Əvvəli: https://klv.az/2025/03/12/edmund-husserl-kartezian-dusunceleri-10-50/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
III Fəsil. Sözlərin mənasının qərarsızlığı və mənaların vəhdətinin ideallığı
§28. Mənaların qərarsızlığı məna (Bedeuten) aktının qərarsızlığı kimi
Biz öz mənasını dəyişən və hamısı istisnasız olaraq, bu dəyişmələr təsadüfi danışıq vəziyyətlərinə hansı dərəcədə təsir göstərirsə, həmin dərəcədə subyektiv və okkazional olan ifadələrin müxtəlif sinifləri ilə tanış olduq. Nə qədər ki, normal şəraitlərdə onların mənası heç bir qərarsızlığa məruz qalmır, onlara qarşı, müvafiq olaraq, geniş mənada obyektiv və qərarlı olan digər ifadələr qarşı durur.
Əgər biz bütün bu qərarsızlıqlardan azad olmağı ciddi mənada başa düşürüksə, onda bir tərəfdə yalnız dəqiq ifadələr, digər tərəfdə isə, qeyri-müəyyən və üstəlik hələ digər səbəblərə görə okkazional olaraq dəyişilən ifadələr qalır.
Indi məsələ məna qərarsızlıqlarının bu mühüm faktlarının, ideal (və bu surətlə, qərarlı olan) bütövlük kimi bizim məna konsepsiyalarını tərpədib-tərpətməməsinin nəzərdən keçirilməsindən ibarətdir. Xüsusi ilə bizi bu məsələnin şübhəli məqamına, bizim mahiyətcə subyektiv və ya okkazional adlandırdığımız, həm də qeyri-müəyyən və dəqiq ifadələrin bu kimi fərqlərinin çöxmənalı ifadələri kökləyə bilər. Buna görə də, əgər mənaların özləri obyektivə, subyektivə, həm də dəyişmə hallarının möhkəmliyinə parçalanırsa, onda bu fərqlənməni, ilk baxışdan göründüyü kimi (onu başqa sözlərlə ifadə etməklə), birincini özündə, təsəvvür və təfəkkürün subyektiv aktlar axını ilə toxunulmamış qalan dayanıqlı növlərinin (Spezies) ideal bütövlüklərini təmsil edən kimi başa düşmək olarmı, halbuki birincidən savayı digərləri subyektiv psixi təəssüratların axınına qapılırlar və ötüb keçən hadisələr kimi, gah görünür, gah da yox olurlar?
Qəti olaraq təsdiq etmək lazım gəlir ki, bu cür anlama düzgün olmazdı. Müəyyən hallarda subyektiv ifadəni, öz mənasının bu və ya digər halları ilə orientasiya etməklə, fərz edən məzmun, dayanıqlı ifadənin məzmununda olduğu kumi, həmçinin eyni ilə onun da ideal ümumi mənasını təşkil edir. Bu məhz həmin vəziyyəti aydın üzə çıxarır ki, nə vaxt ki, müəyyən məqamda ona xas olan məna intensiyası onun eyni kimi konstruksiyalaşır, bu zaman hər bir subyektiv ifadə idealda, obyektiv ifadəyə dəyişilə bilər.
Əlbəttə, biz etiraf etməliyik ki, bu cür dəyişilmə təkcə praktiki səbəblərə görə, məsələn, onun çətinlikləri üzündən baş tuta bilməz, həm də əksər mühüm hallarda onu faktiki olaraq etmək olmaz və o həmişəlik həyata keçirilməyən olaraq qalır.
