uyğun nomonoloji elmdirsə; həm də əgər, digər tərəfdən, fikir versək ki, elmlərin nəzəri məzmunu, onun mənası-məzmunu haqqında yürüdülən bütün təsadüfü fikirlərin və mühakimələr situasiyasından asılı olmayan müıahizələrdən başqa bir şey deyil, bu zaman deməli, mülahizələr nəzəri formalarda birləşir və nəzəriyyə hər halda, yenə də mənanın məna ifadə edən (və bizə aşkar dərk edilmələrlə “verilən”) predmetliliklə vəhdətində olduğu kimi, özünün ideal qanunauyğun vəhdətinin mütənasibliyi sayəsində, öz obyektiv mənasını əldə edir. Şübhəsiz, bu fikirdə məna adlanan şeylər, özünə yalnız, müxtəlif növ ifadələrdə söylənilən və təəssüratların müxtəlif aktlarında düşünülən və həm də hər halda təsadüfi ifadələrdən necə, eləcə də fikirləşənin təsadüfi təəssüratlarından dəqiq ayrılmalı olan ideal birlikləri qoşur.
Əgər hər hansı nəzəri birlik öz mahiyyəti ehtibarı ilə, mənaların birliyidirsə və əgər məntiq ümumiyyətlə nəzəri birliklər haqqında elmdirsə, onda yəqin ki, məntiq özlüyündə, mənalardan, onların mühüm növlərindən, eləcə də bilavasitə onlara köklənən qanunlardan (nəticə ehtibarı ilə, ideal olan) bəhs edən elm olmalıdır. Zira bu cür mühüm fərqlərə aşağıdakılar aid edilir: predmetli ilə predmetsiz, həqiqi ilə yalan mənalar arasında olan fərqlər, bu qanunlara aid olan fərqlər isə, mənaların kateqorial formaları ilə, onların predmetliliyi, yaxud həqiqiliyi arasında aprior qarşılıqlı əlaqəni göstərən “təfəkkür qanunları” arasında olan fərqlərdir.
Məntiqin mənalardan bəhs edən elmlər kimi bu cür başa düşülməsinə, psixoloji terminlərlə, yaxud, təsəvvür, mühakimə, müddəa, inkar, fərziyyə, əməl etmə və il axır. eləcə də, həqiqətən adi psixoloji fərqləri müəyyən edən və onlara aid psixoloji qanunauyğunluqları izləməyə cəhd edən, bu kimi psixoloji olaraq izah edilə bilən terminlərlə əməliyyat aparan, ənənəvi məntiqin adi təsviri və şərhi qarşı durur. Lakin bu cür başa düşmə Prolegomena-da tənqidi araşdırılmadan sonra biz çaşdıra bilməz. O yalnız məntiqin, onun xüsusi araşdırma sferalarını təşkil edən və obyektiv elmlərindən hələ çox şey əxz etməli olduğu obyektləri düzgün anlamasından nə qədər uzaqlaşdığını göstərir, necə ki, onun mahiyyətini hər halda nəzəri olaraq başa düşməyə can atır.
Haradaki elmlər sistematik nəzəriyyələri inkişaf etdirir, haradaki onlar sadəcə araşdırmaların və asaslandırmaların subyektiv tərəflərindən xəbər vermək əvəzinə, obyektiv bütövlük kimi dərk olunmuş həqiqətin yetkin məhsulunu təmsil edirlər, orada söhbət heç vaxt və heç yerdə mühakimələrdən, təsəvvürlərdən və digər psixi aktlardan getmir. Əlbəttə, obyektiv tədqiqatçı ifadələri müəyyən edir. O deyir: həyati qüvvə, kütlə, inteqral, sinus və c. dedikdə, bunun altında məhz, bu və ya digər şeyləri başa düşürlər. Ancaq o bununla yalnız öz ifadələrinin obyektiv mənalarına işarə edir, o anlayışlara onun gözləri qarşısında, həm də bu sferanın həqiqətinə nisbətən konstruksiyalaşdıran momentlər rolunu oynayan yarlıq (signiert) yapışdırır. Onu anlaşılma aktı deyil, onun üçün mənanın, habelə, özü anlayışlardan əmələ gələn həqiqətin ideal bütövlüyünü göstərən anlayış maraqlandırır.
