Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/03/05/edmund-husserl-kartezian-dusunceleri-10-49/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

III Fəsil. Sözlərin mənasının qərarsızlığı və mənaların vəhdətinin ideallığı

§27. Mütərəddid ifadələrin başqa növləri

Mahiyyətcə okkazional ifadələrin tərəddüdü əlavə olaraq, çox vaxt onların danışanın rəyini natamam (Unvollstaendigkeit) ifadə etməsi üzündən artır. Ümumiyyətlə, mahiyyətcə okkazional və obyektiv ifadələrin fərqlənməsi başqa ifadələrin fərqləndirilmələri ilə kəsişir, eyni zamanda çoxmənalılığın yeni formalarına işarə edir. Belə ki, ifadələrin tam və tam olmayanı (энтимематическими) arasında, normal və anomal funksiyalaşdırmaları arasında, dəqiq və qeyri-müəyyənliyi (vage) arasında olan fərqlənmələri ilə kəsişir. Göründüyü kimi, adi danışıqda olan şəxssiz ifadə buna yaxşı nümunədir ki, entimematik ixtisar üzündən dayanıqlı və obyektiv ifadə həqiqətdə subyektiv tərəddüd edən olur. “Piroqlara malikdir” müddəasını heç kəs “düzgün bədənə malikdir” riyazi müddəası kimi başa düşməyəcəkdir. “Yağış yağır” (es regnet) o demək deyil ki, o ümumiyyətlə yağır, həm də o indi və çoldə yağır. O şeylər ki, ifadəyə çatmır, bu sadəcə deyilməmək deyil, həm də ümumiyyətlə eksplisit olaraq ağla gəlməməkdir; lakin bu həqiqətdə ona aiddir ki, bu danışıqda nəzərdə tutulur. Əlavə həyata keçirmə, ehtimal ki, okkazional göstərilməli olan ifadənin müəyyən mənada yuxarıda deyilən kimi üzə çıxmasına imkan verir.

İfadə o dərəcədə ixtisara salınır ki, bu təsadüfi şəraitin başa düşülməsinin köməyi olmadan, onlar fikrin bütövlüyünü ifadə etməkdən örtü yararlı olmadıqları bir vaxtda, xüsusi ifadə olunmuş, yəni hər yerdə eyni bir məna funksiyası yerinə yetirən müvafiq sözlər vasitəsi ilə seçilmiş və başa düşülmüş danışığın məzmunu ilə, onun müvafiq məqsədi arasında bu və ya digər halda daha böyük fərq mövcud olur. Məsələn, Rədd ol! Ey siz! Qulaq asın! Bu nədir belə! və il axır. Danışanın və qulaq asanın vəziyyətin əyani mövcudluğu vasitəsi ilə, subyektiv olaraq qeyri-müəyyən mənanın bir hissəsi, yarımçıq hissəsi tamamlanır və ya diffrensasiya olunur; onlar qeyri-qənaətbəxş (dьrftige) ifadəni aydın şəklə salır.

İfadələrin çoxmənalılığına aid fərqləndirmələr arasında, biz yuxarıda dəqiq və qeyri-müəyyən ifadələr arasında olan fərqlənmələrin adını çəkdik. Ağac və kol, heyvan və bitki və s. kimi, adi həyatda olan əksər ifadələr qeyri-müəyyəndir, halbuki xalis nəzəriyyələrin və qanunların tərkib hissələri kimi çıxış edən bütün ifadələr dəqiqdirlər. Hər bir istifadə halında qeyri-dəqiq ifadələr eyni mənaya və məzmuna (Bedeutungsinhalt) malik olmurlar; onlar öz mənasını tipikliyə orientasiya edir, buna baxmayaraq adətən, yalnız qismən aydın və yalnız cürbəcür situasiyalarda bəzi aydın nümunələrin müəyyənlikləri ilə və hətta fikirlərin eyni bir gedişi hüdudunda, müxtəlif formalarda dəyişirlər. Vahid maddi sferadan götürülmüş (yaxud, heç olmasa, vahid maddi görünüşlü) bu nümunələr, bir qayda olaraq, danışıqların vəziyyətinə və fikirlərin oyanmasına uyğun, müxtəlif, lakin qohum və ya bir-biri ilə əlaqələndirilmiş anlayışları müəyyən edir ki, burada da danışığa təsir edən, gah bu, gah da digər anlayış ön plana keçir; bu daha çox həqiqi identifikasiyaların və fərqləndirmələrin mümkünlüyü xaricində baş verir ki, bu da əlaqəli anlayışların öz aralarında hiss olunmadan qarışmasının qarşısını ala bilərdi.

Bu aydın olmayan ifadələrin qeyri-müəyyənliyi, nisbətən sadə və müəyyənlik halında olan növlərə məxsus ifadələrin qeyri-müəyyənliyi ilə əlaqədə olur, necə ki, məkan, zaman, keyfiyyət müəyyənliyi kimi, müəyyən intensivlik kimi, daim biri-birinə keçirlər.

Özünü inadla qavrayış və tipik xüsusiyyətli təcrübələr əsasında üzə çıxaran, məsələn, məkan və zaman, səs və işıq formaları və s. məna ifadə edən ifadələr müəyyən edir, hansı ki, bu növlərin (onların daha ali növləri hüdudunda) qeyri-sabit keçidi nəticəsində, özləri qeyri-sabit forma almalıdır. Hərçəndi onların tətbiqi müəyyən müddətlərdə və sərhədlərdə doğrudur – həmin sferalarda ki, orada səciyyəvi olan aydın surətdə ön plana çıxır, haradaki o yerdə onu aşkarcasına identifikasiyalaşdırmaq və aşkarcasına uzaqda qalmış müəyyənliklərdən (parlaq-qırmızı və kömür–qara; andante və presto) fərqləndirmək olar. Lakin bu sferalar qeyri-müəyyən sərhədlərə malikdir, onlar korrelyativ sferanın daha geniş növlərinə daşınırlar və keçid sferaları şərtləndirirlər, belə ki, bu tətbiq etmə qərarsız kimi ortaya çıxır və əsla doğru deyil.

Tərcüməçi: Obaçı

Davamında təqdim olunacaq: §28. Mənaların qərarsızlığı məna (Bedeuten) aktının qərarsızlığı kimi

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Jeton Kelmendi: Üzümü axtarıram

Jeton Kelmendi alban şairidir. O, yazıçı, dramaturq, publisist, tərcüməçi və universitet professoru kimi fəaliyyət göstərir. 1978-ci ildə Kosovanın Peja şəhərində anadan olub, ilk təhsilini də Pejada alıb. Daha sonra Pristina Universitetində təhsilini davam etdirib, kütləvi kommunikasiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib. Əsərləri xarici dillərə ən çox tərcümə edilən […]