Əvvəli: https://klv.az/2025/01/22/edmund-husserl-kartezian-dusunceleri-10-43/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
II Fəsil. Mənaverici aktların xarakteristikasına dair
§20. Müşahidəsiz təfəkkür və işarələrin “əvəzedici” funksiyası
Özümüz üçün tam aydın etməliyik ki, elmi təfəkkürün aşkar əyaniliyi geniş sahələrdə təkcə adi və dumanlı deyil, həm də son dərəcə kiçik rol oynayır, yaxud heç bir rol oynamır, ona görə biz də tam mənası ilə, “sadəcə simvolik” təsəvvürlər əsasında mühakimə yürüdə bilərik, hər hansı bir nəticəyə gələ bilərik və nə haqdasa mübahisə edə bilərik.
Əgər burada işarələrin bəzi əvəzedici funksiyalarından danışılırsa, bu vəziyyətin təsviri heç də əlverişli deyil, elə bil ki, burada işarələrin özü hər hansı predmet üçün surroqat formasını alır və simvolik düşüncələrlə təfəkkür marağı işarənin özünə yönəlir. Əslində isə, onlar heç bir halda, o cümlədən əvəzedici olsa da, düşünən baxışların predmeti olmurlar; daha doğrusu, izləyici müşahidənin bütün çatışmamazlıqları ilə, biz bütünlüklə mənanın şüur həyatına və ya anlayan şüur həyatına qapılırıq. Özümüzə indi hesabat vermək zəruridir ki, simvolik təfəkkür yalnız, sadə hissi təsəvvürlərlə fiziki obyekt kimi konstruksiyalaşan , “adi, təsadüfi” işarənin, yəni sözün səslənməsinin əksinə olaraq, işarənin məna ifadə edən fərqləndirici cəhətlərini təşkil edən yeni “intensional xürakterə, yaxud aktın xarakterinə görə təfəkkürdür. Aktın bu xarakteri müşahidədən məhrum, ancaq yenə də asan anlaşılan işarələrlə təəssüratlarda deskriptiv cəhətdir.
Simvolik təfəkkürün bu cür izahına qarşı etiraz edə bilərlər ki, o simvolik-arifmetik təfəkkürün təhlili zamanı və mənim özümün başqa yerlərdə göstərdiyim qeydlərdə (Hesabın fəlsəfəsində) üzə çıxan doğru faktlarla ziddiyyətə girə bilər. Arifmetik təfəkkürdə anlayış hər halda həqiqətən sadə işarələrlə dəyişilir. Lambertin sözləri ilə desək, şeylərin nəzəriyyəsini işarələrin nəzəriyyəsinə reduksiya etmək, – bu, təfəkkür sənətinin hər hansı fəaliyyətidir. Hesab işarələri “elə bir formada seçilir və bu cür mükəmməlliyə gətirilir ki, nəzəriyyə, kombinasiya, transformasiya və il axır. işarələri, digər hallarda anlayışların köməyi ilə edilməli olan şeylərin əvəzinə xidmət edə bilir” [22].
Əgər daha yaxından nəzər yetirilərsə, onda adi fiziki obyektlər mənasında, bu az da olsa bizə fayda gətirə biləcək nəzəriyyə, kombinasiya və s. işarələri deyil. Bu cür işarələr hesab sferasına deyil, fiziki elmlər və praktikalar sferasına aid olmalı idi.
Nəzərdən keçirilən işarələrin həqiqi mənası o zaman üzə çıxır ki, bu zaman biz hesabi əməliyyatların, müəyyən qaydalar üzrə həyata keçirilən oyun əməliyyatları ilə, məsələn, şahmat oyunu ilə sevimli müqayisəsinə müraciət edirik. Şahmat fiqurları oyunda fil sümüyündən, ağacdan və il axır. düzəldilmiş və rənglənmiş bir gey kimi hərəkət etmir. Onları fenomenal və fiziki cəhətdən konstruksiyalaşdıran şeylər, qətiyyən fərqi yoxdur, nə vaxt istəsə dəyişilə bilər. Oyunda nəzərdən keçirilən şahmat fiqurları, yəni daşları ilə, onlar, daha çox, oyun qaydaları sayəsində yeni formalar alırlar, necə ki, oyunda onlara təsbit edilmiş məna verirlər. Həmçinin hesab işarələri də onların ilkin məna sırasında, necə deyərlər, məhz hesablayıcı əməliyyatların və məlum hesab qaydalarının oyununa orientasiya olunmmaqla, özlərinin oyun mənasını əldə edirlər. Əgər hesab işarələrini bu qaydalar mənasında adi fişka (yəni daş, marka və s) hesab etsək, onda məsələnin həlli hesablayıçı oyunlar sferasında, saylarda və ya formulalarda reallaşır, belə ki, ilkin və əslində arifmetik məna cəhətdən aparılan interpretasiya, eyni zamanda, müvafiq hesab məsələlərinin həllini təmsil edir.
Beləliklə, simvolik-arifmetik təfəkkür sferasında hesablama da, həmçinin mənadan məhrum olmayan işarələrlə əməliyyat aparır. Onlar fiziki mənada, bütün mənalardan qoparılmış işarələr kimi “adi” işarələr deyil, onlar arifmetik mənalarla canlandırılmış, ilkin işarələri əvəzləyən işarələrdir; daha doğrusu, arifmetik məna ifadə edən işarələr, operasional və ya oyun mənaları əldə edən həmin işarələrlə əvəzlənılır. Necə deyərlər, təbiidir ki, şüursuz olaraq formalaşan ekvivokasiyalar sistemi hədsiz dərəcədə produktiv şəkil alır; anlayışların ilk sıralarına iddia edən təfəkkürün müqayisə olunmaz böyük işi, oyun anlayışlarının paralel cərgəsi ilə həyata keçirilən, daha yüngül “simvolik” əməliyyatlar hesabına qorunur.
Təbii ki, belə bir metodun məntiqi doğruluğunu və həqiqi sərhədlərini müəyyən etmək lazımdır; burada söhbət, riyaziyyatda bu “xalis simvolik” təfəkkürün yanlış anlaşılması üzündən çox asanlıqla ortaya çəxan çətinliyi aradan qaldırmaqdan gedir. Əgər yuxarıda təqdim olunmuş “adi işarələrin” mənası elə başa düşülsə ki, onlar hesabda arifmetik anlayışların (yaxud, arifmetik mənalarla verilmiş işarələr) “surroqatı” kimi xidmət edir, onda aydın olur ki, hesab işarələrinin avəzedici funksiyalarına əsaslanma, əslində, heç də bizi burada məşğul edən məsələyə, yəni fikir ifadələrinin izləyici müşahidə olmadan – izah edən, ekzemplifikasiya edən, başa çatdıran aşkarlıq – mümkün olub-olmaması məsələsinə toxunmur. Simvolik təfəkkür bu cür müşahidədən məhrum təfəkkür mənasında və simvolik təfəkkür özünü əməliyyət anlayışlarının əvəz edilməsinin köməyi ilə həyata keçirən təfəkkür mənasında – bunlar fərqli şeylərdir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/02/05/edmund-husserl-kartezian-dusunceleri-10-45/