Həqiqətdə aydındır ki, bizim müddəa – hər bir subyektiv ifadə obyektivə dəyişilə bilər – öz əsasında obyektiv ağlın nəhayətsizliyi kimi başa düşülməkdən başqa, ayrı bir şeyi ifadə etmir. “Özündə” və onun varlığında dərk edilən nə varsa hamısı, məzmunca müəyyən varlıqdır ki, o özünü hansısa bir “öz həqiqətində” sənədləşdirir. Həm də əgər bu maddi təbiət mənasında – özünün məkanda və zamanda dəqiq müəyyən yeri və vəziyyəti ilə, özünün müəyyən olunmuş sərt üsulları və dəyişməzliyi ilə real varlıqdırsa, bu cür şeylər özündə qəti şəkildə müəyyən olunmuş xassələrə və əlaqələrə malikdir. Bununla beə, o şey ki, özündə dəqiq müəyyənləşib, onda obyektiv olaraq da müəyyənləşə bilər, ancaq o şey ki, obyektiv olaraq müəyyənləşib, deməli o sözün dəqiq müəyyənləşmiş mənaları ilə idealda ifadə oluna bilər. Özündə varlıq özündə həqiqətə, sonuncu isə – özündə dəqiq və birmənalı mülahizələrə uyğundur. Əlbəttə, onların hamısını söyləmək imkanının olması üçün, təkcə yaxşı seçilmiş şifahi işarələrin gərəkli sayı deyil, həm də ilk öncə bu sözü ciddi mənada başa düşməklə – dəqiq mənaya uyğun gələn ifadələrin sayı tələb olunur.
Bu mənaların nəzəriyyələrdə fərqləndirilməsini və ya aşkar identifikasiyalaşmasını nəzərdən keçirən, bütün həmin mənalar üçün ifadə tapmaqdan ötrü, bu xüsusi bacarıq tələb edirdi.
Lakin biz bu idealdan son dərəcə uzaqlaşdırılmışıq. Onları başqa cür, artıq mövcud predmetə fərdi yanaşma ilə müəyyən etmək üçün, yalnız vaxt və yer müəyyənliklərinin müxtəlifliyinı nəzərə alan , bizim qabiliyyətimiz haqqında düşünmək lazım gəlir, halbuki onların özü mahiyyət ehtibarı ilə subyektiv ifadə olunan mənalardan istifadə olunmadan ciddi müəyyənliyə yatmırlar. Qoy mahiyyətcə okkazional olan sözləri bizim dilimizdən çıxarsınlar və hər hansı təəssüratı birmənalı və obyektiv olaraq dəqiq formada təsvir etməyə cəhd etsinlər. Aydındır ki, hər hansı bu cür səylər səmərəsizdir.
Aydındır ki, əgər ona özündə eyni dərəcədə nəzər yetirilərsə, onda məlum olaçaq ki, bir növün mənaları ilə, başqa növün mənaları arasında heç bir əhəmiyyətli fərq yoxdur. Sözün faktiki mənasının tərəddüdü, eyni bir ardıcıllığın gedişində dəyişilir; onlar öz təbiətinə görə çox vaxt hadisələrlə müəyyən olunur. Lakin, əgər diqqətlə yanaşılarsa, əslində, mənanın tərəddüdü elə məna aktının tərəddüdüdür. Bu o deməkdir ki, ifadələrə məna verən subyektiv aktlar tərəddüd edir və onlar bununla belə, təkcə fərdi olaraq deyil, eyni zamanda, onların mənasının daxil olduğu növ xüsusiyyətlərinə uyğun olaraq da dəyişilirlər. Lakin dəyişilən mənanın özləri deyil, belə bir müddəa absurd olardı ki, mənaların ideal birliyi dedikdə, biz ifadələri, istər birmənalı və obyektiv dayanıqlı hallarda, istərsə də çoxmənalı və subyektiv bəzənmiş hallarda anlamağımızda davam edirik. Bununla belə, bunu təkcə bizim, adətən bu ifadəni kimin tələffüz etməsindən asılı olmayaraq eyni ilə ona oxşar olan dayanıqlı ifadələrdə orientasiya etdiyimiz və müəyyən mənada haqqında danışdığımız şeylər tələb etmir, həm də bunu ilk növbədə bizim təhlilin aparıcı məqsədi tələb edir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/03/26/edmund-husserl-kartezian-dusunceleri-10-52/