Tədqiqatçı daha sonra vəziyyəti müəyyən edir. Bununla o əlbəttə, təsdiq edir və mühakimə yürüdür. Lakin o, bu şeyə can atmır ki, özünün və başqasının mühakimələrindən danışsın, o müvafiq vəziyyət haqqında danışmağa cəhd edir və əgər o bu vəziyyətə tənqidi yanaşarsa, deməli, bu zaman o mülahizələrin mənasını nəzərdə tutur. Mühakiməni deyil, o vəziyyəti (Saetze) həqiqi və yalan adlandırır, vəziyyətin mahiyyəti onun üçün ilkin şərtdir, onun üçün nəticədir. Vəziyyət psixi aktlardan deyil, təsəvvür və qavrayış aktlarından qurulur, lakin vəziyyətlərdən asılı olmasa da, hər halda son nəticədə anlayışlardan asılıdır.
Vəziyyətin özü nəticələrin təməl daşıdır və burada da yenə nəticə aktları ilə onların vahid məzmunları, nəticələri, yəni müəyyən mürəkkəb mülahizələrinin oxşar mənaları arasında fərq mövcuddur. Yekun formaları təşkil edən zəruri nəticələrin nisbəti fikir təəssüratlarının empirik-psixoloji əlaqəsi deyil, mülahizələrin, vəziyyətlərin mümkün mənalarının ideal birliyidir. O şey ki “yaşayır” (existiert), yaxud “mövcud olur” (besteht), deməli o məna ifadə edir. Və mənalılıq (Geltung) da, empirik müzakirə ilə əhəmiyyətli əlaqəyə malik olmayan bir şeydir. Əgər təbiətşünas vasitə qanunlarından, cazibə qanunlarından bəzi maşınların hərəkət üsullarını çıxarırsa, deməli o, əlbəttə, özündə subyektiv aktların bütün mümkün təəssüratlarını yaşayır. Bununla belə o, nəyi ki, bütöv kimi düşünür və əlaqələndirir, bu anlayışların və vəziyyətlərin, onların maddi münasibətləri ilə birgə mahiyyətidir. Mənanın obyektiv vəhdəti (yəni “verilən” aşkar maddi obyektivliyə adekvat uyğun olan), bununla belə, onu təfəkkürdə kimin aktuallaşdııb-aktuallaçdırmamasından asılı olmayaraq, necə vardırsa, eləcə də təfəkkürün subyektiv əlaqələrinə uyğundur.
Beləliklə hər yerdə, nə vaxt ki, tədqiqatçı bununla elmdə obyektiv mümkün olan və məna ifadə edən şeylərdən dil və siqnitiv sahəni eksplisit müəyyən etmək üçün bəhanəyə malik deyil, bu zaman o, bəlkə də yaxşı bilir ki, ifadə təsadüfidir, fikir isə, zəruri, ideal-oxşar mənadır. O həmçinin bilir ki, o fikirlərin və fikri əlaqələrin, anlayışların və həqiqətlərin obyektiv mənalılığını yaratmır, sanki söhbət onun və ümumiyyətlə onun gördüyü və kəşf etdiyi insan ruhunun təsadüfi hadisələrindən gedir. O bilir ki, bu obyektiv mənalılığın ideal varlığı “bizim ruhi varlığımızda” müəyyən psixi mənaya malik deyil, belə ki, axı bu zaman ümumiyyətlə bütün real varlığın həqiqətinin və idealının əsl aydınlığı ilə birgə, bununla yanaşı subyektiv varlıq da sıradan çıxa bilərdi. Və əgər ayrı-ayrı tədqiqatçılar bu şeylərin baş vermə hallarını hər halda başqa cür yozurlarsa, deməli bu onların elmi-peşəkar konteksti xaricində və sonrakı refleksiyalarında baş verir. Əgər biz Yumla birgə təsdiq etsək ki, insanların həqiqi etiqadı ən yaxşı onların fəaliyyətlərində əsaslandırılır, nəinki danışıqlarında, onda biz, onlar özləri özlərini başa düşmədikləri üçün bu cür tədqiqatçıları məzəmmətləməli oluruq. Onlar özlərinin sadəlövh araşdırma və əsaslandırma proseslərində nəzərdə tutduqları şeylərə mövhumi baxış olmadan yanaşmırlar; onlar saxta məntiqi nüfuz qarşısında, onun yalan psixoloji nəticələri və onun subyektivist yalançı terminologiyası ilə özlərini çaşdırmağa imkan verirlər.
Bütün elmlər, nəzəriyyə kimi, onun obyektiv məzmunu ilə, bu homonogen materialdan konstruksiyalaşır, o mənaların ideal kompleksidir. Bu, özünün tərkib hissələrinin hamısı onun kateqoriyası altına düşən mənaların, bütövlükdə o qədər müxtəlif dolaşıqlığıdır ki, hətta onu da deyə bilərik ki, bu dolaşıqlığın özü mənaların bütövlüyünü konstruksiyalaşdırır.
Bu minvalla, əgər məna aktı deyil, mənanın özü, əgər təsəvvür və mühakimə deyil, anlayış və vəziyyətin özü, elmlər üçün əhəmiyyət kəsb edən həmin miqyasdırsa, onda bu zaman elmlərin mahiyyətini nəzərdən keçirən elm kimi, bu, zərurət əsasında araşdırma predmetidir. Doğrudan da, bütün məntiqi olanlar korrelyativ olaraq məna və predmetin qarşılıqlı münasibətdə olan kateqoriyalarına daxil olurlar. Əgər biz məntiqi kateqoriyalardan cəm halda danışırıqsa, onda sohbət yalnız, mənanın bu növü daxilində aprioriyə bölünən xalis növlərdən, yaxud, özlüyündə kateqorial başa düşülmüş predmetliliyin korrelyativ əlaqələndirilmış formalarından gedə bilər. Bu kateqoriyalarda məntiqlə formalaşdırılmalı olan qanunlar əsaslandırılır: bir tərəfdən, məna intensiyası ilə mənanın həyata keçirilməsi arasında olan ideal münasibətlərdən, nəticə ehtibarı ilə, mənanın mümkün idraki funksiyalarından uzaqlaşmaqla, adi mənaların mürəkkəbləşməsi nəticəsində yeni mənalara ( fərqi yoxdur, “real” və ya “xəyali” mənalar) aparan qanunlar. Digər tərəfdən, daha dəqiq mənada, mənanı onların məzmunluluğuna və məzmunsuzluğuna, onların həqiqiliyinə və saxtalığına, qeyri- ziddiyyətliliyinə və mənasızlığına münasibətdə, bu kimi şeylər mənanın adi kateqorial formaları ilə hansı dərəcədə müəyyən olunursa, həmin dərəcədə əldə edən məntiqi qanunlar. Ümumiyyətlə predmetlərin qanunları bu sonuncu qanunlara, onlar adi kateqoriyalar vasitəsi ilə nə dərəcədə müəyyən edilmiş kimi düşünülürsə, o dərəcədə uyğundur (ekvivalent və korrelyativ dövriyyə olaraq). Həyat və həqiqət haqqında, hər hansı idraki materialın abstraksiyalaşması ilə sadə məna formaları əsasında müəyyən oluna bilən bütün mənalı mülahizələr, bu qanunlarda birləşir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/04/02/edmund-husserl-kartezian-dusunceleri-10-53/